Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4556/2020 19.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İddiaçıe» MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələbkar «İddiaçıe» MMC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6137 saylı nisyə alqı-satqı müqaviləsi, Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6137 saylı zaminlik müqaviləsi və Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6137 saylı zaminlik müqavilələri üzrə ödənilməmiş 1177 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 177 ABŞ dolları cərimə, cəmi 1354 ABŞ dolları və 20 manat ödənilmiş dövlət rüsumunun «İddiaçıe» MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6137 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, kreditor borcluya satış qiyməti 1366 ABŞ dolları olan “Apple İphone 6 16GB Gray” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Borclu ilə kreditor arasında həmin müqavilə bağlandıqdan sonra borclu ilkin olaraq 189 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh2 ilə xx.xx.2015-cil tarixdə bağlanmış SUM 6137 saylı zaminlik müqaviləsinə və Cavabdeh3 xx.xx.2015-cil tarixdə bağlanmış SUM 6137 saylı zaminlik müqaviləsinə əsasən zamin durmuşlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13472/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13472/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə etiraz vermiş və məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iddia icraatına keçilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, araşdırılan mübahisə üzrə məhkəmə əmri qəbul edildikdən sonra cəmi 1354 ABŞ dolları borc məbləğindən qismən ödəniş edilmiş, 695 ABŞ dolları borc qalmışdır. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında göstərmişdir ki, iddia tələbini qəbul etmir. O, əsas borclu Cavabdeh1 ilə bağlanan müqavilə üzrə zamin durmuşdur. İddia tələbini özünə qarşı hissədə qəbul etmir. Hesab edir ki, iddia olunan pul əsas borcludan tutulmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: «İddiaçıe» MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli SUM 6137 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş qrafikindən görünür ki, “İddiaçıe” MMC Cavabdeh1 alqı-satqı qiyməti 1366 ABŞ dolları olan “Apple İphone 6 16GB Gray” markalı 1 ədəd mobil telefonu 24 ay müddətə, 189 ABŞ dolları məbləğində ilkin ödəniş etmək şərtilə satmağı, cavabdeh həmin əşyaları qəbul etməyi, ödənişləri vaxtı vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli SUM 6137 saylı müqavilə üzrə cəmi 695 ABŞ dolları məbləğində ödənilməmiş borcu vardır. Ərizəyə əlavə edilmiş bildirişlərdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 567-ci maddəyə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmədə müəyyən olundu ki, “İddiaçıe” MMC ilə cavabdeh arasında bağlanılmış qeyd olunan əşyanın nisyə alqı – satqı müqaviləsində digər şərtlərlə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 448.1 maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2 bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 442.1 maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. İşin hallarından müəyyən edildiyi kimi araşdırılan mübahisə üzrə məhkəmə əmri qəbul edildikdən sonra müəyyən edilmiş cəmi 1354 ABŞ dolları borc məbləğindən qismən ödəniş edilməklə 695 ABŞ dolları borc qalmışdır. Göründüyü kimi borclular tərəfindən müəyyən edilmiş cəmi 1354 ABŞ dollarından 659 ABŞ dolları ödənilmişdir. Məhkəmə hesab edir ki, ödəniş edilmiş bu məbləğ əsas borc məbləği hesabına nəzərə alınmalıdır. Bu halda cavabdehlərin ödənilməmiş əsas borcu 518 ABŞ dolları (1177-659) təşkil edəcəkdir. Məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində qismən təmin edilməklə 518 ABŞ dolları əsas borc cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 177 ABŞ dolları məbləğində cərimə azaldılaraq 50 ABŞ dolları müəyyən edilməlidir. İş materiallarında olan Bankla Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6137 saylı və Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixdə bağlanmış SUM 6137 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər xx.xx.2015-ci il tarixli SUM 6137 saylı nisyə alqı satqı müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddiaçının zaminə qarşı tələbi əsaslıdır, zaminlər boclunun öhdəlikləri ilə bağlı borclu ilə birlikdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada xx.xx.2015-ci il tarixli SUM 6137 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 518 ABŞ dolları əsas borc, 50 ABŞ dolları cərimə borcu olmaqla cəmi 568 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borc “İddiaçıe” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 11,80 manatı iddiaçıya aid edilməli, qalan 08,20 manat pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizələrə görə 20 manat ödənilir. 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 10 manat dövlət rüsumu kəsiri cavabdehlər tərəfindən dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada xx.xx.2015-ci il tarixli SUM 6137 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 518 ABŞ dolları əsas borc, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 568 (beş yüz altmış səkkiz) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 08,20 (səkkiz manat, iyirmi qəpik) manat “İddiaçıe” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kəsrinə görə 10 (on) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4556/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4556/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver