Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4577/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi Hümbətova Dildar Babaş qızının iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı X3 üçüncü şəxs qismində cəlb etməklə “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı X3 üçüncü şəxs qismində cəlb etməklə “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1598,00 (bir min beş yüz doxsan səkkiz manat) maddi ziyan, ödənilmiş 32 (otuz iki manat) manat xidmət haqqının, 1000 (bir min manat) manat məbləğində əldən çıxmış faydanın və 31 manat dövlət rüsmununun cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 28.01.2021-ci il tarixdə saat 14:00 radələrində cavabdeh "xxxx" MMC-nin əmək müqaviləsi üzrə işçisi X7 yol vərəqəsi ilə idarə etdiyi “Karsan Jest” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı mikro avtobusla Sumqayıt şəhəri, H.Əliyev prospekti ilə Sülh prospekti kəsişməsində İddiaçı mülkiyyətində olan, X1 etibarnamə ilə idarə etdiyi “Daewoo Gentra” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı minik avtomaşın ilə ara məsafəsi saxlamayaraq arxadan toqquşmuşdur. Hadisə ilə bağlı Sumqayıt şəhər DYPŞ-i 28.01.2021-ci il tarixli, AP ******* nömrəli X4 qərarla tərtib edərək cavabdeh "xxxx" MMC-nin əmək müqaviləsi üzrə işçisi X7 lazımi ara məsafəsi saxlamayıb arxadan toqquşmuş olduğundan və idarə olunan “Karsan Jest” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı mikro avtobusu icbari sığorta etdirmədən idarə etdiyi üçün Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 469.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh "xxxx" MMC-nin əmək müqaviləsi üzrə işçisi X2 təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan “Daewoo Gentra” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı minik maşınına 1.598 manat maddi ziyan dəymişdir. “Daewoo Gentra” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı minik maşına dəymiş maddi ziyanı müəyyən etmək üçün "xxxx" MMC-də baxış keçirilərək 19.02.2021-ci il tarixli, 11 nömrəli arayış alınmışdır. 19.02.2021-ci il tarixli, 11 nömrəli arayışda “Daewoo Gentra” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı minik maşının təmiri üçün ehtiyat hissəsinə 748 manat, işçilərin zəhmət haqqlarına 850 manat, cəmi 1.598 manat xərc müəyyən edilmişdir. "xxxx" MMC-də baxış keçrərək “Daewoo Gentra” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı minik maşına ziyanın müəyyən edilməsi üçün 32 manat ödəniş edilmiş və 19.02.2021-ci il tarixli kassa çeki alınmışdır. Cavabdeh "xxxx" MMC qanunsuz olaraq “Karsan Jest” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı mikro avtobusu icbari sığorta etdirmədiyi üçün mülkiyyətində olan “Daewoo Gentra” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı minik maşınına 1.598 manat maddi ziyan sığorta tərəfindən ödənilməmişdir. Cavabdeh "xxxx" MMC şifahi və 10.03.2021-ci il tarixli yazılı xəbərdarlıqlar etməklərinə baxmayaraq, heç bir ödəniş etməyərək, 17.03.2021-ci il tarixli, 81 nömrəli məktubla cavab verərək özlərini müdafiəsi üçün X2 05.02.2021-ci il tarixli ərizəsi əsasmda işdən azad olduğunu bildirərək heç bir ödəniş etməmişlər. Dörd aydan çoxdur "xxxx" MMC heç bir ödəniş etmədiyi üçün 1.000 manat məbləğində əldən çıxmış faydaları olmuşdur. Çünki, həmin maşından istifadə edərək qazanc əldə edilirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh təşkilat avtomaşının təmir etdirilməsini üzərinə götürərək iddiaçıya bu barədə təklif versə də iddiaçı razılaşmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: "xxxx" MMC-nin 17.03.2021-ci il tarixli №81 saylı məktubundan görünür ki, 28.01.2021-ci il tarixdə saat 14.00-radələrində baş vermiş yol nəqliyyat hadisəsi zamanı "DAEWOO GENTRA"markalı, 99KY053 dövlət qeydiyyat nişanlı minik maşınına ziyan vuran şəxs X7 ilə bağlanmış 27.11.2017-ci il tarixli əmək müqaviləsinə 05.02.2021-ci il tarixdən ərizəsinə əsasən öz xahişi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri "xxxx" MMC-nin 19.02.2021-ci il tarixli №11 saylı arayışından və nöqsan aktından görünür ki, İddiaçı məxsus DAEWOO GENTRAminik markalı ** KY *** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən işçilərin zəhmət haqqına görə 850.00 manat, ehtiyat hissələrinə görə 748.00 manat, ümumilikdə 1598.00 manat məbləğdə ziyan dəymişdir. Qəbzdən görünür ki, "xxxx" MMC-nin hesabına 32 manat xidmət haqqı ödənilmişdir. AP seriyalı ******* nömrəli 28 yanvar 2021-ci il tarixdə tərtib edilmiş X4 protokoldan görünür ki, X7 28 yanvar 2021-ci il tarixdə “Karsan” markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusla hərəkətdə olarkən H.X6 kəsişmədən qabaqda özündən qarşıda dayanan DAEWOO GENTRA- minik markalı ** KY *** dövlət nömrə nişanlı avtomobillə lazımi ara məsafəsi saxlamamış, arxadan toqquşmuşdur. Avtomaşını icbari sığorta etdirmədən idarə etmişdir. Xəta nəticəsində X1 idarə etdiyi avtomaşına maddi zərər dəymişdir. Beləliklə, məhkəmədə işin mübahisəsiz halı olaraq müəyyən edildi ki, X7 “Karsan” markalı **-AE-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusla hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus avtomaşına maddi zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəyə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü ki, hüquqi şəxs öz işçisinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. 1108.1-ci maddəyə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab edir ki, zərər qarşısıalınmaz qüvvənin təsirindən və ya zərər çəkən şəxsin qəsdi nəticəsində əmələ gəlməmişdir, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh vurduğu zərər həddində mülki cavabdehlik və maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasə Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinin 08 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Daewoo Gentra minik markalı ** KY *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1398 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Şərh olunan işin hallarına hüquq normalarına əsasən qiymət verərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş ekspert rəyi Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq sübut növü kimi qəbul edilməli və baş vermiş hadisə nəticəsində dəymiş zərərin əvəzi olaraq 1398 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə əldən çıxmış faydanın ödənilməsi ilə bağlı hissədə iddia tələbinə gəlincə isə həmin hissədə iddia tələbini əsassız hesab edir. Belə ki, iddiaçı əldən çıxmış faydanın ödənilməsi ilə bağlı tələb irəli sürsədə bu tələbi əsaslandığı halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilmədi. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, qüsur aktının əldə edilməsi üçün 32 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə MPM-nin 107, 115, 119-cu maddələrinə istinadən hesab edir ki, məhkəmə xərclərini təşkil edən cəmi 62 manat pulun 28,60 (46,2%) manat iddiaçıya aid edilməli, 33,40 (53,8%) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eləcə də ekspertiza tədqiqatının əvəzi olaraq 46,20 manat iddiaçıdan, 53,80 manat cavabdehdən alınaraq Dövlət xəzinədarlığı Agentliyinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən vurulmuş zərərin əvəzi olaraq 1398 (bir min üç yüz doxsan səkkiz) manat və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 33,40 (otuz üç manat qırx qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 46,20 manat İddiaçı və 53,80 cavabdeh "xxxx" MMC-dən alınaraq Dövlət xəzinədarlığı Agentliyinə (Kod2 10005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4577/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4577/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver