Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4685/2021 30.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdülhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi ƏSF-nin cavabdehlər Cavabdeh və Zamin1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi ƏSF cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 13214,61 manat - bundan 7884,85 manat əsas, 1750,45 manat faiz, 2847,81 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 731,50 manat faiz borcu və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin2 və Zamin1 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 106.LN.2102.141014.00002 №-li 14 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə təmir-tikinti işləri məqsədi ilə 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 15000 kredit verilmişdir. 22.06.2015-ci il tarixli 1 saylı razılaşmaya əsasən arasında bağlanmış 14.10.2014-cü tarixli kredit müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) Kreditor tərəfindən və buna müvafiq olaraq Borcalana verilmiş kreditin (ayrılmış kredit xəttinin) məbləği 11233,40 manat, 22.06.2015-ci il tarixli 1 saylı əlavə razılığa əsasən Kreditorla Borcalan arasında bağlanmış 14.10.2014-cü il tarixli kredit müqaviləsinə görə Kreditor tərəfindən Borcalana 399,82 manat məbləğində əlavə kredit ayrılır və bununla da kreditin ümumi məbləği 11385,04 manat, 02.02.2016-cı il tarixli 2 saylı razılaşmaya əsasən Kreditorla Borcalan arasında bağlanmış 14.10.2014-cü il tarixli kredit müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) Kreditor tərəfindən restrukturizasiya edilir və buna müvafiq olaraq Borcalana verilmiş kreditin (ayrılmış kredit xəttinin) məbləği 9953,93 manat, 01.09.2016-cı il tarixli, 3 saylı əlavə razılığa əsasən Kreditorla Borcalan arasında bağlanmış 14.10.2014-cü il tarixli kredit müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) Kreditor tərəfindən restrukturizasiya edilir və buna müvafiq olaraq Borcalana verilmiş kreditin məbləği 8411,62 manat təşkil edir. Cavabdeh kredit verilərkən Zamin2 ilə Bank arasında 14.10.2014-cü il tarixli, 106.CL.141014.00002/b saylı, 22.06.2015-ci il tarixli, 106.CL.141014.00002 saylı, 01.09.2016-cı il tarixli, 106.CL.141014.00002/h saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh kredit verilərkən Zamin1 ilə Bank arasında 14.10.2014-cü il tarixli, 106.CL.141014.00002/c saylı, 22.06.2015-ci il tarixli, 106.CL.141014.00002/c saylı, 01.09.2016-cı il tarixli, 106.CL.141014.00002/İ saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə tələbin həcminin azaldılması barədə ərizə təqdim edərək cəmi 13214,61 manat - bundan 7884,85 manat əsas, 1750,45 manat faiz, 2847,81 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 731,50 manat faiz borcu və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir altda düşmüş və bu barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, Banka gəlməmiş və yeni kredit müqaviləsi bağlamamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qismən qəbul edir. Bankdan kredit götürmüş, bir müddət ödənişlərini vaxtlı-vaxtında etmişdir, lakin sonra maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar ödənişləri ödəyə bilməmişdir. İddia edilən borc məbləğini qismən qəbul edir, əsas borcun tutulması hissədə iddiaya etirazı yoxdur, lakin faiz və cərimə borcunu qəbul etmir. Eləcə də göstərdi ki, kreditin restruktruzasiyası ilə bağlı ona heç bir məlumat verilməyib, həmin vaxt ölkə ərazisində olmadığından Banka müraciət edə bilməyib, lakin sonradan müraciət etsə də Bank tərəfindən bu barədə heç bir tədbir görülməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdeh Zamin1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 106.LN.2102.141014.00002 №-li 14 oktyabr 2014-cü il tarixli Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 14 oktyabr 2016-cı il tarixə qədər (24 ay müddətinə), illik 26% ödəmək şərti ilə 15000 manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmaş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.06.2015-ci il tarixli 1 saylı Əlavə razılaşmaya əsasən 14.10.2014-cü tarixli, 106.LN.2102.141014.00002 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana 399,82 manat əlavə kredit ayrılır və bununla da kreditin ümumi məbləği 11385,04 manat təşkil edir. 22.06.2015-ci il tarixli 1 saylı əlavə razılığa əsasən Kreditorla Borcalan arasında bağlanmış 14.10.2014-cü il tarixli, 106.LN.2102.141014.00002 saylı kredit müqaviləsinə görə Kreditor tərəfindən Borcalana 399,82 manat məbləğində əlavə kredit ayrılır və bununla da kreditin ümumi məbləği 11385,04 manatadək çatdırılır. 02.02.2016-cı il tarixli 2 saylı əlavə razılığa əsasən Kreditorla Borcalan arasında bağlanmış 14.10.2014-cü il tarixli, 106.LN.2102.141014.00002 saylı kredit müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) Kreditor tərəfindən restrukturizasiya edilir və buna müvafiq olaraq Borcalana verilmiş kreditin (ayrılmış kredit xəttinin) məbləği 9953,93 manat təşkil edir. 01.09.2016-cı il tarixli, 3 saylı əlavə razılığa əsasən Kreditorla Borcalan arasında bağlanmış 14.10.2014-cü il tarixli, 106.LN.2102.141014.00002 saylı kredit müqaviləsinə uyğun ayrılmış kredit (kredit xətti) Kreditor tərəfindən restrukturizasiya edilir və buna müvafiq olaraq Borcalana verilmiş kreditin məbləği 8411,62 təşkil edir, borc alan istifadə etdiyi kreditə görə Kreditora illik 20% ödəyir, sonuncu ödəniş 14.10.2018-ci il tarixdən gec olmayan həyata keçirilməlidir. . 24 avqust 2020-ci il tarixli **********290 №-li arayışdan görünür ki, Cavabdeh 7884,85 manat əsas, 1750,45 manat faiz, 2847,81 manat cərimə, kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş müddət üçün illik 5% hesablanmış 731,50 manat faiz borcu olmaqla cəmi 13.214,61 manat borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizaşiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Göründüyü kimi araşdırılan mübahisə üzrə kredit müqaviləsi Fərmanın təsiri altına düşür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilə bilməz, məhkəmə kredit öhdəliyi üzrə əsas borc tələbi ilə bağlı hisssədə iddianın təmin edilməsini qanuni hesab edir. Belə ki, qeyd olunan Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizaşiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə onlan işlərin geri çağrılmasını təmin edən tədbirlər görülməlidir. 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə borc Fərmanın təsiri altına düşməklə, həmin kredit öhdəliyi üzrə tələb olunan faizlər və cərimələr silinmişdir, bu baxımdan iddiaçının qeyd olunan hissədə tələbi təmin oluna bilməz. İş materiallarında olan "xxxx" ASC ilə Zamin1 arasında bağlanmış 01.09.2016-cı il tarixli, 106.CL.141014.00002/h saylı Zaminlik müqaviləsindən görünür ki, Zamin1 borclu Cavabdeh Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən araşdıralan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Zamin1 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 12,40 iddiaçıya aid edilməli, 18 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 7884,85 manat əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 7884,85 (yeddi min səkkiz yüz səksən dörd manat səksən beş qəpik) manat əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 (on səkkiz) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4685/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4685/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver