Məhkəmə qərarları › İş №2(060)-431/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-431/2021

07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-431/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş zərərin əvəzi olaraq 11749 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci ildə saat 19.00-da Masazır-Novxanı avtomobil yolunun Masazır qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlcə qarşısında gedən “Wolsvagen Passat” markalı avtomobili vurmuş, həmin avtomobil isə ona məxsus “VAZ 21214” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili arxa istiqamətindən vurmuş və zərbə nəticəsində “Assamand” markalı avtomobillə toqquşmuşdur. Cavabdeh ona 11749 manat zərər vurmuşdur. Dəfələrlə cavabdehdən vurduğu zərəri tələb etsə də verməkdən yayınmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Əvvəlki məhkəmə iclasında cavabdeh izahat verərək bildirmişdir ki, dəymiş zərər sığorta tərəfindən ödənilmişdir və onun heç bir borcu yoxdur. İddia tələbini qəbul etmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 20-04183/08/AA-3261/20 saylı sığorta aktından görünür ki, İddiaçı 3451 manat sığorta ödənişi edilmişdir. - xx.xx.2020-ci il tarixli hesablama aktından görünür ki, İddiaçı məxsus “VAZ 21214” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 8200 manat zərər dəymişdir. -“X7” İB-nin verdiyi xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı məxsus “VAZ 21214” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 15200 manat maddi ziyan dəymişdir. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq olunması üçün qərarın aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-ə göndərilməsi qərara alınmışdır. - Abşeron Rayon Məhkəməsinin 2(012)-1236/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx xxxx 2020-ci ildə saat 19.00-da Masazır-Novxanı avtomobil yolunun Masazır qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlcə qarşısında gedən “Wolsvagen Passat” markalı avtomobili vurmuş, həmin avtomobil isə iddiaçıya məxsus “VAZ 21214” markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobili arxa istiqamətindən vurmuş və zərbə nəticəsində “Assamand” markalı avtomillə toqquşmuşdur. Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4393 saylı rəyindən görünür ki, “X7” İB-nin verdiyi xx xxxx 2020-ci il tarixli arayışındakı məlumatlara əsasən yararsız vəziyyətdə olan 2017-ci il buraxılışlı, “VAZ 21214” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə normal vəziyyətdə orta bazar qiyməti təxminən 15.000 manat müəyyən olunmuşdur. Nəzəri hesablama yolu ilə, “xxxx” ASC-nin 02.-7.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il “VAZ 21214” markalı, ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8.200 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri iş materialları ilə təsdiq olunur. Dəymiş zərərin məbləği isə, ekspertin rəyi ilə müəyyən olunmuş 8200 manat təmir-bərpa xərcindən 3451 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 4749 manat həddində müəyyən edilməlidir. Odur ki, iddia qismən təmin olunmalıdır. İddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumunun 12,15 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 17,5 manat isə iddiaçıya aid edilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı 59,6 (59,6%) manat, Cavabdeh 40,4 (40,4%) manat tutularaq X3 hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4749 manat məbləğində dəymiş ziyan və ödənilmiş 12,15 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 59,6 manat, Cavabdeh 40,4 manat tutularaq X3 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar