Məhkəmə qərarları › İş №2(060)-4307/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4307/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4307/2020 20.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinədairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.599,36 ABŞ dolları əsas, 2.813,82 ABŞ dolları faiz, 1.562,08 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 909,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 15.884,41 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19.000 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx xxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Banka xx xxxx 2020-ci il tarixədək cavabdehin xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.599,36 ABŞ dolları əsas, 2.813,82 ABŞ dolları faiz, 1.562,08 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 909,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 15.884,41 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1, 147-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 izahatında göstərmişdir ki, iddia tələbini qismən qəbul edir, bankla aralarında kredit müqaviləsi bağlanmış və kredit məbləğini götürmüşdür. Lakin iddia edilən məbləğlə razı deyil, cərimə olduqca yüksək hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: “xxxxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il kredit müqaviləsindən görünür ki, kreditor borcalana 24 ay müddətinə illik 28 faiz ödənilməsi şərti ilə 19.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 4-M-3-0-293-14 saylı kredit və 4-M-3-0-293-14 saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə xx xxxxxxx 2015-ci il tarixli Əlavə Saşizin məzmunundan görünür ki, xx xxxxx 2014-cü il tarixli müqavilənin müddəti xx.xx.2018-ci il tarixə qədər uzadılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2020-ci il tarixə xx xxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə 10.599,36 ABŞ dolları əsas, kreditin bitmə tarixinə 2.813,82 ABŞ dolları faiz, 1.562,08 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 909,15 ABŞ dolları borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, cərimə tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 1.562,08 ABŞ dolları məbləğində cərimə azaldılaraq 200 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə Mülki Məcəllənin 445-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bitdiyi xx.xx.2018-ci il tarixdən sonrakı dövr nəzərə alınmaqla xx xxxx 2020-ci il tarixədək ödənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 909,15 ABŞ dolları pulun tutulması hissədə tələb əsaslı olduğundan təmin edilməlidir. Bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə və ona əlavələrə əsasən zaminlər xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdürlər. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 02,70 manat iddiaçıya aid edilməli, 27,30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.599,36 ABŞ dolları əsas, 2.813,82 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 909,15 ABŞ dolları, cəmi 14.522,33 ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,30 manat İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10.599,36 ABŞ dolları əsas, 2.813,82 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 909,15 ABŞ olmaqla, cəmi 14.522,33 (on dörd min beş yüz iyirmi iki ABŞ dolları, otuz üç sent) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,30 (iyirmi yeddi manat, otuz qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlilk edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar