Məhkəmə qərarları › İş №2(060)-4463/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4463/2025

13.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4463/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6800 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ona təqsirləndirilən şəxs Cavabdeh tərəfindən gizli talama yolu ilə 6800 manat maddi ziyan dəymişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(060)-65/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bu hökmdən o, apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli 1(105)-553/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(060)-65/2024 nömrəli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 4 il 6 ay müddətinədək artırılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Cavabdeh hazırki qərarla təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 ay 25 gün azadlıqdan məhrum etmə cəzası ilə hökmlərin məcmusu qaydasında tamamilə birləşdirilmiş, Cavabdeh üzərində qəti olaraq 4 il 10 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bu qərardan da o, kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli 1(102)-399/2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli 1(105)- 553/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. X1 cəza çəkən məhkum Cavabdeh məhkəməyə ərizə göndərərək iddia ərizəsi ilə razı olmadığını bildirmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan : - Ali Məhkəmənin CK-nin xx.xx.2025-ci il tarixli 1(102)-399/2025-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli 1(105)-553/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(060)-65/2024 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bu hökmdən iddiaçı apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 sentyabr 2024-cü il tarixli 1(105)-553/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli 1(060)-65/2024 nömrəli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təyin edilmiş 03 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 4 il 6 ay müddətinədək artırılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Cavabdeh hazırki qərarla təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 ay 25 gün azadlıqdan məhrum etmə cəzası ilə hökmlərin məcmusu qaydasında tamamilə birləşdirilmiş, Cavabdeh üzərində qəti olaraq 4 il 10 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə X2 məxsus “Kia Sportage” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısının şüşəsinə dəmir parçası ilə fiziki təsir göstərib sındıraraq avtomobilin arxa oturacağının üzərindən İddiaçı məxsus 1 ədəd dəyəri 170 manat olan əl çantasını, əl çantasının içində olan 1 ədəd dəyəri 280 manat olan eynəyi, 02 ədəd ümumi dəyəri 50 manat olan pomadanı, 1 ədəd dəyəri 142 manat olan ətri, 3 (üç) manat məbləğində qəpik pulları, 1 ədəd dəyəri 53 manat olan pul qabını və pul qabının içindəki "xxxx"ASC-yə məxsus olmaqla İddiaçı adına olan bank kart hesabındakı pul vəsaitinin tamanını, yəni 3 iyun 2023-cü il tarixdə, saat 22:29-dan 22:30-dək olan müddətdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 400 manat, 3 iyun 2023-cü il tarixdə, saat 22:37-dən 22:39-dək olan müddətdə Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi, 40-cı məhəllə ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan 5702 manat olmaqla, ümumilikdə 6102 manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə çıxararaq gizli yolla talayıb zərər çəkmiş şəxs İddiaçı 6800 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu fakt qanuni qüvvəsini almış məhkəmə aktları ilə tamamilə təsdiq olunmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6800 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh cinayət törədərkən iddiaçıya məxsus bəzi əmlakları və pul vəsaitini talamış və ona ümumilikdə 6800 manat maddi zərər vurmuşdur. Baş vermiş cinayət hadisəsinə görə cavabdeh təqsirli bilinmiş və cəzasını almışdır. Bununla belə, zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği 6800 manat təşkil etsə də, bu zərərin əvəzi ödənilməmişdir. Qanunun tələbinə görə isə bu zərərin əvəzini delikt, yəni cinayət törətmiş Cavabdeh ödəməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6800 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin MPM-nin 119-cu maddəsinə əsasən hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş övlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 6800 manat və dövlət rüsumu kimi ödənilmiş 88 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar