Məhkəmə qərarları › İş №2(060)-435/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-435/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-435/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 13.09.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı tozsoran üçün 120 (bir yüz iyirmi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********49375 olan Samsung Galaxy A10 markalı telefon üçün 251 (iki yüz əlli bir) manat 10 (on) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 13.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********28891 olan Samsung Galaxy A10 markalı telefon, Samsung markalı qoruyucu üzlük, Router markalı modem üçün 136 (bir yüz otuz altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 507 (beş yüz yeddi) manat 10 (on) qəpik borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə 13.09.2019, 10.12.2019 və 13.09.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodları **********49375 və **********28891 olan 2 ədəd Samsung Galaxy A10 markalı telefonlar, Samsung markalı tozsoran, qoruyucu üzlük və Router markalı modem almış və nəticədə 507 (beş yüz yeddi) manat 10 (on) qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 330 (üç yüz otuz) manat (11 ay x 30 manat +0 manat ilkin ödəniş) olan Samsung markalı tozsoran üçün ümumilikdə, 120 (bir yüz iyirmi) manat olmaqla ondan, 120 (bir yüz iyirmi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 336 (üç yüz otuz altı) manat (12 ay x 28 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********49375 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 251 (iki yüz əlli bir) manat 10 (on) qəpik olmaqla ondan, 251 (iki yüz əlli bir) manat 10 (on) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 408 (dörd yüz səkkiz) manat (12 ay x 34 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********28891 olan Samsung Galaxy A10 markalı telefon, Samsung markalı qoruyucu üzlük, Router markalı modem üçün ümumilikdə 136 (bir yüz otuz altı) manat olmaqla ondan, 136 (bir yüz otuz altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə miqdarında borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 566 (beş yüz altmış altı) manat 90 (doxsan) qəpik təşkil edir. Göstərilənləri nəzərə alaraq, 13.09.2019cu il tarixli müqaviləsinə əsasən Samsung markalı tozsoran üçün 120 (bir yüz iyirmi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 10.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********49375 olan Samsung Galaxy A10 markalı telefon üçün 251 (iki yüz əlli bir) manat 10 (on) qəpik ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 13.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********28891 olan Samsung Galaxy A10 markalı telefon, Samsung markalı qoruyucu üzlük, Router markalı modem üçün 136 (bir yüz otuz altı) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, ümumilikdə 507 (beş yüz yeddi) manat 10 (on) qəpik borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, o, iddiaçı təşkilatdan kreditlə iki ədəd telefon, tozsoran, modem və telefon aksesuarı götürmüşdür. O, krediti götürdüyü ilk aylardan ödənişləri etsə də, sonradan vətən müharibəsinə getdiyi üçün ödənişləri edə bilməmişdir. Hazırda səhhəti ilə bağlı hər ay müalicəsinə 300-400 manat xərci çıxır. Bundan əlavə, maddi imkanı yaxşı deyildir və bu səbəbdən də ödəniş etməkdə çətinlik çəkir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşə əlavə edilmiş 13.09.2019-cu il tarixli № 00910651 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 13.09.2019-cu il tarixdə 00910651 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 330 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 10.12.2019-cu il tarixli № 01115752 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 10.12.2019-cu il tarixdə 01115752 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 336 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İşə əlavə edilmiş 13.09.2019-cu il tarixli № 00910510 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 13.09.2019-cu il tarixdə 00910510 №li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MMC özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci əlavəsində göstərilən şərtlərlə verir. “Alıcı” isə əşyanı göstərilən şərtlərlə qəbul edir. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Əşya”nın qiyməti 408 manatdır. Müqavilələrin 4.3-cü bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və ödənişin sonuna qədər qüvvədədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 26.10.2021-ci il tarixli “maliyyə və ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh 13.09.2019, 10.12.2019 və 13.09.2019-cu il tarixli müqavilələr üzrə cəmiyyətə olan borcu əsas borcu üzrə 507,1 manat, dəbbə borcu üzrə 0 manat, ümumilikdə 507,1 manat ödənilməmiş hissə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 15.10.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 36, mənzil 2-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdeh X3 vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 09.05.2018, 14.10.2018 və 05.09.2018-ci il tarixindəki müqavilələr üzrə icra edilməmiş borc olaraq əsas borc üzrə 873 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və Cavabdeh iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 507 (beş yüz yeddi) manat 10 (on) qəpik əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 507 (beş yüz yeddi) manat 10 (on) qəpik əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar