Məhkəmə qərarları › İş №2(060)-4452/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4452/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4452/2024 23.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat məbləğində pulun alınaraq (M/H: AZ41NABZ********************, VÖEN **********, Kod 210005, SWİFT: CTREAZ22, Ədliyyə Nazirliyi: AZ18CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu:7, Büdcə təsnifatının kodu:142120) saylı hesaba köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki Cavabdeh Füzuli Hərbi Məhkəməsinin 1-xxxx-2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2 və 335.3-cü maddələri ilə təqsirli bilinərək, qəti olaraq 01 il müddətə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji bankı təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, həmin vasitənin zədəlikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum cəzasını çəkib qurtardığı üçün nəzarət işi qeydiyyatdan çıxarılmış və ona verilmiş ENV geri alınmışdır. AR Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki Rəyə əsasən mobil nəzarət qurğusunun düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlər sıradan çıxmış və təmiri mümkün olmadığı üçün istifadəyə tam yararsız olduğu qeyd edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusu istifadəyə tam yararsız olduğu üçün maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, maşın ustası işləyir. İşlədiyi yerdə qolbaq sönüb. Bununla bağlı iddiaçıya məlumat vermişdir. O, qolbağa zərər vurmamışdır. Daim üstündə olub, onu qoruyub saxlamışdır. Bilə-bilə qolbağa zərər vurmamışdır. Sonradan icra məmuru ona bununla bağlı məlumat vermişdir. Hazırda onun ziyanı ödəməyə imkanı yoxdur. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşdə olan Füzuli Hərbi Məhkəməsinin 1-xx-xx-2023 saylı, xx.xx.2023-cü il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 333.2-ci və 335.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 333.2-ci maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikasının CM-nin 335.3-cü maddəsi ilə barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis Rəyindən görünür ki, Cavabdeh təhvil verilmiş elektron nəzarət vasitəsi olan Attenti V6 mobil qurğusu düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlər sıradan çıxıb. Təmiri mümkün olmamış və istifadəyə yararsız hala salınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, “Attenti” makalı elektron nəzarət vasitəsinin 1 ədədinin qiyməti 2277,40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhəkəmə qeyd edir ki, cavabdehin üzərində gəzdirdiyi elektron nəzarət vasitələrindən mobil qurğunu və enerji adaptrını təhvil verməsi barədə dəlil iddianın rədd olunması üçün əsas ola bilməz, çünki göstərilən qurgu cəm şəkildə təhvil verilməmişdir. Şərh edilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat məbləğində pul alınaraq (M/H: AZ41NABZ********************, VÖEN **********, Kod 210005, SWİFT: CTREAZ22, Ədliyyə Nazirliyi: AZ18CTRE********************, VÖEN: **********, Büdcə səviyyəsinin kodu:7, Büdcə təsnifatının kodu:142120) saylı hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar