Məhkəmə qərarları › İş №2(060)-4542/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-4542/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-4542/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, ünvan 1 ünvanında yerləşən kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı «borcun tutulması» haqqında məhkəmə əmri verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditor «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Borclu qarşı «borcun tutulması» haqqında məhkəmə əmri verilməsinə dair ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, borcludan «xxxx» MMC-nin xeyrinə 384 manat əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 404 manat məbləğində pulun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Kreditor «xxxx» MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, borclu Borclu «xxxx» MMC arasında 30.12.2014-cü il tarixli, XDK4532043 nömrəli müqaviləyə əsasən cavabdeh «xxxx» MMC-dən dəyəri 809 manat olan məişət avadanlığı əldə etmişdir. Borculunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 384 manat borcu qalmışdır. Odur ki, borcludan 384 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 404 manat məbləğində pul vəsaitinin alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. İş materiallarında olan 15.04.2021-ci il tarixli,1932 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh Borclu «xxxx» MMC-ə 30.12.2014-cü il tarixli, XDK4532043 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 384.00 AZN əsas borcu vardır. Ərizəyə əlavə olunmuş sənədlərlə «xxxx» MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli,iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir,kreditorun isə borcludan isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Ona görə də, həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1990-ci ildə Ağdam rayonu, Abdal kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu kreditor «xxxx» MMC-nin xeyrinə 384 (üç yüz səksən dörd) manat əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 404( dörd yüz dörd) manat məbləğində pul tutulsun. Borclu, məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar