Məhkəmə qərarları › İş №2(060)-4319/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4319/2020

16.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4319/2020 16.07.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Əlihatəm qızının Cavabdeh qarşı uşaqların doğulduğu və yaşadığı ata evinə məskunlaşması və alimentin artırılması tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Əlihatəm qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında xx xxxx 2007-ci ildə anadan olmuş X2, xx xxxxxx 2012-ci ildə anadan olmuş X3 anaları İddiaçı Əlihatəm qızının rahat yaşamaları üçün hər cür lazımi şərait yaradılmaqla cehiz əşyalarının yerləşdiyi həmin evə məskunlaşması və xx xxxx 2007-ci ildə anadan olmuş X2 və xx xxxxxx 2012ci ildə anadan olmuş X3 normal yaşayışının təmin edilməsi məqsədilə hər uşaq üçün 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı Əlihatəm qızının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, İddiaçı Əlihatəm qızı hazırki ərizəsində həm ünvan 1 ünvanına köçürülməsi, həm də xx xxxx 2007-ci ildə anadan olmuş X2 və xx xxxxxx 2012-ci ildə anadan olmuş X1 üçün sabit pul məbləğində aliment tutulması barədə bir-biri ilə əlaqəli olmayan tələbləri bir iddiada birləşdirmişdir. Halbuki, mülki-prosessual qanunvericilikdə həmin iddia tələblərinin (mənzilə köçürülmə və alimentin artırılması) məhkəmə aidiyyəti, iddianın verilməsinə görə dövlət rüsumunun ödənilməsi qaydası müxtəlif qaydada tənzimlənmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia ərizəsi İddiaçı tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Əlihatəm qızının iddia iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinəəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Əlihatəm qızının Cavabdeh qarşı uşaqların doğulduğu və yaşadığı ata evinə məskunlaşması və alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar