Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-45/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Topik qızına qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh Topik qızına qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə Cavabdeh Topik qızından 1885.56 manat əsas borc, 48.84 manat faiz borcu və 0.99 manat dəbbə pulu olmaqla, cəmi 1935.39 manat məbləğində kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Topik qızı vəfat etdiyinə görə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-287/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh Topik qızına qarşı «pul tələbinə» dair mülki iş üzrə icraat Cavabdeh Topik qızının hüquq varisi müəyyən edilənədək dayandırılmışdır. xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin baş direktoru Ceyhun İbrahimov ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, bank tərəfindən verilmiş sorğuların cavabına əsasən xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzində vərəsəlik işi açılmış, X3 qanun üzrə vərəqəslik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də, Cavabdeh Topik qızının əsl cavabdeh X5 ilə əvəz olunması və mülki işin dayandırılmasına səbəb olmuş halın aradan qalxmasına görə mülki işin icraatının təzələnməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra Sumqayıt şəhər Məhkəməsinin 2(060)-287/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh Topik qızına qarşı “pul tələbinə” dair mülki iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh Topik qızı arasında bağlanmış xx xxxxxx 2014cü il tarixli, SUNPU-0729 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 2000 manat məbləğində cavabdehə kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli, SUNPU-0729 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh Topik qızı kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Eyni zamanda həmin kredit müqaviləsinin 2.17.2 maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 0.5 % həcmində dəbbə pulu hesablanır. xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən Cavabdeh Topik qızının xx xxxxxx 2014-cü il tarixli, SUNPU-0729 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 1885.56 manat, faiz borcuna görə 48.84 manat, dəbbə borcuna görə 0.99 manat olmaqla, cəmi 1935.39 manat pul təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdeh X1 xx xxxxxx 2014-cü il tarixli, SUNPU-0729 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1885.56 manat, faiz borcuna görə 48.84 manat, dəbbə borcuna görə 0.99 manat olmaqla, cəmi 1935.39 manat pul tutulmalıdır. Göstərilənlərə əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh Topik qızı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, SUNPU- 0729 saylı kredit müqaviləsinə əsasən illik 28 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 2000 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan RB-02/PK-9732 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh Topik qızının banka 1885.56 manat əsas borc, 48.84 manat faiz borcu və 0.99 manat dəbbə pulu olmaqla, cəmi 1935.39 manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş Cavabdeh Topik qızının vərəsəsi X5 miras əmlak olan Sumqayıt şəhəri, 1-ci məhəllə, 6 saylı evin, 17 saylı mənzilindən tam pay almışdır. İşin araşdırılan hallarlı və iş materiallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh Topik qızı xx.xx.2015-ci il tarixdə vəfat etmiş, bundan sonra Cavabdeh Topik qızının vərəsəsi X5 miras əmlakdan tam pay almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X2 1885.56 manat əsas borc, 48.84 manat faiz borcu və 0.99 manat dəbbə pulu olmaqla, cəmi 1935.39 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 1885.56 manat əsas borc, 48.84 manat faiz borcu və 0.99 manat dəbbə pulu olmaqla, cəmi 1935.39 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-45/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-45/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver