Məhkəmə qərarları › İş №2(060)-4322/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4322/2023

21.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4322/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 660 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 690 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, qardaşı İddiaçı xx.xx.2023-cü il tarixində Sumqayıt şəhərində, 10-cu mikrorayon ərazisində VAZ 2107 markalı, **-GM-*** nömrə nişanlı 2009-cu il buraxılışlı, ağ rəngli olan nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Cavabdeh idarə etdiyi VAZ 2104 markalı, P080 OC 43 Rusiya qeydiyyat nişanlı avtomobili ilə qardaşının nəqliyyat vasitəsini vuraraq zərər vurmuşdur. Hadisə yerinə Polis əməkdaşları gəlmiş qarşı tərəfin günahkar olduğu təsdiqini tapmışdır. Qarşı tərəfin sığortası yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin ekspertinin arayışına əsasən dəyən zərər 660 manatdır. Qarşı tərəf pulu ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, tələbini müdafiə edir.Cavabdeh məhkəmə iclasında iştirak edərək demişdir ki, məbləği ödəməyə razıdır. Qardaşı hərbiçidir. Məzuniyyətdə olduğu dövrdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə gələn yol-patrul əməkdaşı günahkarın qarşı tərəf olduğunu bildirmişdir. Qarşı tərəfin avtomobili rus dövlət qeydiyyat nişanlı avtomobil olduğu üçün və sığortası olmadığı üçün tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət olunsun. Dəymiş zərər yalnız o yolla tələb oluna bilər. Sığorta şirkətinə zəng etmişlər ki, qiyməti müəyyən etsinlər. Onlar isə bildirmişdir ki, qarşı tərəf zərər çəkəcəyi təqdirdə onlar gələcəkdirlər. Qardaşının Zəngilan rayonundan qayıtmağına iki gün qalmışdır ki, YPX əməkdaşları bildirmişdir ki, istənilən servisə yaxınlaşa bilərlər. Belə ki, həmin servisin tərkibində Maliyyə Nazirliyinin əməkdaşları fəaliyyət göstərir. Onlar özləri dəymiş zərəri müəyyən edirlər. Hazırki halda avtomobil təmir olunmamışdır. Maşın hazırda Zəngilanda qardaşındadır. X2 verilmiş sənəd əsasında maşını idarə edir.Cavabdeh söz vermişdir ki, ödəniş edəcəkdir. Lakin hazırki vaxta qədər heç bir ödəniş etməmişdir. 06 iyul 2023-cü il tarixində məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir. 40 manat cərimə müəyyən olunmuş və yerindəcə cəriməni ödəmişdir. Yol nəqliyyat hadisəsini o törətmişdir. Hadisə baş verən zaman Toğrula təklif etmişdir ki, maşını versin, o da düzəltdirsin amma o bununla razı olmamışdır. Maşını özü düzəltdirəcəyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, etiraz və mülahizələrini göndərməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş kötüyünə imza etməklə və SMS bildirişi vasitəsilə məlumatlandırılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 1299 nömrəli arayışdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində VAZ 21440 markalı avtomobili İddiaçı idarə etmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarına əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, İddiaçı alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Xidmətinin 623 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, avto-yol nəqliyyat qəzasına uğramış VAZ 2107 markalı, **-GM-*** dövlət nömrə nişanlı, 2009-cu il tarixli buraxılışlı, ağ rəngli olan nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına və usta xərclərinin zəhmət haqqı – 450 manat, ehtiyat hissələri – 210 manat, cəmi 660 manat vəsait tələb olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş, təqsirli və hüquqazidd əməl nəticəsində İddiaçı məxsus “VAZ 2107” markalı, **-GM-*** dövlət nömrə nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılmasına görə 660 manat məbləğində pul hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh İddiaçı xeyrinə ziyanın əvəzi olaraq 660 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 660 (altı yüz altmış) manat vurulmuş ziyanın əvəzi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar