Məhkəmə qərarları › İş №2(060)-4285/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4285/2021

25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4285/2021 25.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xəsarət alması nəticəsində itirdiyi 6000 manat məbləğində əmək haqqının, müalicə, müayinə və sair tibbi xərclərə çəkdiyi 3000 manat məbləğində pulun, hüquqi xidmətə görə ödədiyi 200 manat və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9230 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30.05.2019-cu il tarixdə saat N radələrində, Bakı şəhəri, Binəqədı rayonu Mehdiabad - Balaxanı yolu ilə Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə məxsus olan, "KAMAZ" markalı, “** JD ***” dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etdiyi zaman Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olan MAZ markalı "C 239 HM” hərbi qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən idarə etdiyi avtomobil vurulmuşdur. Cavabdeh avtomobillə qarşı əks hərəkət zolağına çıxıb, ötmə əməliyyatı edərək yenidən öz hərəkət zolağına qayıtdıqdan sonra avtomobil üzərində idarəetməni itirdiyindən, avtomobil sağa sola hərəkət edərək qarşı əks hərəkət zolağına çıxmış, qarşı əks istiqamətdən saatda 50- 60 km/saat sürətlə hərəkətdə olan onun tərəfindən idarə olunan Kamaz markalı, “** JD ***” dövlət qeydiyyat nişanlı yük avtomobilinin hərəkət zolağında onun hərəkəti istiqamətində yolun sağ kənarından mərkəzinə doğru 3-5 metr məsafədə hər iki avtomobilin sol yan hissələri arasında toqquşma baş vermiş, nəticədə KAMAZ markalı avtomobilin sürücüsü ona sol bud və baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi, sıyrıqları, sol sirkə kasasının ön divarının qapalı yerdəyişmə sınığı xəsarətlərinin yetirilməsinə yəni, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasında səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə tibb ekspertizasının 15 iyul 2019-cu il tarixli 1039 nömrəli rəyindən görünür ki, onun bədəni üzərində aşkar edilmiş sol bud və baldır nahiyyələrinin yumşaq toxumalarının əzilməsi, sıyrıqları, sol sirkə kasasının ön divarının qapalı yerdəyişmə sınığı xəsarətləri bərk küt əşyanın təsirindən 30.05.2019-cu il tarixində törənmişdir, dərəcəsinə görə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Bakı Hərbi Məhkəməsinin 26.02.2021-ci il tarixli 1-1(093)-6/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Məcəlləsinin 351.1ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 5% məbləğində pul tutulmaqla 9 ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilib. Həmçinin, xəsarət nəticəsində əvvəlki işlədiyi yüksək əmək haqqısı olan sürücü vəifəsindən daha aşağı əmək haqqısı olan işə keçirilməyi nəticəsində əmək haqqında azalma baş vermişdir. Belə ki, Beynəlxalq Bankdan verilmiş 10 mart 2021-ci il tarixli çıxarışdan görünür ki, xəsarət almamışdan qabaq onun əmək haqqı 1000-1100 manat təşkil etdiyi halda, sonrakı aylarda o, az əmək haqqı almışdır. İşləmədiyi 7 ay ərzində ona 6000 manat məbləğində ziyan dəymişdir. Cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizanın 15.07.2019-cu il tarixli, 1039 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, bədəni üzərində aşkar edilmiş sol bud və baldır nahiyələrinin yumşaq toxumalarının əzilməsi, sıyrıqları, sol sirkə kasasının ön divarının qapalı yerdəyişməyən sınığı xəsarətləri bərk küt əşyanın təsirindən 30.05.2019-cu il tarixində törənmişdir, dərəcəsinə görə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Onun müayinəyə, müalicəyə, əlavə qidalanmaya dava-dərman alınmasına çəkdiyi xərcin əvəzi cavabdeh tərəfindın ödənilməlidir. Həmin xərclərin çəkildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Onun az ağır bədən xəsarətləri alması ekspert rəyi ilə müəyyən olunur, həmin xəsarətlərin müayinə müalicə, əlavə qidalanma, dava-dərman üçün xərc çəkilmədən sağalması mümkün deyildir. Ona görə də müayinəyə, müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına çəkdiyi xərcin əvəzi kimi ağlabatan məbləğdə - 3000 manat məbləğində pul MM-in 1118.1-ci maddəsinin göstərişinə uyğun olaraq cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmçinin cavabdehin törətdiyi mülki hüquq pozuntusu nəticəsində pozulmuş hüququnun bərpa edilməsi üçün hüquqi xidmətə görə tərəfindən 200 manat məbləğində pul ödənilmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh xəsarət alması nəticəsində itirdiyi 2127,28 manat, müalicə, müayinə və sair tibbi xidmətə görə 500 manat, hüquqi xidmətə görə 200 manat, dövlət rüsumu üçün 30 manat, cəmi 2857,28 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmənin 09.08.2021-ci il tarixli iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Tələb heç bir sübuta əsaslanmır. İddiaçı “SOCAR”-da işləyir və onun bütün xərcləri dövlət hesabına ödənilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İş materiallarında olan: Bakı Hərbi Məhkəməsinin 1-1(093)-6/2021 saylı 26.02.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 5% məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Hökmün məzmunundan görünür ki, Cavabdeh nəqliyyat maşınını idarəetmə qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlıqlarına az ağır zərər vurulmasına səbəb olmuşdur. O, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən, 30.05.2019-cu il tarixdə, saat N radələrində, hərbi hissə komandirinin 05.01.2019-cu il tarixli, 6 nömrəli əmrinə əsasən ona təhkim olunmuş, texniki cəhətdən saz vəziyyətdə olan "MAZ" markalı, "C 239 HM" hərbi qeydiyyat nişanlı yük avtomobilini sürücülük vəsiqəsi olmaqla idarə edərək Bakı şəhəri Binəqədi rayonu Mehdiabad-Balaxanı yolu ilə Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtomobillə qarşı əks hərəkət zolağına çıxıb, ötmə əməliyyatı edərək yenidən öz hərəkət zolağına qayıtdıqdan sonra avtomobil üzərində idarəetməni itirdiyindən, avtomobil sağa sola hərəkət edərək qarşı əks hərəkət zolağına çıxmış, qarşı əks istiqamətdən saatda 50- 60 km/saat sürətlə hərəkətdə olan Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə məxsus olmaqla, həmin departamentin sürücüsü İddiaçı tərəfindən idarə olunan "KAMAZ" markalı, "** JD ***" dövlət qeydiyyat nişanlı yük avtomobilin hərəkət zolağında, onun hərəkəti istiqamətində yolun sağ kənarından mərkəzinə doğru 3.5 metr məsafədə hər iki avtomobilin sol yan hissələri arasında toqquşma baş vermiş, nəticədə ehtiyatsızlıqdan özünün idarə etdiyi "MAZ" markalı avtomobildə maşın başçısı olan N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant X3, "KAMAZ" markalı avtomobilin sürücüsü İddiaçı ümumilikdə sağlamlıqlarının uzun müddətə pozulmasına səbəb olan sağlamlıqlarına az ağır zərər vurulmasına, “KAMAZ" markalı avtomobildə sərnişin olan X1 zərər vurmadığına görə dərəcəsi təyin edilməyən «sol bazu və baldır nahiyyələrindəki sıyrıqlar» xəsarətlərin yetirilməsinə, habelə "KAMAZ" markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə 14.580 (on dörd min beş yüz səksən) manat, "MAZ" markalı, C 239 HM dövlət qeydiyyat nişanlı avtomobilə 8.584 (səkkiz min beş yüz səksən dörd) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcələsinin 1108.1-ci maddəsinə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Şərh olunan maddənin məzmunundan göründüyü kimi, yüksək təhlükə ilə bağlı fəaliyyət kimi nəqliyyat vasitələrindən istifadə nəticəsində vurulmuş zərəri ödəmək vəzifəsi həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh Müdafiə Nazirliyinə məxsus hərbi hissədə sürücü vəzifəsində işləmiş və əmək vəzifəsinin icrası ilə bağlı xidmətdə olarkən araşdırılan mübahisə üzrə nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə hadisə əmək vəzifələrinin icrası ilə bağlı törədilmiş mülki hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Qanunun tələbinə görə isə bu halda işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyəti hüquqi şəxs daşıyır. MPM-nin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar