Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-440/2025 04.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3100 manat məbləğində pulun və ödənilmiş 52 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(101)-109/2018 saylı hökmü ilə hazırki iş üzrə Cavabdeh qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən Sumqayıt şəhərinin Yaşıldərə bağlar ərazisində X2 adlı şəxsdən aldığı torpaq sahəsini sənədləşdirməkdə köməklik göstərilməsi üçün ona müraciət etmiş İddiaçı özünü vəkil kimi təqdim edərək əlaqələrindən istifadə edib məhkəmə yolu ilə tez bir zamanda torpaq sahəsini sənədləşdirəcəyinə söz verib aldadaraq, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Arzu” şadlıq sarayında yerləşən, icarə əsasında işlətdiyi "xxxx" MMC-nin ofisində vahid qəsdlə 2014-cü ilin dekabr ayı ərzində hissə-hissə olmaqla 3100 manat pulunu ələ keçirərək, zərərçəkmiş İddiaçı xeyli miqdarda, yəni 3100 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri lə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmün “Hökm etdi” hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı mülki iddia vermədikləri üçün zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermə hüquqları izah edilsin. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(105)-2019 saylı Qərarı ilə hökm dəyişdirilərək Cavabdeh cəzası 5 (beş) il 6 (altı) ay müddətinə endirilmişdir. X3 Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarına əsasən ona təvin edilmiş cəza Qüvvəsində şaxlanmışdır. Nüşabə Baxısovanın cəzası sonradan Qanunvericilikdə edilən dəyişikliklərə əsasən yüngülləşdirilmiş və o azadlığa buraxılmışdır. İddiaçı bildirir ki. Cavabdeh 2014-cü ilin dekabr avında iddiaçıdan cəmi 3100 manat pul alması cinavət isinin materialları ilə tam sübuta yetirilmisdir. Bakı Asır Cinavətlər Məhkəməsinin hökmündə göstərildiyi kimi mülki icraat qavdasında müraciət etmək hüququ şaxlanmışdır. Bundan əlavə iddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1- ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Pulun cavabdeh tərəfindən alınması 2014-cü ilin dekabr axında olduğu ücün mülki qaydada iddia tələbi 10 il təşkil edir ki, hazırda iddia ərizəsi vaxtında verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-20/19 saylı xx.xx.2019-cu il tarixli qərardan görünür ki, cavabdehin təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən Sumqayıt şəhərinin Yaşıldərə bağlar ərazisində X2 adlı şəxsdən aldığı torpaq sahəsini sənədləşdirməkdə köməklik göstərilməsi üçün ona müraciət etmiş İddiaçı özünü vəkil kimi təqdim edərək əlaqələrindən istifadə edib məhkəmə yolu ilə tez bir zamanda torpaq sahəsini sənədləşdirəcəyinə söz verib aldadaraq, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Arzu” şadlıq sarayında yerləşən, icarə əsasında işlətdiyi "xxxx" MMC-nin ofisində vahid qəsdlə 2014-cü ilin dekabr ayı ərzində hissə- hissə olmaqla 3100 (üç min yüz) manat pulunu ələ keçirərək, zərərçəkmiş İddiaçı xeyli miqdarda, yəni 3100 (üç min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etdiyi müəyyən olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-20/19 saylı xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində göstərmişdir ki, 2014-cü ilin dekabr ayında o, Nüşabəyə torpaq məsələsinin həll olunması üçün Sumqayıt şəhərinin, 9-ci mikrorayon ərazisində yerləşən "xxxx" adlı ofisində 3100 manat pul vermiş, lakin Nüşabə heç bir iş görməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-20/19 saylı xx.xx.2019-cu il tarixli qərardan görünür ki, iş materiallarna əsasən, təqsirləndirilən şəxs Cavabdeh dələduzluq əməlini ağırlaşdırım hallarda, yəni öz qulluq mövqeyindən istifadə edərək, xeyli miqdarda ziyan vurmaqla, təkrarən törətdiyi, Cavabdeh tərəfindən 15 epizod üzrə cinayət törədilmiş, zərər çəkmiş şəxslərə vurulmuş ziyan onun tərəfindən ödənilmədiyi müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-20/19 saylı xx.xx.2019-cu il tarixli qərardan görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Cavabdeh zərər çəkmiş şəxs X1 qarşı törədilmiş epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlıqədar cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 4 il 6 ay müddətinə və Sumqayıt Apelyasiya Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qərarı ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə əsas cəzaları qismən toplamaqla və həmin cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum etmə əlavə cəza tam birləşdirilməklə Cavabdeh qızna qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 3100 manat məbləğində pulun və ödənilmiş 52 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ödənilməsi barədə iddia il müraciət etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)- 20/19 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən cavabdehin təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını ələ keçirmə məqsədilə "xxxx" MMC-nin direktoru işləyərkən Sumqayıt şəhərinin Yaşıldərə bağlar ərazisində X2 adlı şəxsdən aldığı torpaq sahəsini sənədləşdirməkdə köməklik göstərilməsi üçün ona müraciət etmiş İddiaçı özünü vəkil kimi təqdim edərək əlaqələrindən istifadə edib məhkəmə yolu ilə tez bir zamanda torpaq sahəsini sənədləşdirəcəyinə söz verib aldadaraq, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, “Arzu” şadlıq sarayında yerləşən, icarə əsasında işlətdiyi "xxxx" MMC-nin ofisində vahid qəsdlə 2014-cü ilin dekabr ayı ərzində hissə- hissə olmaqla 3100 (üç min yüz) manat pulunu ələ keçirərək, zərərçəkmiş İddiaçı xeyli miqdarda, yəni 3100 (üç min yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etdiyi müəyyən olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneaəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən: “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan vuran və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3100 manat dəymiş ziyanın əvəzi alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin alınmasına dair hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) 3100 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 52 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 3100 manat dəymiş ziyanın və 52 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-440/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-440/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver