Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-450/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Həsənov Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Həsənov Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-12290/2016 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək cavabdeh Həsənov Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tııtularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-12290/2016 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun X1 yanında qalmaları, Həsənov Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2012-ci il təvəlliüdlü Həsənli Nuray Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 117 manat sabit pul məhləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi, Həsənov Cavabdeh hər ay 50 manat miqdarında alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək tutulub X2 verilməsi, iddianın qalan hissədə rədd olunması qət olunmuşdur. Hazırda Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2 (060)12290/2016 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun saxlanması üçün müəyyən edilmiş aliment miqdarının indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin görülməsı üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi zərurəti yaranmışdır və ona görə də sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbınə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmək məcburiyyətindədir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda himayəsində olan iki uşağı saxlamaq onun üçün çətindir. Məsələ ilə əlaqədar qaynı ilə danışmış və qardaşına təsir edə bilmədiyini bildirmişdir. Cavabdeh etirazında yaşlı anası olduğunu bildirsə də, bu alimentin artırılmaması üçün əsas ola bilməz. Belə ki, cavabdehin anası həm pensiya, həm də şəhid pulu alır. Bu səbəbdən anası cavabdehin himayəsində deyil. Amma o, heç vaxt cavabdehi narahat etmir. Müxtəlif problemləri olduqda, uşaqları xəstələnəndə qohumlarından borc pul alır. Əslində cavabdehin maddi imkanı yaxşıdır, lakin o, aliment ödəmək istəmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh Həsənov Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair mülki işin məhkəmənin hazırlıq iclasında baxılması xx.xx.2022-ci il tarixə saat 11:30-a Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Bildirir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)-12290/2016-cı il tarixli qətnaməsinə əsasən ondan-xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər uşaq üçün 117 manat sabit pul məbləğində alimentin X2 verilməsi qət edilmişdir. O, aliment qət edildiyi gündən uşaqların saxlanması üçün alimenti tam və artıqlaması ilə ödəmiş və hal-hazıra kimi heç bir aliment borcu yoxdur. Bildirir ki, hazırda o, heç yerdə işləmir və ailə vəziyyəti olduqca ağırdır. Belə ki, qardaşı X4 1-ci X3 rayonunun Gülablı kəndi ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. Himayəsində qoca və xəstə anası vardır. Ona görə də iddiaçının tələb etdiyi hər ay hər uşaq üçün 193 manat aliment ödəməyə maddi imkanı yoxdur. Belə ki, o, 2016-cı il tarixdən hazıra kimi imkanı daxilində uşaqlarının saxlanması üçün hər ay 117 manat alimentə qarşı -340-300 manat- 250-280 manat-240 manat məbləğlərində, hətta artıq aliment ödəmişdir. Uşaqlar onun uşaqlarıdır, o, uşaqlara baxmağa borcludur. O, hər ay hər uşaq üçün 130 manat-cəmi 260 manat sabit pul məbləğində aliment ödəyə bilər. Hazırda onun iş yeri və başqa gəlirləri yoxdur, ona görə də iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında deyil. O, imkanı daxilində uşaqlarının saxlanması üçün aliment ödəmişdir. Eyni zamanda bildirir ki, yolun uzaq olduğu və maddi imkanı olmadığı üçün məhkəmə iclaslarında iştirak edə bilmir, ona görə də məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə onun iştirakı olmadan baxıb, iddia tələbini qismən, yəni hər ay hər uşaq üçün 130 manat-cəmi 260 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlu anadan olmuşdur. (iş materiallarına əlavə olunmuş AZ-İİİ 927556 saylı, AZ-İİİ ******* saylı doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərinə əsasən) İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12290/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X1 cavabdeh Həsənov Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair iddianın qismən təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun X1 yanında qalmaları, Həsənov Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 117 manat sabit pul məhləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün X2 verilməsi, Həsənov Cavabdeh hər ay 50 manat miqdarında alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək tutulub X2 verilməsi, iddianın qalan hissədə rədd olunması qət olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12290/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə iddiaçının maddi vəziyyətini, uşaqların artan tələbatlarını və yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12290/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 193 manat olmaqla ümumilikdə 386 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 234 manatdan 386 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 2064 ((386-214) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 40.64 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Həsənov Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, ödənilmiş mediasiya xərci (50 manat) ödənilməli olan dövlət rüsumundan (40.64 manat) çoxdur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdeh Həsənov Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12290/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü Həsənli Nuray Cavabdeh qızı və xx.xx.2014-cü il təvəllüdlü Həsənli Bayram Cavabdeh oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Həsənov Cavabdeh hər ay hər uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh Həsənov Cavabdeh 50 (əlli) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-450/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-450/2023
23.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver