Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4685/2024 27.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təstiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinin təstiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsində dövlət rüsumunun əlavə edilməsini göstərsədə, ərizəyə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməmişdir. Bu barədə məhkəmə işciləri tərəfindən 25 iyun 2024-cü il tarixli 19 saylı akt tərtib etmişdilər. Hesab edirəm ki, ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəsiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 363-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4685/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4685/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver