Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4501/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3709 manat məbləğində pulun, həmçinin tərəfindən ödənilmiş 58 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Nikoyl” Bank ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank ona 24 ay müddətinə illik 24% olmaqla 5000 ABŞ dolları məbləğində kredit vermişdir. O, həmin müqavilə üzrə cavabdehə zamin durmuşdur və bu barədə “Nikoyl Bank ilə aralarında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən bank ona və ona qarşı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qubadlı rayon məhkəməsinin 2(028)-5/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan, cavabdeh X1 və X3 müştərək qaydada 5338.17 ABŞ dollarının alınıb "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra zamanı onun əmək haqqımdan 3709 manat məbləğində pul tutulmuşdur. Yəni cavabdehin banka olan borcu tərəfindən tam olaraq ödənilmişdir. Cavabdehin banka olan borcu tərəfindən tam olaraq ödənildikdən sonra o, cavabdehə müraciət edərək, ondan pulunun geri qaytarılmasını tələb etmişdir. Lakin o, buna məhəl qoymur və pulunu geri qaytarmır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 3709 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin tərəfimdən ödənilmiş 58 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər arasında bağlanmış müqavilə Prezidentin məlum Fərmanının təsiri altına düşmüş və həmin müqavilənin restrukturizasiya olunması üçün Bankla əlaqə saxlamış, lakin cavabdeh həmin vaxt Türkiyədə olmuşdur. Əsas borclu olmadığından müqavilənin restrukturizasiyası mümkün olmamışır. Bu məsələlər 2020-ci ildə baş verdiyin həmin tarixdə onun kartından qətnamə üzrə tutulmalar olmayıb. Daha sonra yenidən tutulmalar davam etmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin iş materiallarında olan poçt ünvanına məktub ünvanlanmış, məktub üzərində “Bu ünvanda yaşamır”, “Ünvan tam deyil” poçt qeydi yazılaraq məhkəməyə geri qaytarılmışdır. Eyni zamanda cavabdehin adına elektron informasiya sistemində əlaqə nömrələri müəyyən edilməmişdir. Bu səbəbdən cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi” barədə qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-5/2017 saylı, xx.xx.2017-ci il tarilxi icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-15/2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından 3709 manat (oktyabr 2018 - yanvar 2019-cu il dövründə 1143 manat və iyun 2021-may 2022-ci il dövründə 2566 manat) tutulub, ''Yelo Bank" ASC-nin hesabına köçürülmüşdür. İcra ödənişində zərurət aradan qalxdığı üçün icra sənədi Sumqayıt şəhəri üzrə icra idarəsinə geri qaytarılır. İşdə olan xx.xx.2015-ci il tarixli, 4-M-1-0-392-15 nömrəli kredit müqaviləsindən görünür ki, “Nikoyl” Bank tərəfindən cavabdeh X2 illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 4-M-1-0-392-15 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı 21 sentyabr 2015-ci il tarixli 4-M-1-0-392-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh (borcalan) öhdəliyinin tam və ya qismən yerinə yetirilməməsi ilə əlaqədar məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(060)-4881/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Cavabdeh 1143,00 (bir min bir yüz qırx üç) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1173,00 (bir min bir yüz yetmiş üç) manat pulun tutularaq İddiaçı ödənilməsi qət dilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 4-M-1-0-392-15 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh illik 24 faiz olmaqla, 24 ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi İddiaçı ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında xx.xx.2015-ci il tarixli, 4-M-1-0-392-15 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qətnaməsi əsasında İddiaçı əmək haqqından zaminlik müqaviləsi əsasında ümumilikdə 3709 manat məbləğində akseptsiz qaydada pul vəsaiti tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə öhdəliyi icra etmiş zaminin bir sıra hüquqları vardır. Belə ki, Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 3709 manat pul tutulmasını xahiş etsə də iş materiallarından görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-15/2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından zaminlik müqaviləsi əsasında oktyabr 2018 - yanvar 2019-cu il dövründə 1143 manat pul tutulmuşdur. Həmin məbləğ isə Sumqayıt şəhər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(060)-4881/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulmuşdur. Qubadlı Rayon Məhkəməsinin 2(028)-15/2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından iyun 2021-may 2022-ci il dövründə isə 2566 manat tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırda Mülki Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş iddiaçının ödədiyi məbləğ həcmində 2566 (3709-1143) manat borcluya qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2566 manat məbləğində pul tutulmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia qismən təmin edildiyindən (təxminən 69% hissədə) iddiaçı tərəfindən ödənilən 58 manat dövlət rusumunun 40 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 18 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 475, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2566 (iki min beş yüz altmış altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4501/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4501/2023
21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver