Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4525/2024 19.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14600 ABŞ dolları, 6650 manat və ödənilmiş 185,40 manat dövlət rüsumu məbləğində pulun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh uzun müddətdir tanımış, çoxdan tanıdığı üçün etibar etdiyi şəxs kimi həmişə ona borc verərək köməklik etmiş və mülki münasibətləri yaranmışdır. 2015-ci ildə iddiaçı özünə məxsus BWM markalı **-EB-*** qeydiyyat nişanlı avtomobili 13500 ABŞ dollara satmaq qərarına gəlmişdir. Həmin vaxt Cavabdeh maşını satmağa köməklik göstərəcəyini demiş və bununla əlaqədar iddiaçı ona xx.xx.2015-ci il tarixdə etibarnamə vermişdir. Bir müddət sonra 2016-cı ilin əvvəlində Cavabdeh iddiaçıya Saray qəsəbəsində fərdi yaşayış evi tikdiyini, iddiaçıya məxsus maşını sataraq maşının pulunu evin tikintisinə qoyaraq evi birlikdə tikib təxminən 100000 manata satmağı və əldə olunacaq pulu xərclər çıxıldıqdan sonra bölməyi təklif etmişdir. İddiaçı qeyd edir ki, Cavabdeh ona bunu təklif edən zaman bildirmişdir ki, evi 1, ən uzağı 2 ilə tikib qurtaracaq, o isə heç bir işə qarışmayacaq, yalnız ona pulu verərək yatırım edəcək və sonra gəlir əldə edəcək. Cavabdeh təklifi iddiaçıya uyğun gəldiyindən, təxminən 20-30 min arası gəlir əldə edəcəyini, tikinti işlərinə qarışmayacağını bildirmiş, eləcə də həmin vaxt artıq pulun olduğunu nəzərə alaraq iddiaçı razılaşmışdır. Bundan sonra o, maşını özü sataraq pulunu evin tikintisinə qoymuş, 3-4 aydan bir iddiaçı evin tikintisi barədə soruşduqa o, iddiaçıya evin tikintisinin qısa müddət ərzində başa çatdıracağını demişdir. Təxminən 2018-ci ildə iddiaçı artıq məsələnin uzandığını gördükdə tikintinin nə yerdə olduğunu soruşmuş və o, iddiaçıya evin yerləşdiyi torpağın başqa şəxsə məxsus olduğunu və həmin adamın pulunu qısa müddət ərzində verdikdən sonra evi satacağını demişdir. İddiaçı ona evə baxmaq istədiyini bildirdikdə Mirtağı hər dəfə bir bəhanə gətirərək torpaq sahibi ilə iddiaçını görüşdürmək istəmədiyini bildirmişdir. Pandemiya bitdikdən sonra Cavabdeh iddiaçıyla əlaqə saxlayaraq artıq bütün işləri bitirdiyini, təxminən 1000 manata yaxın borcu qaldığını və iddiaçının ona köməklik etməsini istəmişdir. İddiaçı artıq məsələnin uzandığını görüb ona 1000 manat pul vermişdir ki, işlərini tez bitirsin. 2022- 2023-cü illərdə Cavabdeh daima iddiaçının yanına gələrək müxtəlif maklerlərlə evə baxdıqlarını, yalnız evin uzun müddət təmirsiz qaldığını nəzərə alaraq evi sata bilmədiyini və pulunu bu səbəbədən iddiaçıya qaytara bilməyəcəyini demişdir. 2023-cü ilin yay aylarında cavabdeh iddiaçıya evi təmir elədiyini və təmirə 6-7 min manat xərclədiyini bildirdi. İddiaçı ona öz iradlarını bildirdikdə və işin uzandığı dedikdə o, iddiaçıya bunu evin satışı üçün etdiyini bildirmişdir. 2024-cü ilin fevral-may aylarında cavabdeh iddiaçıya evin təmiri üçün xərclədiyi pulu verməsini xahiş etmiş, iddiaçı isə pulunu qaytarmaq məqsədi ilə 2024-cü ilin fevral ayında ona 1100 ABŞ dolları, 2024-cü ilin mart ayında 900 manat, 2024-cü ilin aprel ayında 500 və 600 manat, 2024-cu ilin may ayında 650 manat cavabdehə əlavə pul vermişdir. İddiaçı artıq xeyli məbləğdə pul verdiyini gördükdə xx.xx.2024-cü il tarixdə Cavabdeh pulları almasını təsdiq edən sənəd verməsini və o, həmin tarixdə qəbz tərtib edərək qəbzi öz imzası ilə və xətti ilə təsdiq edib iddiaçıya verməsini istəmişdir. 2024-cü ilin may ayının sonunda-iyun ayının əvvəlində Cavabdeh artıq evə alıcı tapdığını, lakin evin yerləşdiyi torpaqdan çıxarışın alınması üçün və dövlət rüsümlarının ödənilməsi üçün əlavə pula ehtiyac olduğunu bildirmişdir. İddiaçı Cavabdehlə işlərini bitirmək məqsədilə ona əlavə 3000 manat pul vermişdir. Bundan sonra iddiaçı Cavabdeh pullarını verməyi tələb etdikdə o, iddiaçıya müxtəlif bəhanələr gətirərək cavabdeh kimi aldığı pulları qaytarmamışdır. Bu baxımdan iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd etdiklərini təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçıdan 2015-ci ildə 13500 ABŞ dollar dəyərində BMW markalı avtomobil, 2022-ci ilin fevral ayında 1000 manat borc, 2024-cü ilin fevral ayında birgə biznes fəaliyəti məqsədilə 1100 ABŞ dolları, 2024-cü ilin mart ayında birgə biznes fəaliyəti məqsədilə 900 manat, 2024-cü ilin aprel ayında birgə biznes fəaliyyəti məqsədilə 500 manat, 2024-cü ilin aprel ayında birgə biznes fəaliyyəti məqsədilə 600 manat, 2024-cü ilin may ayında birgə biznes fəaliyyəti məqsədilə 650 manat götürmüşdür. Göstərilən pulları qısa müddətdə verəcəyini, vermədiyi halda iddianın ona məxsus əmlaka yönəldilərək əmlakın Anar Abıyevə verilməsini və onun müvafiq məsuliyyətə (mülki, inzibatı və ya cinayət) cəlb edilməyinə etiraz etmədiyini bildirmiş və imzası ilə təsdiq etmişdir. - İdiaçı tərəfindən təqdim edilmiş tərəflər arasında olan telefon yazışçasının fotoşəklindən görünür ki, Miri adlı şəxs əmlakı satataraq pulu qaytaracağını, hazırda çətinliyə düşdüyünü, 10 il dost olduqlarını və aldatmaq fikri olmadığını qeyd edir. Beləliklə, 2015-ci ildə iddiaçı özünə məxsus BWM markalı **-EB-*** qeydiyyat nişanlı avtomobili 13500 ABŞ dollara satmaq qərarına gəlmişdir. Həmin vaxt Cavabdeh maşını satmağa köməklik göstərəcəyini demiş və bununla əlaqədar iddiaçı ona xx.xx.2015-ci il tarixdə etibarnamə vermişdir. Bir müddət sonra 2016-cı ilin əvvəlində Cavabdeh iddiaçı Saray qəsəbəsində fərdi yaşayış evi tikdiyini, iddiaçıya məxsus maşını sataraq maşının pulunu evin tikintisinə qoyaraq evi birlikdə tikib təxminən 100000 manata satmağı və əldə olunacaq pulu xərclər çıxıldıqdan sonra bölməyi təklif etmişdir. Cavabdehin təklifi iddiaçıya uyğun gəldiyindən, təxminən 20-30 min arası gəlir əldə edəcəyini, tikinti işlərinə qarışmayacağını, eləcə də həmin vaxt artıq pulun olduğunu nəzərə alaraq iddiaçı razılaşmışdır. Bundan sonra iddiaçı cavabdehə 2022-ci ilin fevral ayında 1000 manat borc, 2024-cü ilin fevral ayında birgə biznes fəaliyəti məqsədilə 1100 ABŞ dolları, 2024-cü ilin mart ayında birgə biznes fəaliyəti məqsədilə 900 manat, 2024-cü ilin aprel ayında birgə biznes fəaliyyəti məqsədilə 500 manat, 2024-cü ilin aprel ayında birgə biznes fəaliyyəti məqsədilə 600 manat, 2024-cü ilin may ayında birgə biznes fəaliyyəti məqsədilə 650 manat ümumilikdə 14600 ABŞ dolları və 6650 manat məbləğində borc vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 14600 ABŞ dolları və 6650 manat alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 14600 ABŞ dolları və 6650 manat (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə 24850 manat + 6650 manat = 31470 manat ) olduğundan iddiaçı tərəfindən ödənilmiş 185,40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 14600 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə borc və 6650 manat borc, həmçinin ödənilmiş 185,40 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4525/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4525/2024
19.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver