Məhkəmə qərarları › İş №2(060)-4451/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4451/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4451/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” BOKT MMC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 18.09.2019-cu il tarixli SUMG1-9835-2061 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsi və Cavabdeh iddiaçı “xxxx” BOKT MMC-nin xeyrinə 3224,13 manat əsas, 13,86 manat faiz borcu olmaqla cəmi 3237,99 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 18.09.2019-cu il tarixli SUMG1-9835-2061 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə 3317,38 manat kredit vermişdir. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən edilmişdir. Borclu ödəniş qrafikinə əsasən illik 12 ay ərzində hər ay 3 manat, növbəti 48 ay ərzində isə hər ay 71 manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Beləliklə, 23 aprel 2021-ci il tarixə Cavabdeh 18.09.2019-cu il tarixli SUMG1-9835-2061 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 3224,13 manat əsas, 13,86 manat faiz borcu olmaqla cəmi 3237,99 manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 18.09.2019-cu il tarixli SUMG1- 9835-2061 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, kreditor borcalana vaxtı keçmiş kredit borcunun qalıq məbləğini ödəməsi məqsədi ilə 5 il (60 ay) müddətinə illik 1 faiz ödənilməsi şərti ilə 3317,38 manat kredit verməyi, borcalan müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh 23.04.2021-ci il tarixə 18.09.2019-cu il tarixli SUMG1-9835-2061 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 3224,13 manat əsas, 13,86 manat faiz borcu olmaqla cəmi 3237,99 manat borcu vardır. Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 18.09.2019-cu il tarixli SUMG1-9835-2061 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilməli, Cavabdeh 3224,13 manat əsas, 13,86 manat faiz borcu olmaqla cəmi 3237,99 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat iddiaçı “xxxx” BOKT MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxx” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 18.09.2019-cu il tarixli SUMG1- 9835-2061 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdeh 3224,13 manat əsas borc, 13,86 manat faiz borcu, cəmi 3237,99 (üç min iki yüz otuz yeddi manat, doxsan doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı “xxxx” BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar