Məhkəmə qərarları › İş №2(060)-4448/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4448/2024

08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4448/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı "xxxx" X10 Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X10 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" X10 Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 2000 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar ona ödənilməli olan aylıq ödənclərin cavabdeh tərəfindən ödənilməməsinin qanunsuz sayılması, istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar 17 may 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr üçün aylıq 180 manatdan aşağı olmamaqla hesablanmaqla aylıq ödənclər üzrə yaranmış 1344 manat borc məbləğinin, 01 yanvar 2023-cü il tarixdən etibarən hər ay 207 manatdan aşağı olmamaqla aylıq ödənclərin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768’2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçının sağlamlığına dəymiş zərərlə əlaqədar xx.xx.2022-ci ildən 31 dekabr 2022-ci il tarixinədək ödənilməmiş aylıq ödənişlər üzrə yaranmış 1338 manat məbləğində pulun, 01 yanvar 2023-cü ildən başlayaraq isə hər ay 207 manat məbləğində aylıq ödənişin iddiaçı Cavabdeh ödənilməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması və iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə qanuni qüvvəsini almışdır. O, üçüncü şəxsə rəsmi qaydada ərizə ilə müraciət edərək, "xxxx" ASC-nin rəhbəri olaraq yazaraq məlum edir ki, səhmdar cəmiyyətin özəlləşdirilməsi tam başa çatmamasına baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-768/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Səhmdar cəmiyyəti yaranandan, qanunvericiliklə istehsalat qəzası nəticəsində əmək xəsarəti ilə əlaqədar vətəndaşlara ödənilməli olan aylıq ödənclər qanunla Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasına baxmayaraq (miiəssə tam özələşənə qədər) "xxxx" ASC-i Cavabdeh istehsalat qəzası nəticəsində əmək xəsarəti ilə əlaqədar vətəndaşlara ödənilməli olan aylıq ödənclər xx.xx.2002-ci il tarixindən 2006-cı ilin sonuna kimi ödəmişdir. Ödənilmiş pul vəsaitini mtiəssəyə qaytarılması, bu mümkün olmadığı təqdirdə və ya növbəti beş il Cavabdeh istehsalat qəzası nəticəsində əmək xəsarəti ilə əlaqədar vətəndaşa ödənilməli olan aylıq ödəncin ödənilməsinin AR ƏƏSMNnin tabeliyində DSMFN-nın Abşeron-Xızı regional filialı tərəfindən ödənilməsini təmin edilməsini xahiş etmişdir. Lakin üçüncü şəxs ərizənin təmin olunmasından imtina etmişdir. Ona görə də 2002-ci il tarixindən, 2007-cı il tarixinə kimi "xxxx" ASC tərəfindən Cavabdeh ödənilmiş 2000 manat məbləğində pul vəsaitinin geri alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ’’Azərmetalinvest” Açıq Səhmdar Cəmiyyətinin ona qarşı “pul” tələbinə dair iddia ərizəsini tamamilə əsassız sayır. Belə ki, iş materiallarında olan sənədlərdən də görünür ki, 1992-ci ilin iyun ayında xarrat peşəsi üzrə işlədiyi keçmiş “Azərboruinvest” firmasında (hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılır) işdə olarkən iş vaxtında ağır bədən xəsarəti almış, aldığı xəsarətlər nəticəsində peşə əmək qabiliyyətinin 60%-ni itirərək İİ qrup əlil olmuşdur. İş vaxtı xəsarət almağı və bunun nəticəsində peşə əmək qabiliyyətinin 60%-ni itirməyi ‘Azərboruinvest” firmasının 19 iyun 1992-cü il tarixli, 3 saylı “İstehsalatda bədbəxt hadisə haqqında” aktı ilə öz təqdiqini tapmışdır. Sözügedən hadisə nəticəsində o, peşə əmək qabiliyyətinin 60%-ni itirdiyimdən, qanunvericiliyə görə əsas iş yeri üzrə aldığı əmək haqqının əmək qabiliyyətini itirdiyi dərəcəyə mütənasib olan hissəsi ilk dövrlərdə xəsarət almağında təqsirkar olan işəgötürən “Azərboruinvest” firması tərəfindən ona ödənilməyə başlanılmışdır ki, bunu müəssisə rəhbərinin həmin dövrə aid müvafiq əmrləri təsdiq edir. 2003-cü ilin oktyabr ayının 01-dən etibarən isə ona aylıq ödənc əvəzinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən aylıq müavinət təyin edilmişdir. Buna səbəb isə dövlət müəssisəsi olan “Azərboruinvest” firmasının özəlləşməyə açılması olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları ilə “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydası tənzimlənirdi. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Ancaq 2022-ci ilin 31 iyul tarixindən sonra dövlət büdcəsinin vəsaiti hesabına aylıq ödənc əvəzinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona ödənilən aylıq müavinətin ödənişi dayandırılmış, bununla bağlı müraciətinə isə cavab verilərək bildirilmişdir ki, 17 may 2022-ci il tarixdən ’’Azərmetalinvest” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi başa çatdığından aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. Belə olan halda, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunverciliklə ödənilməli olan aylıq ödənc xəsarət alarkən işlədiyi ’’Azərmetalinvest” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməlidir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin ödənişi ödəməkdən imtina etdiyi üçün o, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məburiyyətində qalmış və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, sağlamlığına dəymiş zərərlə əlaqədar xx.xx.2022-ci ildən 31 dekabr 2022-ci il tarixinədək ödənilməmiş aylıq ödənişlər üzrə yaranmış 1338 manat məbləğində pulun, 01 yanvar 2023-cü ildən başlayaraq isə hər ay 207 manat məbləğində aylıq ödənişin ona ödənilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qətnaməsindən "Azərmetalinvest” Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilsə də, şikayət təmin olunmamış və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin məhkəmənin adı çəkilən qətnaməsi qanuni qüvvəyə minsə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin tələblər yerinə yetirilmədiyindən, icra sənədində göstərilən tələb onun əmlakına, daha doğrusu “Kamaz 551112” yük markalı, 50-AD-38 dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş və bu əmlak hərracdan satılaraq müəssisənin ona yaranmış 4000 manatdan artıq borcu bağlanmışdır. Buna baxmayaraq "Azərmetalinvest” Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin müəyyən etdiyi 01 yanvar 2023-cü ildən başlayaraq isə hər ay 207 manat məbləğində aylıq ödənişin ona ödənilməsi həyata keçirilmir. Hal-hazırda da "Azərmetalinvest” Açıq Səhmdar Cəmiyyəti bu iddia tələbini qaldırmaqla həm mülkiyyətində olan avtomobilin satılaraq borcunun ödənilməsinin qisasını almaq məqsədi daşıyır, həm də müəyyən edilmiş aylıq ödəncləri ona ödəməmək üçün bəhanə axtarır. Halbuki iddiaçı istehsalat qəzası nəticəsində ona ödənilməsi müəyyən edilmiş aylıq ödənclərin 2002-ci ilin 01 yanvarından 2006-cı ilin sonunadək "Azərmetalinvest” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənildiyini iddia edərək həmin məbləğin geri qaytarılmasını tələb etdiyi halda, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Baxmayaraq ki, yuxarıda qeyd etdiyi məhkəmə işinin gedişatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi bildirmişdir ki, 2003-cü ilin oktyabr ayının 01-dən etibarən ona aylıq ödənc əvəzinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən aylıq müavinət təyin edilmişdir və həmin vaxtdan 17 may 2022-ci il tarixinədək sözügedən ödənclər adı çəkilən qurum tərəfindfən ona ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinin gedişatında bu halları təkzib etməmiş, 2002-ci ilin 01 yanvarından 2006-cı ilin sonunadək "Azərmetalinvest” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənildiyini bildirməmişdir. Hətta belə ödənişlərin olduğunu iddiaçı sübuta yetirsə belə, ondan bu ödənişlər tələb edilə bilinməz. Çünki qanunvericiliklə müəyyən edilmiş iddia müddətləri iddiaçı tərəfindən ötürülmüşdür. Məlum olduğu kimi, mülki qanunvericiliklə ümumi iddia müddəti 10 il olaraq müəyyən edilmişdir. Göründüyü kimi, istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçi kimi ona ödənilməli olan aylıq ödəncin cavabdeh tərəfindən ona ödənilməsini sübuta yetirən faktlar olmadığı kimi, həmin məbləğin geri tələb edilməsi üçün də hər hansı hüquqi əsaslar yoxdur və sözügdən aylıq ödənclər ona davamlı olaraq həyata keçirilməlidir. Bu səbəbdən hesab edir ki, cavabdehin iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir.

4. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək 2(060)-4448/2024 nömrəli iş üzrə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə) “pul” tələbinə tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcraatda olan 2(060)-4448/2024 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim edirlər. "xxxx" ASC xx.xx.2023-cü il tarixdə Fondun Abşeron-Xızı regional filialına müraciət edərək Cavabdeh istehsalat qəzası nəticəsində əmək xəsarəti ilə əlaqədar ödənilməli olan aylıq ödənclər xx.xx.2002-ci il tarixdən 2006-cı ilin sonuna qədər "xxxx" ASC tərəfindən ödənildiyini bildirmiş və həmin dövr üzrə ödənilən pul vəsaitinin müəssisəyə geri qaytarılmasını, bu mümkün olmadığı təqdirdə isə növbəti beş il ərzində Cavabdeh istehsalat qəzası nəticəsində əmək xəsarəti ilə əlaqədar ödənilməli olan aylıq ödəncin Fond tərəfindən həyata keçirilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçı "xxxx" ATSC-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-278338/2023 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"nin 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.1 -ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirilmişdir ki, zərərçəkən Cavabdeh keçmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sumqayıt şəhər şöbəsinin 676 nömrəli xx.xx.2009-cu il tarixli Qərarı ilə xx.xx.2003-cü il tarixdən "xxxx" ASC-nin özəlləşdirilməsinin başa çatdığı xx.xx.2022-ci il tarixədək aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2002-ci il tarixdən 2006-cı ilin sonunadək "xxxx" ASC tərəfindən ödənilmiş vəsaitin tərəfindən geri ödənilməsi mümkün hesab edilməmişdir. Zərərçəkən şəxsə müəssisə tərəfindən ödənilmiş vəsaitin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zərərçəkən şəxsdən tələb edilməsi tövsiyə olunmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə Mərkəzi Filiala aldığı aylıq müavinətin yenidən bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. X8 tərəfindən iddiaçının müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktub ilə aylıq ödəncin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2022ci il tarixdən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. Lakin "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdən özəlləşdirilməsinə baxmayaraq Cavabdeh xx.xx.2003-cü il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi 31.07,2022-ci il tarixədək davam etdirilmişdir. Bununla da, xx.xx.2022-ci il tarixdən 31,07.2022-ci il tarixədək 447,10 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi tərəflərindən dayandırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qətnaməsi ilə iddiaçının sağlamlığına dəymiş zərərlə əlaqədar xx.xx.2022-ci ildən 31 dekabr 2022-ci il tarixədək ödənilməmiş aylıq ödənişlər üzrə yaranmış 1338 manat məbləğində pulun, 01 yanvar 2023-cü ildən başlayaraq isə hər ay 207 manat məbləğində aylıq ödənişin iddiaçı Cavabdeh ödənilməsi öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir. Daha sonra cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-768/2023 nömrəli qərardadına əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh xx.xx.2003-cü il tarixdən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. İddiaçı "xxxx" ATSC tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində qeyd olunmuşdur ki, Cavabdeh istehsalat qəzası nəticəsində əmək xəsarəti ilə əlaqədar ödənilməli olan aylıq ödənclər xx.xx.2002-ci il tarixdən 2006-cı ilin sonuna qədər müəssisə tərəfindən ödənilmişdir. Bununla bağlı qeyd edilməsi zəruridir ki, Cavabdeh Fond tərəfindən xx.xx.2003-cü il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Eyni zamanda hazırki iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış etirazda da bildirilmişdir ki, aylıq ödənc əvəzinə aylıq müavinət xx.xx.2003-cü il tarixdən etibarən Fond tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi Cavabdeh istehsalat qəzası nəticəsində əmək xəsarəti ilə əlaqədar ödənilməli olan aylıq ödənclər xx.xx.2002-ci il tarixdən 2006-cı ilin sonuna qədər "xxxx" ATSC tərəfindən ödənildiyini sübut edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2022-ci il tarixdən "xxxx" ASC-nin özəlləşdirilməsi başa çatmışdır. Lakin "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdən özəlləşdirilməsinə baxmayaraq Cavabdeh xx.xx.2003-cü il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Bununla da, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 447,10 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir.

Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçı "xxxx" X10 Cəmiyyətinin direktoru X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, müəssisəyə ayrılan özəl mülkə dair reyetrdən çıxarış və texiniki pasport verilməmişdir. Qətnamədə qeyd olunmuşdur ki, aylıq ödənclər müəssisənin gəlirindən verilməlidir. 2009-cu ilə qədər aylıq ödənclər Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmişdir. Ödəniş tapşırıqları yoxdur. Lakin cavabdeh özü də etiraf edə bilər. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X2 izahatında bildirdi ki, etiraz ərizəsini və sübutları məhkəməyə təqdim etmişdirlər. Etiraz ərizəsini müdafiə edir.

7. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh və onun nümayəndəsi X6 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

Tədqiq olunan sübutlar:

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-768/2023 saylı qətnaməsi ilə iddiaçının sağıamlığına dəymiş zərərlə əlaqədar xx.xx.2022-ci ildən 31 dekabr 2022-ci il tarixinədək ödənilməmiş aylıq ödənişlər üzrə yaranmış 1338 manat məbləğində pulun, 01 yanvar 2023-cü ildən başlayaraq isə hər ay 207 manat məbləğində aylıq ödənişin iddiaçı Cavabdeh ödənilməsi öhdəliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 676 saylı, xx.xx.2009-cu il tarixli qərarından görünür ki, Cavabdeh əmək xəsarəti əsasında əmək qabiliyyətini 60% itirdiyinə görə xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək aylıq 50 manat məbləğində müavinət təyin edilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

-175.3-cü maddəsinə əsasən işəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı “Azərboruinvest” firmasında xarrat vəzifəsində işləyərkən iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində sol əlindən xəsarət almışdır. Hal-hazırda iddiaçı cavabdehdən 2000 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsini məhkəmədən xahiş edir.

14. Qeyd edilən tələbin əsası kimi xx.xx.2002-ci il tarixdən 2006-cı ilin sonuna kimi Cavabdeh istehsalat qəzası nəticəsində əmək xəsarəti ilə əlaqədar ödənişlərin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən həyata keçirilməli olduğu halda müəssisə tərəfindən həyata keçirildiyini və bunun nəticəsində cavabdehə 2000 manat məbləğində pul vəsaitinin ödənildiyi iddia edir.

15. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 676 saylı, xx.xx.2009-cu il tarixli qərarından göründüyü kimi Cavabdeh əmək xəsarəti əsasında əmək qabiliyyətini 60% itirdiyinə görə xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək aylıq 50 manat məbləğində müavinət təyin edilməsi qərara alınmışdır.

16. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

17. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qəraınrda Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

18. Beləliklə məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin hazırki işdə iddiaçı xx.xx.2002-ci il tarixdən 2003-cü ilin yanvar ayınadək cavabdehə istehsalat qəzası nəticəsində xəsarət alması ilə əlaqədar ödənişlərin edilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

19. Məhkəmə eyni zamanda qeyd edir ki, qeyd olunan vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş olsa belə həmin məbləğ, qanunvericiliyin tətbiqi ilə bağlı işəgötürənin yol verdiyi səhv nəticəsində ödənilən vəsaitdir. Belə olan halda isə Əmək Məcəlləsinin 175.5-ci maddəsi ilə qeyd olunan vəsaitin işçidən tələb olunması istisna olunur. Belə ki, həmin normaya əsasən işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər istənilən halda işçidən tutula bilməz.

20. Beləliklə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

21. Bundan başqa məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə bildirir ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunların uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

22. Məhkmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia məhkəmə tərəfindən əsassız hesab edildiyinə görə iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməsi zərurəti də aradan qalxmışdır.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" X10 Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh 2000 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

"xxxx" X10 Cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh 2000 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar