Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4372/2022 09.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbiətə dəymiş ziyanla bağlı 720 manat məbləğin Cavabdeh tərəfindən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına (“X1 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixində Sumqayıt şəhəri, 47-ci məhəllə, 3 saylı binanın arxa hissəsində monitorinq keçirilərkən həmin ərazidə olan yeni tikilmiş birmərtəbəli qeyri-yaşayış binasının qarşısında köküstəyaş halda olan 1 (bir) ədəd tut ağacının kəsilərək məhv edilməsi faktı aşkar olunmuşdur. Yerində aparılmış araşdırma zamanı kəsilmiş bir ədəd tut ağacının gövdəsinin qoyulduğu yeni tikilmiş qeyri-yaşayış binasının sahibi Cavabdeh ilə aparılmış söhbət zamanı həmin şəxs ağacın əvvəlki gün axşam saatlarında tanımadığı avtonəqliyyat tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində məhv edildiyini bildirmişdir. Araşdırma zamanı təqsirkarı müəyyən etmək mümkün olmadığından toplanmış materiallar polisə və Sumqayıt Şəhər Prokurorluğuna ünvanlanmışdır. Sumqayıt Şəhər Prokurorluğu Cavabdeh tərəfindən ağacın kəsilməsinə əmin olaraq, İXM-nin 99.3-cü maddəsinə əsaslanaraq və Prokurorun səlahiyyətləri nəzərər alınmaqla onun barəsində “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” xx.xx.2019-cu il tarixli qərar qəbul etmiş və baxılması üçün aidiyyəti üzrə 4 saylı RETSİ-yə göndərmişdir. Sumqayıt Şəhər Prokuroru Sərdar İmanovun müvafiq qərarına əsasən 4 saylı RETSİ-də təkrar araşdırma aparılaraq Cavabdeh barəsində İXM-nin 253.3.1-ci maddəsi ilə xx.xx.2019-cu il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Cavabdehin özünə məxsus qeyri-yaşayış sahəsi olan obyektinin tikintisi zamanı bir ədəd tut ağacının bilərəkdən məhv etməsi qənaətinə gəlinərək həmin protokol əsasında xx.xx.2019-cu il tarixli MN ******* saylı qərar qəbul olunmuş və Cavabdeh 2.200 manat miqdarında cərimə olunmuşdur. Cərimə məbləğini könüllü olaraq ödəməkdən imtina edən inzibati xəta törədən şəxs Cavabdeh barəsində məcburi icra tədbirləri davam etdirilmiş və Sumqayıt İcra İdarəsi tərəfindən cərimə məbləği xx.xx.2020-ci il tarixində ödətdirilmişdir. Həmçinin inzibati xəta törədən şəxs Cavabdeh tərəfindən 1 (bir) ədəd köküstəyaş halında 10 sm. diametrində tut ağacının məhv edilməsi nəticəsində ətraf mühitə cəmi 720 manat məbləğində zərər dəymişdir. Maddi zərər məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” qaydalarına əlavə olunmuş 1 saylı cədvəl əsasında aparılmışdır. Cavabdeh inzibati cərimə məbləğini könüllü olaraq ödəməkdən imtina etdiyi kimi, həmçinin, inzibati xəta nəticəsində ətraf mühitə vurduğu maddi ziyan məbləğini də könüllü olaraq ödəməkdən imtina edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Bununla bağlı iddia tələbi pretenziya qaydasına riayət olunmaqla idarənin xx.xx.2019-cu il tarixli 31/22 nömrəli məktubu ilə cavabdehə göndərilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək törətdiyi əmələ görə 2.200 manat məbləğinda inzibati qaydada cərimə edilmişdir. - İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 54537 №-li aktdan görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, 3 saylı binanın arxa hissəsində monitorinq keçirilərkən həmin ərazidə olan yeni tikilmiş birmərtəbəli qeyri-yaşayış binasının qarşısında köküstəyaş halda olan 1 (bir) ədəd tut ağacının Cavabdeh tərəfindən qanunsuz olaraq kəsildiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, Niyazi küçəsində yerləşən Bələdiyyəyə məxsus 138.7 m2 sahəsi olan əmlakın mülkiyyətçisi Cavabdehdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 47-ci məhəllə, 3 saylı binanın arxa hissəsində yeni tikilmiş birmərtəbəli qeyri-yaşayış binasının qarşısında köküstəyaş halda olan 1 (bir) ədəd tut ağacı kəsilmişdir və nəticədə təbiətə ümumilikdə 720 manat məbləğində zərər dəymişdir. Cavabdeh şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə 2.200 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən təbiətə maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri habelə dəymiş zərərin məbləğinin 720 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 720 manat məbləğində dəymiş ziyan iddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 720 manat məbləğində pul tutularaq iddiaçı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (“X1 üzrə Dövlət Fondu”na VOEN **********, H/H : AZN 10 CTRE ********************, Büdcə təsnifatı 142582, Büdcə səviyyəsinin kodu 3, Bank DXA, Kod 210005, VOEN **********, Müxbir Hesab AZ41 NABZ 013601**********3944, SWİFT BİK CTREAZ 22) bank hesabına ödənilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4372/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4372/2022
09.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver