Məhkəmə qərarları › İş №2(060)-4353/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4353/2024

16.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4353/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin və maddi yardımın məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin və maddi yardımın məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3882/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin və maddi yardımın dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin və xx.xx.2009-cu il təvəllüdlü X2 xəstə olmasını nəzərə alaraq xəstəliyi ilə əlaqədar olaraq 200 manat məbləğində əlavə maddi yardımın tutulmasına dair qətnamə qət edilməsini, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3882/2023 saylı xx.xx.2023-cu il tarixli qətnaməsi ilə “Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4077/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment və xx.xx.2009-cu il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərclərlə əlaqədar hər ay 100 manat alimentin Cavabdeh alınıb ona verilməsi qət olunmuşdur. Qeyd edir ki, hal-hazırda təyin olunmuş alimentlə uşaqlarını saxlamağa çətinlik çəkir. Cavabdeh isə əlavə olaraq heç bir köməklik etmir. Bu illər ərzində bir dəfə də olsa uşaqları ilə maraqlanmayıb. Onda olan məlumata görə cavabdeh marketinq üzrə mütəxəssis işləyir, aylıq gəliri yüksəkdir. Övladlarının böyüməsi ilə əlaqədar olaraq tələbatları da günü -gündən artır. Hesab edir ki, uşaqlarının menafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fıziki cəhətdən inkişafı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Oğlu xx.xx.2019-cu il təvəllüdlü X7 anadangəlmə “böyrəküstü vəzin xroniki çatızmamazlığı” diaqnozu ilə xəstədir. Uzun illərdir ki, həmin diaqnoz ilə oğlu abmulator və stasionar müalicə, müayinədədir. Uşaqların qida, geyim, müalicə , istirahət və s. tələblərinin ödənilməsi nəzərdə tutulan müddəa «uşağı saxlamaq» anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən icra edilməlidir. Valideynlərin uşağını saxlamaq vəzifəsi nə uşağın buna ehtiyacının, nə də valieynlərin imkanın olubolmamasından asılı deyildir. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AR MPM-nin 149.2.4-lci maddəsinə əsasən, vətəndaş “Mediasiya haqqında” AR Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair sənədi iddia ərizəsinə əlavə etməlidir. Məhz bu mediasiya sessiyasında iştirakları məcburi olduğundan ilkin olaraq Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Şahbazov Turalın xx.xx.2022-ci il tarix, saat 12:00-12:20 saatlarında təşkil etdiyi mediasiya sessiyasında iştirak etdi. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, mediasiya sesiyasına gəlməmişdir. Qanunda nəzərdə tutulmuş məcburi mediasiya üçün 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir. Bunun nəticəsi olaraq Sumqayıt şəhəri Mediasiya Mərkəzinin mediatoru S.Ramil tərəfindən MŞB/6/-5566 Nq li, xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış“ verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər məhkəməsinin 2-(060)-3882/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin 2(060)-4077/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilib xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 manat olmaqla, 440 manat sabit pul məbləğində aliment və xx.xx.2009-cu il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərclərlə əlaqədar hər ay 100 manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Hazırda cavabdeh iddia ilə məhkəməyə müraciət edib. Sumqayıt şəhər məhkəməsinin 2(060)-3882/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment və maddi yardım məbləğinin dəyişdirilməsi, 2 uşağın saxlanması üçün hər ay qazancın 1/3 hissəsi (33%) miqdarında aliment və Dənizin xəstəliyi ilə bağlı əlavə 200 manat məbləğində maddi yardım tutulması barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. Bildirir ki, Cavabdeh İddiaçı ilə nikahının ləğvindən sonra X14 ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və həmin nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 adında 3 övladları vardır ki, onların da saxlanılması üçün X14 ilə hər ay aylıq əmək haqqının 1/2 hissəsi (50%) 3 uşağının yetkinlik yaşına çatanadək aliment olaraq ödənilməsi barədə notarial qaydada təsdiqlənməklə bağlanmış "Alimentin ödənilməsi barəsində razılaşma müqaviləsi" mövcuddur. Qeyd olunan iddianın təmin olunması faktiki olaraq, Cavabdeh aylıq qazancının 83% (33%+50%) hissəsinin tutulması, 200 manat da əlavə yardım ödəniləcəyi təqdirdə əmək haqqından və yaşayış minimumundan tamamilə məhrum olması kimi qanuna və hüquqa zidd nəticələr doğurur. Digər tərəfdən iddianın təmin edilməsi Cavabdeh uşaqlarına münasibətdə "qanun qarşısında hamının bərabərliyi" kimi konstitusion prinsipə zidd nəticələr doğurur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ konstitusion hüquq və azadlıqların təminatlarından biridir. Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət hüququ təsbit olunmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məlumdur ki, uşağın saxlanması üçün aliment tələbinə dair iddianın predmetini birgə nikahdan doğulmuş və valideynlərdən birinin yanında qalan uşağın saxlanması üçün digər valideyndən vəsaitin tutulması, obyektini isə tutulmalı olan aylıq aliment məbləği təşkil edir. Alimentin tutulması barədə müstəqil iddiaya baxılarkən və ya nikahın pozulmasına dair iddia çərçivəsində alimentin tutulması məsələsi həll edilərkən, aliment ödəməli olan tərəfin alimentin ödənilməsi qaydası ilə bağlı müraciəti olduqda, məhkəmə baxılan iddia çərçivəsində bu məsələyə hüquqi qiymət verməli və buna dair dəlillərlə razılaşdığı halda, MPM-in 220.6-cı maddəsinə əsasən icra qaydasını müəyyən etməlidir. Hazırki halda iddianın ədalətli həlli Cavabdeh İddiaçı ilə nikahından olan 2 uşağının, X14 ilə olan nikahından 3 uşağı olmaqla, ümumilikdə 5 nəfər uşağının saxlanılması üçün aylıq qazancının 50% məbləğində aliment tutulması və həmin məbləğin uşaqların hər birinə 1/5 hissə olmaqla bərabər paylarda bölünməsi kimi nəticəyə gəlinməsindən ibarət olardı. Cavabdeh əmək haqqısının yarısı 1300 -1400 manat təşkil etdiyi nəzərə alınsa həmin məbləğin 5 uşağa hər birinə 260-280 manat məbləğində aliment alması ilə nəticələnir ki, bu da hər bir uşaq üçün Yaşayış minimumu haqqında qanunda nəzərdə tutulan məbləğdən çoxdur. Məhkəmənin ədalətinə güvənib iddia tələbi üzrə qətnamə qəbul edilərkən Cavabdeh hazırki nikahından olan 3 nəfər uşağının da diqqətəlayiq və qanunla qorunan mənafeyinin nəzərə alınmasını xahiş edir. Zərurət yaranarsa məhkəmə X11 da müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə cəlb edə bilər. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə təcrübəsinin formalaşması, belə hallarda məhkəmələrin hansı nəticəyə gəlməli olması və işin bu cür hallarına qiymət verilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə də sorğu verilə bilər. Əksi halda məhkəmə mübahisələrinin lüzumsuz uzanması və məhkəmələrin iş yükünün artması halları baş verəcəkdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında onun Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” mülki iş var. Həmin mülki iş üzrə o, məhkəmədən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3882/2023 saylı 27,07.2023-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment və maddi yardım dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin və xx.xx.2009-cu ü təvəllüdlü X2 xəstə olmasını nəzərə alaraq xəstəliyi ilə əlaqədar olaraq 200 manat məbləğində əlavə maddi yardımın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edib. Hazırda o, iddia tələbinin həcmini azaltmaq istəyir. Ona görə də hazırkı ərizə ilə müraciət edir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qeyd olunanları nəzərə alıb məhkəmədən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3882/2023 saylı xx.xx.2023-cu il tarixİİ qətnaməsi ilə müəyyən edilmiş alimentin və maddı yardımın məbləğinin dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 400 manat sabit pul məbləğində alimentin və xx.xx.2009-cu il təvəllüdlü X2 xəstə olmasını nəzərə alaraq xəstəliyi ilə əlaqədar olaraq 200 manat məbləğində əlavə maddi yardımın tutulmasına dair qətnamə qət edilməsini və həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, tərəfin iddianın həcminin artırılması ilə bağlı ərizəsi hazırlıq mərhələsində, yəni işin məhkəmə baxışına təyin olunmasına qədər verilməli idi. İddianın həcminin artırılmasına dair ərizənin verilməsi üçün əsasların məhkəmə baxışında yaranmasını təsdiq edən sübutlar olmadığından həmin ərizənin qəbul edilməsi AR. MPMnin 53-cü maddəsinin tələblərinə ziddir. Hər bir halda məhkəmə yalnız hazırki iş üzrə iddiaçının nikahından olan uşaqların deyil, cavabdehin ikinci nikahından olan 3 nəfər uşağının da qanunla qorunan mənafeləri, maddi təminat baxımından qanun qarşısında bərabərliyinin mövcudluğu nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qarşı tərəf onun əmisi oğludur. Uşağı xəstədir və sağlamlıq imkanları məhduddur. Uşağını ancaq özəl klinikalarda müalicə etdirir. Bunun üçün isə xeyli miqdarda xərc tələb olunur. Qarşı tərəfin isə maaşı kifayət qədər yüksəkdir. Aldığı aliment 440 manat və uşağının müalicə xərci üçün əlavə olaraq 100 manat maddi yardımdan ibarətdir. Uşaqlarının gündən-günə tələbatlarının artmasını və övladının daimi olaraq müalicə alması alimentin məbləğinin artırılmasını zəruri edir. Hazırda uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 400 manat aliment və xəstə övladının müalicəsi ilə əlaqədar isə 200 manat maddi yardım müəyyən edilməsini istəyir. İddaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil etiraz ərizəsinin məzmununa uyğun qaydada izahat verərək bildirmişdir ki, iddiaçı alimentin məbləği ilə bağlı ikinci dəfə məhkəməyə müraciət edir. Qanunvericiliyin tələbinə görə alimentin məbləği dəyişdirilən zaman tərəflərin ailə şəraiti, maddi vəziyyəti və s. amillər məhkəmə tərəfindən araşdırılmalı və nəzərə alınmalıdır. Cavabdeh ikinci dəfə ailə həyatı qurub. Həmin nikahdan cavabdehin 3 övladı olmaqla, ümümilikdə beş övladı var. Cavabdeh övladlarının hər biri üçün öhdəlik daşıyır. Cavabdeh 2600 manat əmək haqqı alır. Hazırki halda iddianın ədalətli həlli Cavabdeh İddiaçı ilə nikahından olan 2 uşağının, X14 ilə olan nikahından 3 uşağı olmaqla, ümumilikdə 5 nəfər uşağının saxlanılması üçün aylıq qazancının 50% məbləğində aliment tutulması və həmin məbləğin uşaqların hər birinə 1/5 hissə olmaqla bərabər paylarda bölünməsi kimi nəticəyə gəlinməsindən ibarət olardı. Cavabdeh əmək haqqısının yarısı 1300 -1400 manat təşkil etdiyi nəzərə alınsa həmin məbləğin 5 uşağa hər birinə 260-280 manat məbləğində aliment alması ilə nəticələnir. Bu məbləğ isə yaşayış minimumu haqqında qanunda nəzərdə tutulan məbləğdən də çoxdur. Hesab edir ki, qərar qəbul edilərkən hər bir uşağın mənafeyi nəzərə alınmalıdır. Uşaqlardan birinin xəstə olması halını və daima müalicəyə ehtiyacının olmasını isə cavabdeh mübahisələndirmir. Nümayəndə qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan AZ-İ 223775 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 362 nömrə ilə qeyd edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Tibbi Sosial Ekspert Kimissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 ümumi xəstəlik əsası ilə əlildir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3882/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4077/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə hər ay üçün 440 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, xx.xx.2009-cu il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərclərlə əlaqədar hər ay 100 manat alimentin X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə ola AZ İİ 313202 saylı və AZ İİ 466407 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı yetkinlik yaşına çatmayan iki övladları doğulmuşdur. İşdə olan AZ İV 287088 saylı, AZ İİİ 258759 saylı və AZ İV 714154 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X14 ilə birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2022ci il təvəllüdlü X10 adlı üç yetkinlik yaşına çatmayan iki övladları doğulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli alimentin ödənilməsi barədə razılaşma müqaviləsindən görünür ki, Cavabdeh X3, X4 və X5 yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay aylıq əmək haqqının yarı hissəsinin (50%) X12 ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan Kamed TM MMC tərəfindən verilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 böyrəküstü vəzinini qabıq qatının birinci dərəcəli (adisson xəstəliyi) E.27.1. çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində marketinq üzrə mütəxəssis işləyir və 2673 manat əmək haqqı alır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3882/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri nisbətən dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. İş materiallarından görünür ki, cavabdeh hazırda başqa şəxslə nikaha daxil olmuşdur və həmin nikahdan daha 3 övladı var. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh hazırda nikahda olduğu X14 ilə xx.xx.2024-cü il tarixli alimentin ödənilməsi barədə razılaşma müqaviləsi bağlamış, hər ay aldığı aylıq əmək haqqının yarı hissəsinin (50%) üç övladının saxlanılması üçün X12 ödənilməsinə razılıq vermişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin əmək haqqının yarısı təxminən (vergilər tutulduqdan sonra) 1200-1300 manatır. Beləliklə cavabdeh hal-hazırda nikahda olduğu qadından olan övladlarının hər birinə təxminən 400 manat aliment verməyə razılaşmışdır. Məhkəmə hesab edir ki, hər bir valideyn həm nikahda olduğu, həm də əvvəlki nikahından olan uşaqlarının saxlanılmasında iştirak etməli, uşaqlarına hər hansı qaydada fərq qoymamalıdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh etirazında hər ay hər uşağa 260-280 manat məbləğində aliment müəyyən edilməsini ədalətli hesab etdiyini qeyd etmişdir. Məhkəmə işin bütün sadalanan hallarını, cavabdehin əmək haqqının məbləğini və uşaqların qanunla qorunan üstün mənafeyini nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3882/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 300 manat olmaqla, ümumilikdə 600 məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2009-cu il təvəllüdlü X2 böyrək çatışmazlığı xəstəliyi ilə əlaqədar hər ay 200 manat sabit pul məbləğində əlavə xərcin Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulması tutulması hissəsində də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Göründüyü kimi, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X7 böyrəküstü vəzinin qabıq qatının birinci dərəcəli (adisson xəstəliyi) E.27.1. çatışmazlığı xəstəliyindən əziyyət çəkir, bununla əlaqədar mütəmadi olaraq müalicəyə ehtiyacı vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar tutulan pulun məbləği dəyişdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırda uşaqların saxlanılması üçün müəyyən edilən ümumi məbləğ (300+300+150=750 manat) Ailə Məcəlləsinin iki uşağın saxlanılması üçün müəyyən etdiyi əmək haqqının 1/3 hissəsi məbləğində müəyyən edilən alimentin məbləğinə (cavabdehin əmək haqqına münasibətdə) də uyğun olmaqla həmin qaydalara zidd deyil. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3882/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat sabit pul məbləğində aliment, xx.xx.2009-cu il təvəllüdlü X2 xəstəliyi ilə əlaqədar olaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində əlavə xərc Cavabdeh tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar