Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-44/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı “pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh 5077.68 (beş min yetmiş yeddi manat altmış səkkiz qəpik) manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 70.40 (yetmiş manat qırx qəpik) manatın, ilkin mediasiya prosesinin tətbiq edilməsi üçün ödədiyi 50 (əlli) manatın, cəmi 5198.8 (beş min yüz doxsan səkkiz manat səkkiz qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC-də Cavabdeh rəhbərliyi altında 2003-cü ildən 2020-ci ilədək sürücü vəzifəsində çalışmışdır. O, xx.xx.2015-ci il tarixindən ödənişsiz məzuniyyətə buraxılmış və xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin «a» bəndinə əsasən xitam verilmiş və ona sonuncu haqq-hesab olaraq 2077.68 manat ödənilməsi üçün hesablanmışdır. Xüsusi ilə qeyd edir ki, "xxxx" MMC xx.xx.2015-ci il tarixində öz fəaliyyətini dayandırsa da, o, xx.xx.2015-ci il tarixindən ödənişsiz məzuniyyətə buraxılsa da, "xxxx" MMC-nin direktoru Cavabdeh ona təklif etmişdir ki, o, şəxsi sürücüsü kimi çalışsın və bunun müqabilində ona ayda 600 manat əmək haqqı ödəsin. O, da rəhbərliyinin bu iş təklifi ilə razılaşmışdır. Lakin həmin müddətdə Cavabdeh ona ödənilməli əmək haqqını tam ödəmədiyindən, hissə- hissə ödədiyindən cavabdehin ona 3000 manat məbləğində pul borcu yaranmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh hər dəfə pulu verəcəyini deyib 3000 manat əmək haqqını ona ödənilmədiyindən işdən çıxmaq məcburiyyətində qalmış və ona son haqq-hesab 2077,68 manat məbləğində pul hesablanmışdır. Beləliklə cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh ona 5077.68 manat borcu yaranmışdır. O, hər dəfə həmin borcunu ödəyəcəyini vəd versə də, borc bu günə qədər ödənilməmişdir. O, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh pulunu ala bilmədiyindən şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və X3 Mehriban Əliyevaya, Sumqayıt Şəhər Prokurorluğuna və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə müraciət etmişdir. Müraciətləri əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 02 noyabr 2021 -ci il tarixli, **********0 №-li və 22 noyabr 2021 -ci il tarixli **********0 №-li məktubu ilə, Sumqayıt Şəhər Prokurorluğunun 16 noyabr 2021-ci il tarixli Ş-1245/çıx2060 №-li məktubu ilə onun məhkəməyə müraciət etməyi izah edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 06 dekabr 2021-ci il tarixli, **********3 №-li məktubu ilə son haqq-hesab vaxtında ödənilmədiyinin aşkarlanmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinə əsasən (əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallar) "xxxx" MMC» tərəfindən əmək haqqının ödənilməməsi, qanunvericilikdə nəzərdə tutulmuş «işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsi hallarına şamil edilmir cavabı verilmişdir. Qeyd olunanlardan göründüyü kimi "xxxx" MMC-nin direktoru Cavabdeh pulunu məhkəmədənkənar ala bilmir. Bundan başqa hesab edir ki, "xxxx" MMC-nin direktoru Cavabdeh öz iş fəaliyyətini dayandırsa da, hüquqi şəxs olduğundan ona borclu olduğu pulu hər növ qazancından, hətta aldığı pensiya məbləğindən ödəməyə borcludur. Cavabdeh Sumqayıt Tikinti Quraşdırma Tresti-1» MMCnin direktoru Cavabdeh ona ödəməyə borclu olduğu pulu könüllü ödəmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi üçün 70 manat dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-2001/2022, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmış, əsas olaraq onun məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin mediasiya yolu ilə həlli üzrə mediasiya prosesində iştiraka dair hər hansı sənəd təqdim etmədiyi göstərilmişdir. Ona görə də Bakı 5 saylı Mediasiya Təşkilatına müraciət etmiş və ilkin mediasiya prosesi tətbiq edilmişdir. Bunun üçün o, əlavə 50 (əlli) manat məbləğində dövlət rüsumu ödəməli olmuşdur. O, mediasiya prosesində iştirak etsə də, cavabdeh ilkin mediasiya prosesində iştirak etməmişdir. Ona görə də Bakı 5 saylı Mediasiya Təşkilatı MŞB-5-01255 №-li, 29 aprel 2022-ci il tarixli X1 iştirak edilməməsi Barədə Arayış təqdim etmişdir. İddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə hec bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı "xxxx" MMC-də 2003cü ildən 2020-ci ilə qədər işləmişdir. 11 may 2020-ci ildə İddiaçıla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2020-ci ildən idən çıxsa da məhkəməyə ƏM-nin 296.2-ci maddəsinin tələblərini pozmaqla müraciət etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Sumqayıt Regional ərazi şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Sumqayıt Tikinti Quraşdırma Tresti-1" MMC-nin rəhbərliyinin təqdim etdiyi 01 nömrəli xx.xx.2021 -ci il tarixli məktubuna və təsdiq edici sənədlərə əsasən məlum olmuşdur ki, o, 01 04.2015-ci il tarixindən iş cəbhəsi açılana qəbər ödənişsiz məzuniyyətə buraxılmış və xx.xx.2020-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xitam verilmiş və ona ödəniləcək son haqq hesab 2077.68 manat hesablanmışdır. Cəmiyyət xx.xx.2015-ci il tarixindən iş fəaliyyətini dayandırdığından onun son haqq hesabının ödənilməsi mümkün olmamışdır və işəgötürən tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta halına yol verilmişdir. Həmçinin müəssisə rəhbərliyi fəaliyyətə başladığı halda ona çatacaq son haqq hesabın ödəniləcəyini bildirmişdir. Bildirilir ki, Cəmiyyətin 01 07.2015-ci il tarixindən iş fəaliyyətini dayandırdığı "Kapital Bank" Sumqayıt filialının xx.xx.2021 -ci il tarixli və xx.xx.2021 -ci il tarixli arayışlarına əsasən müəssisənin hesabında vəsait olmadığı və hal hazırda da müəssisənin fəaliyyət göstərmədiyi səbəbindən işəgötürənin tərəflərindən inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyildir. İş materiallarında olan Sumqayıt Şəhər Prokurorluğunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Sumqayıt regional ərazi şöbəsinin İddiaçı ünvanladığı məktublardan görünür ki, yaranmış vəziyyətlə əlaqədar olaraq müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ olduğu izah olunmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, son haqq-hesab vaxtında ödənilmədiyinin aşkarlanmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsinə əsasən (əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallar) "xxxx" MMC» tərəfindən əmək haqqının ödənilməməsi, qanunvericilikdə nəzərdə tutulmuş «işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsi hallarına şamil edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X1 iştirak tələb olunur. İş materiallarında olan X1 iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2022ci il tarixində təşkil etdiyi X1 iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd olunanlara əsasən iddia tələbini əsassız hesab edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı "xxxx" MMC-də 2003-cü ildən 2020-ci ilə qədər işləmişdir. 11 may 2020-ci ildə İddiaçıla bağlanmış əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı əmrlə tanış edilmiş, əmrin surəti və əmək kitabçası ona təqdim olunmuşdur. Lakin iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddəti üzrlü səbəb olmadan ötürmüş, yalnız 2 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bu müddətinin ötürməsini hər hansı bir vəziyyətlə əlaqəndirməmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mübahisələndirliyi əmr Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməklə verilmiş, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə müəyyən edilmiş əsasla xitam verilmiş, iddiaçı işdən azad edilərkən cavabdeh tərəfindən iddiaçının Əmək Qanunvericiliyində nəzərdə tutulan heç bir hüququ pozulmamışdır. Digər tərəfdən, iddiaçı yuxarıda qeyd edildiyi kimi, qanunla (Əmək Məcəlləsinin 296-cı maddəsi) müəyyən edilmiş 1 təqvim ayı təşkil edən iddia müddətini üzrlü səbəb olmadan ötürmüşdür. İddia müddətinin ötürülməsi də iddianın rədd edilməsi üçün əsasdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edib qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddianın imtina barəsində qərar çıxarması üçün əsasdır. Bunu nəzərə alıb, iddia müddəti tətbiq etməklə iddia müddətinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı 5077.68 (beş min yetmiş yeddi manat altmış səkkiz qəpik) manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 70.40 (yetmiş manat qırx qəpik) manatın, ilkin mediasiya prosesinin tətbiq edilməsi üçün ödədiyi 50 (əlli) manatın, cəmi 5198.8 (beş min yüz doxsan səkkiz manat səkkiz qəpik) manat pulun tutularaq ona ödənilməsi” barədə iddia müddətinin ötürülməsini nəzərə alıb, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-ə qarşı “pul tələbinə» dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-44/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-44/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver