Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-44/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Həsənova (Məmmədova) Sahilə Elçin qızına qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Həsənova (Məmmədova) Sahilə Elçin qızına qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5532.99 manat əsas, 409.1 manat faiz, 58.47 manat cərimə borcu olmaqla cəmi 6000.56 manat borcun, 80.01 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Həsənova (Məmmədova) Sahilə Elçin qızının Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Həsənova (Məmmədova) Sahilə Elçin qızıınn həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə və Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 20%-lə 60 ay müddətinə 17000 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzili xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdilər. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2023-cü il fevralın 13-dək Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 5532.99 manat əsas, 409.1 manat faiz və 116.94 manat cərimə borcu olmaqla cəmi 6059.03 manat borcu vardır. Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 116.94 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 58.47 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Yuxarıda göstərdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən əsasən) baxmayaraq iş üzrə İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Həsənova (Məmmədova) Sahilə Elçin qızı məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 4-Z1G1-2-0532-18 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı bankdan illik 20% olmaqla 60 ay müddətinə 17000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4-Z1G1-2-0532-18 saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 4-Z1G1-2-0532-18 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Mənzilin bazar qiyməti 40000 manatdır. İşdə olan xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 17000 manat məbləğində "xxxx" İKB ASC-dən qəbul etmişdir. İşdə olan RX seriyalı ******* saylı çıxarışdan görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzili "xxxx" İKB ASC-nin xeyrinə 341 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Z/02614/22 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kreditor Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 4-Z1G1-2-0532-18 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-ci il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 və Cavabdeh2 yazılı bildiriş ünvanlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, **********045 nömrəli, xx.xx.2018ci il tarixli, **********047 nömrəli, xx.xx.2018-ci il tarixli, **********046 nömrəli ərizələrin surətlərindən görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 qeydiyyatda olduğu Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzilinin "xxxx" İKB ASC-yə ipotekaya (girov) qoyulmasına etiraz etməmişdirlər. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 770.99 manat əsas, 943.68 manat faiz, 878.01 manat cərimə borcu, əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olaraq 42.5 manat olmaqla, ümumilikdə cəmi 2635.18 manat məbləğində borcu vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli, 4- Z1G1-2-0532-18 saylı kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçının həmin müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ yaranmışdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin müddəti 60 aylıq olmaqla xx.xx.2023-cü il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, iddiaçı MMC tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilməsi və borcun tutulması barədə iddia qaldırıldığı andan müqavilə ləğv edilmiş hesab edildiyindən, həmçinin müqavilənin müddəti bitdiyindən həmin hissədə iddia tələbinin təmin edilməsinə zərurət yoxdur. Beləliklə, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən Bankın xeyrinə ümumilikdə 5532.99 manat əsas borcun tutulmasını xahiş etsə də, məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin Banka əsas məbləğ üzrə borcu hal-hazırda 770.99 manat təşkil edir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, xx.xx.2024-ci il tarixli maliyyə arayışında cavabdehin 943.68 manat məbləğində faiz və 878.01 manat cərimə borcunun olduğu göstərilsə də, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bankın xeyrinə 409.1 manat məbləğində faiz və 58.47 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018ci il tarixli, 4-Z1G1-2-0532-18 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 770.99 manat əsas və 409.1 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 58.47 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə dəbbə pulu qismində 58.47 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə mübahisəsi zamanı tərəflər arasında ipoteka predmetinin ilkin satış qiymətinə dair razılaşmanın mövcud olması iş materialları ilə müəyyən olunmur. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzilin bazar qiymətinin (likvid qiymət də daxil olmaqla) müəyyən edilməsi üçün mülki iş üzrə həm qiymətləndirmə, həm də məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli , 01/22-569 nömrəli məktubu ilə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(060)-2857/2023 saylı qərardadı icrasız geri qaytarılmışdır. Buna səbəb cavabdehin borcunu ödədiyindən əmlaka baxış keçirməyə şərait yaratmaqdan imtina etməsi olmuşdur. Eyni zamanda işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hazırkı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Belə ki, cavabdehlər ekspertin ipoteka predmeti olan mənzilə baxmasına şərait yaratmamış, ekspert baxışı baş tutmamışdır. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə qeyd edilən maddənin tələblərini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, məhkəmə icraatı çərçivəsində mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi mümkün olmadığından mənzilin ilkin satış qiyməti ipoteka müqaviləsində göstərilən qaydada (40000 manat) müəyyən edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzilin likvid satış qiyməti tutmanın həmin mənzilə yönəldilməsi proseduru zamanı icra qaydasında müəyyən edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə görə borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi mümkün olmadığından həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafıq olaraq icra icraatı çərçivəsində ipoteka predmetinə tutma yönəldilməsi proseduru zamanı öz həllini tapmalıdır. Eyni zamanda «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddənin dispozisiyasından da göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi orada qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas hesab olunmur. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzili açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Həsənova (Məmmədova) Sahilə Elçin qızının 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılaraq mənzilin boşaldılması və Banka təhvil verilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, artıq satılmış əmlak barəsində hüquq münasibətləri yeni müstəviyə keçməklə, ipoteka saxlayanla ipotekaqoyan arasında deyil, köhnə və yeni mülkiyyətçi arasında yaranan münasibətləri tənzimləyir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mərhələdə bu sahədə heç bir mübahisə olmadığı halda iddia tələbi mənzildən istifadə hüququna xitam verilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddianın qismən təmin edilməsi iddiaçı bank məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən ödənişlər edilməsi ilə əlaqədar olduğundan iddiaçı tərəfindən ödənilən 80.01 manat dövlət rusumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 770,99 (yeddi yüz yetmiş manat doxsan doqquz qəpik) manat əsas borc, 409,1 (dörd yüz doqquz manat on qəpik) faiz borcu, 58,47 (əlli səkkiz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1238,56 (bir min iki yüz otuz səkkiz manat əlli altı qəpik) manat borc və ödənilmiş 80,01 (səksən manat bir qəpik) manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulsun. Tutma ipoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzilinə yönəldilsin. Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzili açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzilinin ilkin satış qiyməti 40000 (qırx min) manat müəyyən edilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 12/17 saylı evin, 35 saylı mənzili satıldıqdan sonra cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Həsənova (Məmmədova) Sahilə Elçin qızı 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılaraq mənzil boşaldılsın və Banka təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-44/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-44/2024
24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver