Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4305/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun ödənilməsi tələbinə dair» iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 20001-S142169/810855 saylı 06.03.2020-ci il tarixli kredit limiti müqaviləsinin və həmin müqavilənin tərkib hissəsi olan 06.03.2020-ci il tarixli razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 3507,58 manat əsas borc, 328,51 manat faiz borcu və 8,13 manat penya və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3874,22 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 20001- S142169/810855 saylı 06.03.2020-ci il tarixli kredit limiti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında imzalanmış kredit limiti müqaviləsinin tərkib hissəsi olan 06.03.2020-ci il tarixli Razılaşma №1 əsasən, Cavabdeh1 illik 21 faiz dərəcəsi ilə 06.09.2021-ci il tarixədək (18 ay) 5000 manat məbləğində nağd pul şəklində kredit ayrılmışdır. Cavabdeh2 ilə bank arasında bağlanmış 001FİZAM81085701 saylı 06.03.2020-ci il tarixli və Cavabdeh3 ilə 001FİZAM81085601 saylı 06.03.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən onlar kredit limiti müqaviləsi üzrə öhdəliklərinin icrası üçün bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 20001-S142169/810855 saylı 06.03.2020-ci il tarixli kredit limiti müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, 100.000 manat məbləğində kredit limiti verməyi öhdəsinə götürmüşdür. 20001-S142169/810855 saylı 06.03.2020-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı 06 mart 2020-ci i tarixli razılaşmadan görünür ki, Bank Cavabdeh1 06.09.2021-ci il tarixədək müddətinə, illik faiz dərəcəsi 21% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. 07.04.2021-ci il tarixli borcun hesablanması arayışdan görünür ki, arayış verildiyi tarixə 20001-S142169/810855 saylı 06.03.2020-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı kredit razılaşması üzrə Cavabdeh1 banka olan kredit borcu 3507,58 manat əsas borc, 328,51 manat faiz borcu və 8,13 manat cərimə borcu olmaqla, cəmi 3844,22 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. İş materiallarında olan Bankla Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 06.03.2020-ci il tarixli 001FİZAM81085701 saylı və 001FİZAM81085601 Zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 20001-S142169/810855 saylı 06.03.2020-ci il tarixli kredit limiti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddiaçı Bankın zaminlərə qarşı tələbi əsaslıdır, zaminlər boclunun bank qarşısında öhdəlikləri ilə bağlı birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 20001-S142169/810855 saylı 06.03.2020-ci il tarixli kredit limiti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 06 mart 2020-ci il tarixli kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3507,58 manat əsas borc, 328,51 manat faiz borcu və 8,13 manat cərimə borcu olmaqla, cəmi 3844,22 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 20001-S142169/810855 saylı 06.03.2020-ci il tarixli kredit limiti müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan 06 mart 2020-ci il tarixli kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3507,58 manat əsas borc, 328,51 manat faiz borcu və 8,13 manat cərimə borcu olmaqla, cəmi 3844,22 (üç min səkkiz yüz qırx dörd manat iyirmi iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4305/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4305/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver