Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4408/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarını dəyişərək hər ay, hər bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin birgə nikahlarndan olan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün və mediasiya üçün ödənilmiş 50 manat rüsumun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 2019-cu ildə rəsmi boşanmışdır. Tərəflərin birgə nikahdan iki övladları var: xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8372/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər uşağın saxlanılması üçün cavadehdən hər ay 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı uşaqlarının maddi ehtiyaclarını qarşılaya bilmir. Bazar qiymətlərinin qalxması, uşaqlarının böyüməsi ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün bir uşağa 140 manat aliment kifayət etmir. xx.xx.2023-cü ildə cavabdeh tərəfindən məhkəməyə elektron qaydada yazılı izahat ünvanlanmışdır. Yazılı izahatda qeyd edilmişdir ki, cavabdeh iddiaçının iddia tələbi ilə razı deyil. Belə ki, o "xxxx" ASC-nin Sumqayıt filialından xx.xx.2022-ci il tarixdə götürdüyü krediti 373,35 manat ödəniş məbləği olmaqla üç illik müddətində ödəniş cədvəlinə əsasən ödəməlidir. Cavabdeh artıq 1 ildir ki, ödəniş edir, iki il də ödəniş etməlidir. Cavabdeh xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-yə işə qəbul olunmuşdur. Hal-hazırda X3 X8 boru, plastik injeksiya və metal hasar istehsal sahəsinin satış sonrası xidmət bölməsində qaynaqçı (plastmas) vəzifəsində işləyir. Onun aylıq əmək haqqı vergilər daxil olmaqla 770 manat təşkil edir. Həmin məbləğin 85 manatı vergilərə, 373 manat 53 qəpik isə kredit borcuna tutulur. Yerdə qalan 310 manatla öz ailəsini güclə idarə edir. 310 manatdan isə 280 manat aliment ödəyir ki, yerdə qalan 30 manatla dolanmağı müşkül məsələyə çevrilib. İddiaçı cavabdehlə birgə olan zamanda onun öz tələbinə uyğun olaraq məcbur olub evin təmiri üçün bankdan pul götürmüşdür. İddiaçı hal-hazırda qadın salonunda işləyir və yaxşı gəlir əldə edir. O, məcburi köçkün kimi çörək pulundan da yararlanır. Cavabdeh evin yeganə oğul övladıdır. Hətta xəstə yaşlı valideynlərinə köməklik göstərə bilmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdeh aliment öhdəliyini vaxtında yerinə yetirir. Onun maddi vəziyyəti yaxşıdır. Cavabdehin əmək haqqının yarısı karta yüklənir, digər qismini isə paket şəklində alır. Onun özünün aylıq gəliri isə təxminən 200 manat məbləğində olur. Qeyd edilənlərə əsasın iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, əlavə gəliri yoxdur. Yenidən nikaha daxil olmamışdır. Hər uşağa görə 160-165 manat olmaqla aliment ödəyə bilər. Hazırda özünün banka kredit borcu var. Həmin krediti bankdan evin təmiri üçün götürüb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1984-cü ildə, Ağdam rayonu, Başqərvənd kəndində anadan olmuşdur. O, Ağdam rayonu, Başqərvənd kəndi ərazisində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1981-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8372/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün cavabdehdən hər ay, hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə 280 manat sabit məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Doğum haqqında şədahətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X5 xx.xx.2013-cü ildə, Sumqayıt şəhərində, X7 isə xx.xx.2010-cu ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən cavabdeh həqiqətən xx.xx.2013-cü il tarixdən "xxxx" MMC-yə qəbul olunub. Hal-hazırda X2 X6 boru, plastik injeksiya və metal hasar istehsal sahəsinin Satış Sonrası Xidmət Bölməsində Qaynaqçı (plastmas) vəzifəsində işləyir. Aylıq əmək haqqı vergilər daxil olmaqla 770 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İddiaçı uşaqları üçün hər uşağa 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment tələb etsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehdən yüksək məbləğdə alimentin tutulması onun maddi cəhətdən həddindən artıq yüklənməsinə səbəb ola bilər. Qeyd edilənlərə əsasən məhkəmə tərəflərin maddi vəziyyətlərini, diqqətəlayiq halları, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8372/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay, hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8372/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər uşaq üçün 190 (yüz doxsan) manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4408/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4408/2023
22.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver