Məhkəmə qərarları › İş №2(060)-4449/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4449/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4449/2021 28.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1dan və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 11 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 17730.49 manat əsas borc, 1799,22 faiz borcu və 2,52 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 20191.54 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 11 mart 2020ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı üçün icraata qəbul edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü və 149.2.5 maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə (152.1.1), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə (152.1.6) geri qaytarır. İddiaçı ASC iddia ərizəsinə mübahisənin məhkəməyə qədər həllinə dair sənədin surətini iddia ərizəsinə əlavə etməməmiş, həmçinin iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında bildirişlər və bildirişlərin göndərilməsi barədə qəbzlər göstərsədə, həmin sənədlər ərizəyə əlavə edilməmişdir. Bununla bağlı məhkəməninin müvafiq səlahiyyətli şəxsləri tərəfindən 31 nömrəli, 28.04.2021-ci il tarixli akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 qarşı borcun tutulmasına dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı ASC ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar