Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4513/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərə görə 3200 manat və tərəfindən ödənilmiş 52 manat dövlət rüsumunun cəmi 3252 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 1(060)-123/2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02(iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 1(060)- 17/2025 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökümlə təyin edilmiş 01 (bir) il müddətə dövləy və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(001)-309/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə cəzasını çəkdiyi 01 (bir) ay 26 (iyirmi altı) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddət həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına olmuş 1(060)-17/2025 saylı cinayət işi üzrə tutulduğu 04 (dörd) gün müddət, hazırki iş üzrə tutulduğu 4 (dörd) gün müddət, ümumilikdə 01 (bir) ay 06 (altı) gün müddət təyin olunmuş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər X4 İdarəsinin 21 nömrəli Yanğından mühafizə hissəsinin yanğın söndürmə növbə rəisinin köməkçisi vəzifəsində işlədiyi müddətdə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə İddiaçı etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvvəlcədən razılaşmaları əsasında İddiaçı qızı X3 Hallar Nazirliyinin struktur qurumlarına işə düzəldəciyini vəd verməsi ilə Sumqayıt şəhəri 12-ci mikrorayon 35B nömrəli binanın İddiaçı ona 2023-cü ilin may ayının ortalarında 1000 manat, 2023-cü ilin may ayının sonlarında 1000 manat, 2023-cü ilin iyun ayının əvvəllərində 2500 manat pul vermiş, onun təqdim etdiyi X1 məxsus "xxxx" ASC-nin **********903294 nömrəli kartına 24 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Araz” marketdəki ödəniş terminalından 500 manat pul köçürmüş, lakin o, vədinə əməl etməyib zərər çəkmiş İddiaçı ümumilikdə 5000 manat maddi ziyan vuraraq təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Həmin 5300 manatdan puldan 2100 manat pulunu almış, qalan 3200 pulu cavabdehdən alınıb ona verilməlidir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 5300 manat vermiş, 2100 manatı qaytarılmış, 3200 manatı qalmışdır. Cinayət işi üzrə üzrə dindiriləndə də həmin izahatı vermişdir. 300 manat ele belə almışdır, 5000 manatı sonradan vermişdir. 2100 manat həbsdən əvvəl ödəmişdir. Hökmdən sonra pul ödəməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-123/2025 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02(iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2025-ci il tarixli 1(060)-17/2025 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını hazırki hökümlə təyin edilmiş 01 (bir) il müddətə dövləy və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-309/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə cəzasını çəkdiyi 01 (bir) ay 26 (iyirmi altı) gün müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddət həmçinin Sumqayıt Şəhər Məhkəməsinin icraatına olmuş 1(060)-17/2025 saylı cinayət işi üzrə tutulduğu 04 (dörd) gün müddət, hazırki iş üzrə tutulduğu 4 (dörd) gün müddət, ümumilikdə 01 (bir) ay 06 (altı) gün müddət təyin olunmuş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Cavabdeh barəsində təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası müstəqil icra olunması, Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 11 aprel 2025-ci il tarixdən hesablanması, Cavabdeh barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması və onun hazırda başqa iş üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd disc cinayət işinin materiallarında saxlanılması, iş üzrə vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilməsi, Cavabdeh göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat, məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 55 (əlli beş) manat, ümumilikdə 175 (yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir.
7. İşdə olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 52 manat məbləğində dövlət rüsumu ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
8. Müəyyən edilmişdir ki, cavabdeh öz qulluq mövqeyindən istifadə etməklə İddiaçı etibarından sui-istifadə etmə və aldatma yolu ilə əvvəlcədən razılaşmaları əsasında İddiaçı qızı X3 Hallar Nazirliyinin struktur qurumlarına işə düzəldəciyini vəd verməsi ilə Sumqayıt şəhəri 12-ci mikrorayon 35B nömrəli binanın İddiaçı ona 2023-cü ilin may ayının ortalarında 1000 manat, 2023-cü ilin may ayının sonlarında 1000 manat, 2023-cü ilin iyun ayının əvvəllərində 2500 manat pul vermiş, onun təqdim etdiyi X1 məxsus "xxxx" ASC-nin **********903294 nömrəli kartına 24 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən “Araz” marketdəki ödəniş terminalından 500 manat pul köçürmüş, lakin o, vədinə əməl etməyib zərər çəkmiş İddiaçı ümumilikdə 5000 manat maddi ziyan vuraraq təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Həmin 5300 manatdan puldan 2100 manat pulunu almış, qalan 3200 pul barədə iddiaçının tələbi təmin edilərək cavabdehdən alınıb iddiaçıya verilməlidir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
9. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.
10. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.
11. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər.
12. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2).
14. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. İş materiallarına əlavə edilmiş hökmün məzmunundan görünür ki, c a v a b d e h i d d i a ç ı n ı aldadaraq ondan aldığı 3 2 0 0 manat məbləğində pul vəsaitini ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.
17. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
17. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
18. Məhkəmə qeyd edilənləri və məhkəmə hökmünün preyudisiallığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 3200 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.
Nəticə hissəsi:
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş 52 (əlli iki) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Behbudova