Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4744/2020 26.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «nəğd pul krediti müqaviləsi üzrə borcun tutulması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «nəğd pul krediti müqaviləsi üzrə borcun tutulması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 157644-1-36626 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə banka borclu olduğu 2200.19 manat məbləğində əsas borc, 38.41 manat məbləğində faiz borcu, və 13.95 manat cərimə borcu olmaqla, ümumilikdə 2252.55 manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının Cavabdeh tutularaq İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 157644-1-36626 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 22 ay müddətinə 2.500 manat məbləğində kredit verilmişdir.Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxx 2020-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka xx xxxx 2020-ci il tarixə 2.200,19 manat məbləğində əsas borc, 38,41 manat məbləğində faiz borcu, 13,95 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 2.252,55 manat məbləğində borcu qalmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2020-ci il tarixdə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, onun banka olan borclarını ödəməyinin mümkün olması üçün əlavə faiz gəlmədən hər ay 50 manat pul ödəməyi üçün güzəştli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 157644-1-36626 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 22 ay müddətinə 2.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, 157644-1-36626 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixə 2200.19 manat məbləğində əsas borc, 38.41 manat məbləğində faiz borcu və 13.95 manat cərimə borcu olmaqla, ümumilikdə 2252.55 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan pretenziya və xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Cavabdeh kredit borcunu ödəməsi üçün bank tərəfindən lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. İşin müəyyən edilən hallarına əsasən məhkəmə belə hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan 30 manat və 0.40 manat bank xidmət haqqı alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsində göstərilirki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2200.19 manat məbləğində əsas borc, 38.41 manat məbləğində faiz borcu, və 13.95 manat cərimə borcu olmaqla, ümumilikdə 2252.55 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2200.19 manat məbləğində əsas borc, 38.41 manat məbləğində faiz borcu və 13.95 manat cərimə borcu olmaqla, ümumilikdə 2252.55 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4744/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4744/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver