Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-429/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********35827 olan Samsung Galaxy J6 markalı telefon üçün 277 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan üçün 209 manat ödənilməmiş hissə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********32010 olan Samsung J2 markalı telefon üçün 92 manat ödənilməmiş hissə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********45327 olan Samsung Galaxy A10 markalı telefon üçün 412 manat ödənilməmiş hissə və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı tozsoran üçün 189 manat ödənilməmiş hissə, ümumilikdə 1179 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1209 manat pulun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC –ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, iddiaçı xxxx MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Daha sonra məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab etmişdir ki, ərizə və ona əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət deyildir və əlavə araşdırmanın aparılması, həmçinin tərəfləri çağıraraq izahatların alınması zəruridir. Ona görə də məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, Cavabdeh “xxxx” MMC-dən İMEİ kodu **********35827 olan Samsung Galaxy J6 markalı telefon, Samsung markalı paltaryuyan, İMEİ kodu **********32010 olan Samsung J2 markalı telefon, Samsung Galaxy A10 markalı telefon və Samsung markalı tozsoran almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 558 manat olan ( 18 ay x 30 manat+ 18 manat ilkin ödəniş) İMEİ kodu **********35827 olan Samsung Galaxy J6 markalı telefon, alqı-satqı qiyməti 1200 manat olan ( 24 ay x 50 manat+ 0 manat ilkin ödəniş) Samsung markalı paltaryuyan, alqı-satqı qiyməti 380 manat olan ( 19 ay x 20 manat+ 0 manat ilkin ödəniş) İMEİ kodu **********32010 olan Samsung J2 markalı telefon, alqı-satqı qiyməti 434 manat olan ( 18 ay x 24 manat+ 2 manat ilkin ödəniş) İMEİ kodu **********45327 olan Samsung Galaxy A10 markalı telefon və alqı-satqı qiyməti 324 manat olan ( 18 ay x 18 manat + 0 manat ilkin ödəniş) Samsung markalı tozsoran üçün cəmi 1717 manat ödəniş etmiş, ümumilikdə 1179 manat borc yaranmışdır. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh pandemiya ilə əlaqədar olaraq ödənişləri edə bilmədiyini bildirdi. Qeyd olunan halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 00584741 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 558 manat olan İMEİ kodu **********35827 olan “Samsung Galaxy J6” markalı telefon almışdır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 79306 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 1200 manat olan Samsung markalı paltaryuyan almışdır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 00293161 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 380 manat olan İMEİ kodu **********32010 olan “Samsung J2” markalı telefon almışdır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 00922560 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 434 manat olan İMEİ kodu **********45327 olan “Samsung Galaxy A10” markalı telefon almışdır. - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 00370803 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 324 manat olan Samsung markalı tozsoran almışdır. - “xxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 558 manat olan, 18 ay müddətinə, ilkin ödəniş 18 manat, aylıq ödəniş 30 manat olmaqla İMEİ kodu **********35827 olan Samsung Galaxy J6 markalı telefon almış və 281 manat ödəniş etmiş, dəyəri 1200 manat olan, 24 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 50 manat olmaqla Samsung markalı paltaryuyan almış və 991 manat ödəniş etmiş, dəyəri 380 manat olan, 19 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 20 manat olmaqla İMEİ kodu **********32010 olan Samsung J2 markalı telefon almış və 288 manat ödəniş etmiş, dəyəri 434 manat olan, 18 ay müddətinə, ilkin ödəniş 2 manat, aylıq ödəniş 24 manat olmaqla İMEİ kodu **********45327 olan Samsung Galaxy A10 markalı telefon almış və 22 manat ödəniş etmiş və dəyəri 324 manat olan, 18 ay müddətinə, ilkin ödənişsiz, aylıq ödəniş 18 manat olmaqla Samsung markalı tozsoran almış və 135 manat ödəniş etmişdir. - “xxxx” MMC–nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********35827 olan Samsung Galaxy J6 markalı telefon almış, onun 558 manat olan ümumi dəyərindən cəmi 281 manat ödəniş etmiş və nəticədə 277 manat borcu yaranmış, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan almış, onun 1200 manat olan ümumi dəyərindən cəmi 991 manat ödəniş etmiş və nəticədə 209 manat borcu yaranmış, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********322010 olan Samsung J2 markalı telefon almış, onun 380 manat olan ümumi dəyərindən cəmi 288 manat ödəniş etmiş və nəticədə 92 manat borcu yaranmış, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45327 olan Samsung Galaxy A10 markalı telefon almış, onun 434 manat olan ümumi dəyərindən cəmi 22 manat ödəniş etmiş və nəticədə 412 manat borcu yaranmış və xx.xx.2018-ci il tarixli müqavilədən isə görünür ki, cavabdeh İbadov X2 markalı tozsoran almış, onun 324 manat olan ümumi dəyərindən cəmi 135 manat ödəniş etmiş və nəticədə 189 manat borcu yaranmışdır. Nəticədə cavabdehin həmin müqavilələrə əsasən ümumilikdə 1179 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddsəinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası,müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il vəxx.xx.2018-ci il tarixli əşyaların alqı satqısına dair müqavilələr mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 2896 manat ümumi dəyərindən 1717 manat ödəniş etmiş və nəticədə 1179 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İMEİ kodu **********35827 olan Samsung Galaxy J6 markalı telefon üçün 277 manat ödənilməmiş hissə, Samsung markalı paltaryuyan üçün 209 manat ödənilməmiş hissə, İMEİ kodu **********32010 olan Samsung J2 markalı telefon üçün 92 manat ödənilməmiş hissə, İMEİ kodu **********45327 olan Samsung Galaxy A10 markalı telefon üçün 412 manat ödənilməmiş hissə və Samsung markalı tozsoran üçün 189 manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1179 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC –ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-429/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-429/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver