Məhkəmə qərarları › İş №2(060)-4556/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4556/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4556/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.400 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 27 iyun 2018-ci il tarixdə Cavabdeh ilə birgə nikahda olduğu dövrdə mənzil şəraitlərinin yaxşılaşdırılması və təmir işlərinin görülməsi məqsədi ilə "xxxx" ASC-dən 48 ay müddətinə illik 24 % olmaqla 2.400 manat kredit götürmüşdür. Qeyd olunan tarixdə krediti götürdükdən cəmi 1 gün sonra Cavabdeh həmin məbləği evin təmirinə inşaat materialları almaq və s. mənzilin digər ehtiyacları üçün sərf etməkdən ötrü evdən götürmüşdür. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh, mənzilin təmiri üçün götürdüyü pulu top.az mərc oyunlarında uduzmuşdur. O, cavabdehdən məbləğin necə, hara olduğu barədə soruşduqda, cavabdeh ona bildirmişdir ki, pulu mərc oyunlarında uduzub. Bununla bağlı aralarında müəyyən mübahisələr və narazıçılıqlar olmuşdur. Bu səbəbdən də, cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdehin bu qanunsuz hərəkəti nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Qeyd olunan məbləği o, təkbaşına, çox böyük çətinliklər bahasına ödəmək məcburiyyətindədir. O, Sumqayıt şəhərində tibb bacısı işləyir. Aylıq məvacibi cüzi olduğundan uşaqlarını dolandırmağa çatmır. Qeyd olunan məbləğin ödənilməsində cavabdeh ona heç bir köməklik göstərmir. Yuxarıda qeyd olunan məbləği bankdan özü götürsə də, pulu bütövlükdə cavabdeh almış və o, həmin pulun 1 manatını belə şəxsi ehtiyacları üçün xərcləməmişdir. Ona görə də, hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etdi, bu barədə məhkəməyə ərizə təqdim etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsaslı olduğundan və etraf edildiyindən, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 30.10.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 335901 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər öncələr rəsmi nikahda olmuşlar və nikahları 30 oktyabr 2019-cu il tarixdə 371 saylı akt qeydi ilə pozulmuşdur. 27 iyun 2018-ci il tarixli CC/28952/64/11 saylı kredit sazişindən görünür ki, tərəflər birgə nikahda olduqları dövrdə İddiaçı "xxxx" ASC-dən illik 24 %-ə, 48 ay müddətinə, 2.400 manat məbləğində kredit götürmüşdür. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı bankdan krediti mənzilin təmir edilməsi məqsədi ilə almış, Cavabdeh həmin məbləğə tikinti materialları almaq və mənzilin təmiri ilə bağlı digər zəruri işlərin görülməsi adı ilə həmin pul vəsaitini iddiaçıdan alaraq, təyinatı üzrə istifadə etməmiş, mərc oyunlarında uduzmuşdur. Cavabdeh qeyd olunan faktı etiraf edir və iddianı etiraf etməsinə dair ərizə təqdim edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2.400 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2.400 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar