Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4333/2020 06.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn vurulmuş zərərin əvəzi olaraq 1.072 manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixli 479-K saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmişdir, xx.xx.2018-ci il tarixli 563-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixində öz ərizəsi əsasında 295-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba -Sumqayıt 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1573 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 501 manat güzəşt edilmiş, qalıq borc 1072 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddianı qəbul etmir, iddia tələbinə etiraz edir. Belə ki, o, xx.xx.2018-ci ildə əmək müqaviləsinə əsasən 3 ay sınaq müddəti ilə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və onunla müqavilə bağlanmışdır. xx xxxx 2019-cu il tarixdə 295K saylı əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İşdən azad edilməyindən 1 ay qabaq iş yeri üzrə rəhbərliyə işdən çıxmaq barədə müraciət etmişdir. Rəhbərlik ona bildirmişdir ki, o, maddi məsul şəxs olduğuna görə tabeçiliyində olan mal-materialları təhvil verdikdən sonra işdən azad edilə bilər. İddia ərizəsindən də göründüyü kimi Cəmiyyət üzrə xx.xx.2019-cu il tarixində İnventarizasiya aparılmış və “İnventarizasiya nəticələrinə dair” Akt tərtib dilmişdir. Aktın tərtibindən sonra rəhbərlik ona bildirmişdir ki, tabeçiliyində olan bəzi mal-materiallar çatışmır. O, rəhbərliyə bildirmişdir ki, çatışmayan hesab edilən maddi qiymətlilər şirkətin digər mağazalarına verilmişdir. Rəhbərlik onunla razılaşmış, xx.xx.2019-cu il tarixdə 295K saylı əmrlə işdən azad edilmiş və əmək kitabçası ona təqdim olunmuşdur. Bunu ona məxsus olan əmək kitabçası təsdiq edir. Yuxarıda qeyd olunanlara baxmayaraq iddiaçı iddia müddətini keçirməklə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, o, xx.xx.2019-cu ildə işdən azad edilmişdir. İddiaçı iddia müddətini üzürsüz səbəbdən buraxmışdır. Belə ki, AR ƏM-nin 206.5-ci maddəsinə görə işəgötürən ona maddi ziyan vurulması ilə əlaqədar ziyan vurulduğunu bildiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı maddi ziyan tələbi barədə məhkəməyə o, işdən çıxandan 1 il 4 gün sonra, yəni xx xxxx 2020-ci ildə müraciət etmişdir. İş yeri üzrə rəhbərliyə maddi çatışmazlıq (əgər bu varsa) xx.xx.2019-cu ildə məlum olmalı idi. Beləliklə müddət 4 gün buraxılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli 479-K saylı əmrdən “vəzifə dəyişikliyi haqqında” çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə xx xxxxxxx 2018-ci il tarixindən Baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli 563-K saylı əmrdən “vəzifə dəyişikliyi haqqında” çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə xx xxxxxx 2018-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci, xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli “X2” haqqında müqavilələrdən görünür ki, Cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə özərinə götürmüşdür. xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən imza edilmiş iltizamnamədən görünür ki, N.Hamlet bildirmişdir ki, inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə verməmişdir və heç kimdən borc, yaxud başqa qaydada saxlanmaq üçün heç nə almamışdır. Bütün mədaxil və məxaric sənədləri sistemə işlənilmiş və nəticələrə görə kənarlaşması olan mallara dair araşdırmanın obyektiv aparılmasını təmin etmək məqsədi ilə kənarlaşması olan mallara dair araşdırmanın obyektiv aparılmasını təmin etmək məqsədi ilə ona məlum olan bütün məlumatlar araşdırma qrupuna təqdim edilmişdir. Kənarlaşması olan mallara dair məlumatlar və sənədlər sistem üzərindən araşdırma qrupunun mütəxəssisi tərəfindən onun iştirakı ilə təkrar nəzarət qaydasında tam yoxlanılmış və 1031 say çeşid malda 3.050,15 manat məbləğdə kənarlaşma aşkar olunmuşdur. Yuxarıda qeyd edilən məlumatları yoxlamadan və ya təhrif edərək imza edərsə qanunvericliyin tələblərinə uyğun olaraq, yoxlama nəticələrinin məsuliyyətini öz üzərinə götürməklə araşdırma qrupunun apardığı yoxlamasına dair heç bir narazılığı və iradı yoxdur. xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 1573 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 1573 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 501 manat Cəmiyyətə ödəniş edilməklə 1072 manat (1573-501) manat borcu qalmışdır. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli Məlumatdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu cəmiyyətdə satıcı-kassir, baş satıcı və administrator vəzifələrinə işə qəbul olunmuş və əmək funksiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı üzərinə X2 götürmüşdür. Cavabdeh administrator vəzifəsində işləyərkən «X2 daşıması barədə müqavilə»nin tələblərini pozaraq Cəmiyyətdən götürdüyü malların dəyərini təşkil edən pul məbləğlərini toplayaraq iddiaçı təşkilata ödəməmişdir. Cavabdeh bununla da iddiaçıya maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.3. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 199-cu maddəsinin 1-ci hissəsin a və ç bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun yuxarıda şərh olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, cavabdeh iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1.072 (bir min yetmiş iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1.072 (bir min yetmiş iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4333/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4333/2020
06.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver