Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4689/2024 23.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya və uşaqları Cəfərli Aytac və Cəfərli Vüsala 15000 manat və 5000 manat pul vəsaiti, ödənilmiş 130 manat dövlət rüsumunun tutulması, qəyyumun pul kartlarının İddiaçı adına keçməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 18 oktyabr 2018-ci il tarixli, 248 nömrəli Sərəncamından görünür ki, Rzalı (Cəfərova) Ruhiyyə Çərkəz qızı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4182/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, X1 övladı Cəfərova Ruhiyyə Çərkəz qızının üzərində qəyyum təyin edilmişdir. Beləliklə iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxsdir və iddia ərizəsi məhkəməyə onun tərəfindən verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, İddiaçı iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.2-ci maddəsinə əsasən ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, psixi vəziyyətinə görə şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edildikdə ərizənin baxılmamış saxlanılması üçün əsas olur. Azərbaycan Respublikası MPM-nin 259.0.2-ci maddəsinin tətbiqi ilə əlaqədar 2 hal fərqləndirilməlidir: 1) Ərizənin fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilməsi; 2) Məhkəməyə ərizə verildikdən sonra ərizəçinin fəaliyyət qabiliyyətini itirməsi. Yalnız birinci halda ərizə baxılmamış saxlanılır. 2-ci hal Azərbaycan Respublikası MPM-nin 254.1.2 maddəsinə əsasən fəaliyyət qabiliyyətini itirmiş şəxs üzərində nümayəndə təyin edilənə kimi iş üzrə icraatın dayandırılması üçün əsasdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-4689/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4689/2024
23.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver