Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-446/2024 29.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 26260.96 ABŞ dollan əsas, 30072.86 ABŞ dolları faiz borcu, 822.86 ABŞ dollan cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6785.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 63941.83 ABŞ dolları borcun və 398.70 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşmmaz əmlaka tutmamn yönəldilməsi haqqmda bildirişin qeydə almması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqmın ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2, X2, Cavabdeh4 ünvan 1 ünvanmda yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə olan istifadə hüquqlarmın itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, hazırkı iş üzrə icra qeydinin olmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflər arasında olan mübahisəyə dair icra qeydi olduğundan hazırkı mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka olan borcu ilə əlaqədar icra qeydinin aparılması üçün Sumqayıt şəhər 1 saylı Notariat ofisinə ərizə ilə müraciət etmiş və həmin ərizəyə əsasən müvafiq icra qeydi aparılmışdır. Həmin icra qeydi hal-hazırda qüvvədədir və ləğv edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı borc tələbi və tutmanının ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırki mülki işin icraatına xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbində icra qeydində qeyd edilən tələblərdən əlavə tələblər (faiz borcunun məbləği, ipoteka predmetinə yönəltmə və s.) nəzərdə tutulsa da, məhkəmə iddiaçının razılığını nəzərə alaraq, iş üzrə icraata ümumilikdə xitam verilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası Ailə Məcəlləsinin 15-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2, X1 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-446/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-446/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver