Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4617/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Sədrəddin oğluna qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Sədrəddin oğluna qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 04.05.2019-cu il tarixli müqavilə üzrə 2 ədəd HOFFMANN markalı kondisioner və 2 ədəd HOFFMANN markalı televizor üçün 376 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 04.05.2019-cu il tarixli müqavilə üzrə Samsung LED markalı televizor üçün 156 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 06.08.2019-cu il tarixli müqavilə üzrə 2 ədəd Sony markalı səs gücləndirici üçün 1056 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə olmaqla ümumilikdə 1588 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh Sədrəddin oğlundan alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 04.05.2019-cu il, 04.05.2019-cu il və 06.08.2019-cu il tarixli müqavilələrə əsasən, 2 ədəd HOFFMANN markalı kondisioner və 2 ədəd HOFFMANN markalı televizor, Samsung LED markalı televizor, 2 ədəd Sony markalı səs gücləndirici almış və nəticədə 1588 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2068 manat (11 ay x 188 manat + 0 manat ilkin ödəniş) 2 ədəd HOFFMANN markalı kondisioner və 2 ədəd HOFFMANN markalı televizor üçün ümumilikdə, 376 manat olmaqla ondan, 376 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə miqdarında borc yaranmışdır. 04.05.2019- cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 756 manat (12 ay x 52 mänat + 132 manat ilkin ödəniş) Samsung LED markalı televizor üçün ümumilikdə, 156 manat olmaqla ondan, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə, 06.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1872 manat (12 ay x 156 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Sony markalı səs gücləndirici üçün ümumilikdə, 1056 manat olmaqla ondan, 1056 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3108 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan müqavilələrdən görünür ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 04.05.2019-cu il tarixli müqavilə üzrə 2 ədəd HOFFMANN markalı kondisioner və 2 ədəd HOFFMANN markalı televizor üçün 376 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 04.05.2019-cu il tarixli müqavilə üzrə Samsung LED markalı televizor üçün 156 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, 06.08.2019-cu il tarixli müqavilə üzrə 2 ədəd Sony markalı səs gücləndirici üçün 1056 manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə olmaqla ümumilikdə 1588 manat borcu qalmışdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh Sədrəddin oğlu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Sədrəddin oğlunun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1588 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarına əsasən, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh ona xəbərdarlıq olunmasına baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməyərək, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, Mülki Məcəllənin qeyd edilən maddələrinə əsasən hesab edir ki, Cavabdeh Sədrəddin oğlu iddiaçı ilə aralarında bağlanmış müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyinən, iddiaçı əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sədrəddin oğlundan 04.05.2019-cu il tarixli müqavilə üzrə 2 ədəd HOFFMANN markalı kondisioner və 2 ədəd HOFFMANN markalı televizor üçün 376 manat, 04.05.2019-cu il tarixli müqavilə üzrə Samsung LED markalı televizor üçün 156 manat, 06.08.2019cu il tarixli müqavilə üzrə 2 ədəd Sony markalı səs gücləndirici üçün 1056 manat olmaqla ümumilikdə 1588 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sədrəddin oğlundan 04.05.2019-cu il tarixli müqavilə üzrə 2 ədəd HOFFMANN markalı kondisioner və 2 ədəd HOFFMANN markalı televizor üçün 376 manat, 04.05.2019-cu il tarixli müqavilə üzrə Samsung LED markalı televizor üçün 156 manat, 06.08.2019-cu il tarixli müqavilə üzrə 2 ədəd Sony markalı səs gücləndirici üçün 1056 manat olmaqla ümumilikdə 1588 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4617/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4617/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver