Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4373/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X19 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 11 oktyabr 2015-ci il təvəllüdlü X2 və 03 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt şəhər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(060)-4827/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər uşağa 60 (altmış) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06 may 2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 11 oktyabr 2015-ci il təvəllüdlü X9 və 03 fevral 2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(060)-4827-2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə X10 arasında olan Sumqayıt “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsində 06 may 2015-ci il tarixdə bağlanmış və 1016 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 11 oktyabr 2015-ci il təvəllüdlü X9 və 03 fevral 2019-cu il təvəllüdlü X1 anaları X3 himayəsində qalması, 11 oktyabr 2015-ci il təvəllüdlü X9 və 03 fevral 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər uşağa 60 (altmış) manat sabit pul məbləğində alimentin və 03 fevral 2019-cu il təvəllüdlü X1 3 yaşı tamam olana qədər hər ay 30 manat məbləğində maddi yardımın xx.xx.2019-cu il tarixdən Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Övladı 11 oktyabr 2015-ci il təvəllüdlü X9 hal-hazırda orta məktəbin 1-ci sinif şagirdidir. Digər övladı 03 fevral 2019-cu il təvəllüdlü X6 isə Autizm Kanner sindromu xəstəliyindən əziyyət çəkir. Hər ay oğlu İbrahimin müalicəsi üçün 400 (dörd yüz) manat pul tələb olunur. O bir ana kimi övladlarının sağlam, ali təhsilli olmasını istəyir və arzu edir. Lakin maddi imkanı buna imkan vermir, övladlarının tələbatı günü-gündən artır. Övladlarının məktəb, yeyib-içmək və digər xərclərini uşaqların istəklərinə uyğun tək ödəyə bilmir. İşləmir, digər bir yerdən qazancı yoxdur. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o İddiaçı ilə xx.xx.2015ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlı iki övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4827/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan övladlarının saxlanılması üçün ondan aylıq qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər uşağa 60 (altmış) manat miqdarında aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı onun maddi durumunda hər hansı bir halın baş verməsini əsas gətirmədən yalnız 2023-cü ilin Azərbaycan Respublikasındakı uşaqlar üçün yaşayış minimumu əsas götürmüşdür. Onun maddi vəziyyəti nə qədər çətin olsa da, övladlarının saxlanmasının məsuliyyətini dərk edir və bunun üçün də, o hər ay kəsilən alimenti vaxtında ödəyir. Bundan əlavə, o 2022-ci ilin yanvar ayında X4 ilə rəsmi nikah münasibətlərinə girərək, ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahdan xx.xx.2022-ci il təvəllüdlü X13 adlı bir övladı dünyaya gəlmişdir. Özü "xxxx" MMC-də konstruktur işləyir və aylıq əmək haqqı 512,75 manat təşkil edir. Qeyd edir ki, aldığı maaşın 291 (iki yüz doxsan bir) manatını alimentə ödəyir. Bundan əlavə bildirir ki, ailədə tək qazanc gətirən odur və valideynləri də onun himayəsində yaşayır. Bundan başqa iddiaçı özü də ikinci dəfə ailə həyatı qurmuşdur, başqa bir şəxslə yaşayır və hazırda faktiki olaraq övladları onların himayəsində böyüyür. Qanunvericilikdə aliment tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişklik olmasıdır. Həmin qətnamədən sonra onun maddi vəziyyətində heç bir artım baş verməsə də, əksinə yeni ailəsinin və övladının dünyaya gəlməsi, himayəsində xəstə anasının olması onun maddi vəziyyətini bir az daha da çətinləşdirib. Hesab edir ki, bunu iddiaçı da başa düşməli və nəticə çıxarmalıdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4827/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə X10 arasıında ola Sumqayıt “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində 06 may 2015-ci il tarixdə bağlanmış və 1016 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 anaları – X3 himayəsində qalması, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün başlayaraq hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər uşağa 60 (altmış) manat sabit pul məbləğində alimentin və xx.xx.2019-cu il təvəllüdlü X1 3 yaşı tamam olana qədər hər ay 30 manat məbləğində maddi yardımın xx.xx.2019-cu il tarixdən başlayaraq tutulub X5 verilməsi qət edilmişdir. İşdə olan AZ-İV №218591 saylı, xx.xx.2019-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Şabran rayonunda doğulmuşdur. İşə əlavə olan AZ-İİİ № 685687 saylı, xx.xx.2016-cı il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2015-cı il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İş materiallarında olan AZ-İİ № 483940 saylı, xx.xx.2022-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh X11 ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan xx.xx.2022-ci il tarixli X13 doğulmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixindən işə qəbul olunmuş və onun aylıq məvacibi 570 (beş yüz yetmiş) manatdır, əldə etdiyi əmək haqqı isə bütün DSMF ayrımları tutulduqdan sonra 512,75 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 xx.xx.2023-cü il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2023-cü il üçün “X15” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını və cavabdehin ikinci dəfə ailə həyatı qurmasını və həmin nikahdan bir övladının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4827/2019 saylı iş üzrə qəbul etdiyi 31 may 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4827/2019 saylı, 31 may 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş xərcin əvəzi olaraq 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4373/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4373/2023
31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver