Məhkəmə qərarları › İş №2(060)-455/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-455/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-455/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 30.12.2019-cu il tarixdə saat 21:00 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evinə oğurluq məqsədilə daxil olaraq 9010 manat ekvivalentində 5300 ABŞ dollar pulunu, "Benq" markalı fotoaparatın akkumlyatorunu qidalandıran cihazını, 60 manat pulu, "Euromax” markalı krosna tunerini oğurladığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, cavabdehin təqsiri üzündən 3960 manat məbləğində ziyana düşmüşdür. Belə ki, ötən müddət ərzində cavabdeh tərəfindən ona dəymiş olan ziyanın bir hissəsi ödənilmişdir. Lakin qeyd olunan hissəsi hələ də ödənilməmiş qalmışdır. Hal-hazırda cavabdehdən onun təqsiri üzündən ziyana düşdüyü həmin 3960 manat pulun ona ödənməsini tələb etsə də, cavabdeh göstərilən tarixdən pulu ödəməmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs pulunu vermək fikrində deyildir. Cavabdehin onun pulunu mənimsəməsi nəticəsində o, ağır maddi duruma düşərək və digər şəxslərə faizlə borclu qalmışdır. Cavabdeh pulu qaytarmaqdan qəti imtina etdiyinə görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 3960 (üç min doqquz yüz altmış) manat pulun alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, dollar yaxud manatla ödənilməsindən asılı olmayaraq ona vurulmuş maddi ziyanın, yəni məhkəmə hökmü ilə nəzərdə tutulmuş ona qaytarılmış pul məbləğinin qalan hissəsinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilən 60 manat dövlət rüsumun cavabdehdən tutulmasını istəyir. Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-186/2020 saylı, 12 avqust 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 09.01.2020-ci il tarixdən hesablanması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin höhm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, iş üzrə maddi sübut olan "Benq" markalı fotoaparat və "Euromax” markalı krosna tunerinin İddiaçı təhvil verilməsi, iş üzrə məhkəmə eskpertiza xərci 50 (əlli) manatın təqsirləndirilən şəxs Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin 18.09.2020-ci il tarixli 3628 saylı bildirişindən görünür ki, Cavabdeh 12 avqust 2020-ci il tarixdə AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum edilib və 10.09.2020-ci il tarixdən 16 saylı CÇM-də cəza çəkir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 30.12.2019-cu il tarixdə saat 21:00 radələrində ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus evə oğurluq məqsədilə daxil olaraq 9010 manat ekvivalentində 5300 ABŞ dollar pulu, "Benq" markalı fotoaparatın akkumlyatorunu qidalandıran cihazı, 60 manat pulu, "Euromax” markalı krosna tunerini oğurlamışdır. Bununla əlaqədar Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə hökmünün məzmunu ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı məxsus 5300 ABŞ doları pulun 3201 ABŞ dollarını ona təhvil vermişdir. Cavabdeh iddiaçıya 2099 ABŞ dolları məbləğində borcu qalmış, həmin pulu hazırki vaxtadək ödəməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh 2099 ABŞ dolları məbləğində pul ödəniləcək günə manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçı ödənilməlidir. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək məhkəmə hökmü ilə vurulmuş ziyanın 5300 ABŞ dolları məbləğindən qaytarılan 3201 ABŞ dolları məbləğ çıxılmaqla, Cavabdeh 3568 manat məbləğində pul və 60 manat dövlət rüsumu alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3568 manat məbləğində pul və 60 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar