Məhkəmə qərarları › İş №2(060)-4394/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4394/2021

14.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4394/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun bacısı qızı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Təxminən 2019-cu ilin yanvar ayında o, iddiaçıya bildirib ki, toy mərasiminə gedir və toy mərasimində taxmaq üçün qızıl zinət əşyalarını ona versin. İddiaçı onun bu təklifini qəbul edərək,ümumi çəkisi 25 qram olan müxtəlif adda qızıl zinət əşyalarını ona verib. Cavabdeh həmin zinət əşyalarının bəzilərini sonradan qaytarsa da, “Fantaziya” üzük-sırğa komplektini qaytarmayıb. İddiaçı bu müddət ərzində dəfələrlə ondan həmin komplekti qaytarmasını tələb etmiş, lakin o hər dəfə müxtəlif bəhanələr gətirərək komplekti ona qaytarmamışdır. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə Sumqayıt şəhər Polis idarəsinin 4-cü Polis Bölməsinə müraciət etmiş və bölmədə məsələ ilə bağlı araşdırma aparılmışdır. Həmin araşdırma zamanı cavabdehin və onun həyat yoldaşının izahatları alınmış, sonuncular 2018-ci ilin mart ayında iddiaçıdan qızıl zinət əşyaları aldıqlarını etiraf etmişlər. Lakin cavabdeh qızılların hamısını iddiaçıya qaytardığını bildirsə də, onun həyat yoldaşı Cavabdeh2 vermiş olduğu izahatında həqiqətən də bir ədəd “Fantaziya” üzük və sırğa komplektinin onlarda qaldığını, iddiaçıya vermədiklərini etiraf etmiş, izahatında həmin qızılları maddi durumu ilə bağlı olaraq qaytara bilmədiyini göstərmişdir. Sumqayıt şəhər Polis idarəsinin 4-cü Polis bölməsinin 13.01.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı ilə həmin materialda cinayət tərkibinin olmaması qeyd olunaraq iddiaçının mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Qeyd olunanlara əsasən iddia üzrə qızıl-zinət əşyalarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona qaytarılması və ya dəyərinin ödənilməsi, habelə 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, qalmaqaldan sonra 2 ədəd sep, bir sırğasının qayıtdığını bildirib. Cavabdeh deyib ki, 15 gündən sonra “Fantaziya”nı gətirəcəyəm. Komplekti kreditlə götürüb. Brilliant “Fantaziya”dır. 4 min manata əldən alıb, hazırki qiyməti 6 min manat olar. Qızılları müstəqil qiymətləndirici vasitəsi ilə qiymətləndirməmişdir. Məhkəmədən iddanın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, qızılların hamısı bir yerdə 34 qramdır. Lombarddan 1250 manat götürülüb.Yoldaşı izahat yazaraq 1 ay ərzində qaytaracağını bildirib.1 aya da “Fantaziya”nı qaytarıb.30.03.2019-cu ildə 2 sep, bir komplekt və 1 sırğa qaytarılıb. Cavabdeh1 qızılları iddiaçıdan qəbzlə almayıb. 24 avqustda öz qızıllarını lombarda qoyub. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, polisə verdiyi izahatını təsdiq edir. O,qızılları görməyib,ona deyilib, yazıb. Qızılları 2019-cu ildə qaytarıblar. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı onlara qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi barədə iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 yanvar 2020-ci il tarixli qərardan görünür ki, İddiaçı polisə müraciəti əsasında cavabdehlərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğu üçün cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfindən "xxxx" MMC-yə sorğu göndərilərək müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında 2018-2021-ci illər ərzində bağlanmış girov müqavilələrinin surətini, girov qoyulan əmlakın siyahısı göndərilmişdir. 3 ədəd sep,2 ədəd klon,2 ədəd komplekt, 2 cüt sırğa,1 ədəd qolbaq girov qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 iddiaçının bacısı qızı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Təxminən 2019-cu ilin yanvar ayında Cavabdeh1 iddiaçıya toy mərasiminə gedəcəyini və toy mərasimində taxmaq üçün qızıl zinət əşyalarını ona verməyini xahiş etmiş, 2019-cu ilin mart ayında qızılların bir hissəsini qaytarsa da, “Fantaziya” brilliant komplekti geri qaytarmamışdır. Cavabdeh2 polisə verdiyi izahatda “Fantaziya” brilliant komplekti 1 ay müddətinə geri qaytaracağını bildirmiş, aralarında qalmaqal olmasına baxmayaraq, qaytarılma barədə hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iddia tələbini qismən təmin edilməsi qənaətinə gələrkən, tələb olunan “Fantaziya” üzük və sırğa dəstinin mövcüdlüyü işin mübahisə edilməyən halı olub, hər iki tərəfin bildirdiyi və qeyri –müəyyən hal isə onun dəyəri barədədir. Həmin hissədə iddiaçı dəyəri olaraq 6000 min manat tələb etsə də, bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM 1091). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 yanvar 2019-cu il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək “Fantaziya” brilliant komplekt, həmin əşyalar olmadıqda isə dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 1 ədəd “Fantaziya” brilliant komplekt qızıl zinət əşyaları, həmin əşyalar olmadıqda isə dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar