Məhkəmə qərarları › İş №2(060)-4723/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4723/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4723/2022 18.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T Dİ : "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5361 (beş min üç yüz altmış bir) manat 32 (otuz iki) qəpik əsas, 16 (on altı) manat 09 (doqquz) qəpik faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 5377 (beş min üç yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 74 (yetmiş dörd) manat 18 (on səkkiz) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, "xxxx" KB ASC-nin Cavabdeh ilə bağlanmış 1286rstBANK/19 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5361 (beş min üç yüz altmış bir) manat 32 (otuz iki) qəpik əsas, 16 (on altı) manat 09 (doqquz) qəpik faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 5377 (beş min üç yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 74 (yetmiş dörd) manat 18 (on səkkiz) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddia ərizəsi məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 8249,49 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit mülkiyyətinə verir və ”borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 20 iyun 2022-ci il tarixinə "xxxx" KB ASC-yə 5361 (beş min üç yüz altmış bir) manat 32 (otuz iki) qəpik əsas, 16 (on altı) manat 09 (doqquz) qəpik faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 5377 (beş min üç yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq, "xxxx" KB ASC-nin Cavabdeh ilə bağlanmış 1286rstBANK/19 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 5361 (beş min üç yüz altmış bir) manat 32 (otuz iki) qəpik əsas, 16 (on altı) manat 09 (doqquz) qəpik faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 5377 (beş min üç yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 74 (yetmiş dörd) manat 18 (on səkkiz) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etdi. Eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələblərini müdafiə etdikərini və məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavadeh Cavabdeh məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli № 1286rstBANK/19 saylı “Güzəştli Kredit və X5”ndən görünür ki, "xxxx" Kommersiya Bankı ASC (borcverən) ilə Cavabdeh (borcalan) arasında 31 iyul 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən X3 istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 5368,72 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit mülkiyyətinə verir və ”borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh № 1286rstBANK/19 saylı “Kredit Müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixə olan borcu 5361 (beş min üç yüz altmış bir) manat 32 (otuz iki) qəpik əsas, 16 (on altı) manat 09 (doqquz) qəpik faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 5377 (beş min üç yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik məbləğində borc təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilərsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh arasında bağlanmış 1286rstBANK/19 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilməli və Cavabdeh 5361 (beş min üç yüz altmış bir) manat 32 (otuz iki) qəpik əsas, 16 (on altı) manat 09 (doqquz) qəpik faiz borcu olmaqla, cəmi 5377 (beş min üç yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 74 (yetmiş dörd) manat 18 (on səkkiz) qəpik məbləğində vəsait "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh arasında bağlanmış 1286rstBANK/19 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 5361 (beş min üç yüz altmış bir) manat 32 (otuz iki) qəpik əsas, 16 (on altı) manat 09 (doqquz) qəpik faiz borcu olmaqla, cəmi 5377 (beş min üç yüz yetmiş yeddi) manat 41 (qırx bir) qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 74 (yetmiş dörd) manat 18 (on səkkiz) qəpik məbləğində vəsait "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar