Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4757/2020 15.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələr üzrə Cavabdeh İMEİ kodu **********98815 olan Samsung Galaxy J4 markalı telefon üçün 226 manat, İMEİ kodu **********05625 Samsung J2 markalı telefon üçün 220 manat, HOFFMAN FAAC markalı kondinsioner üçün 343 manat olmaqla, ümumilikdə 829 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı «xxxxxxxxxxx» MMCnın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********98815 olan Samsung Galaxy J4 markalı telefon almış və nəticədə 266 (iki yüz altmış altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 470 (dörd yüz yetmiş) manat (12 ay x 39 manat + 2 manat ilkin ödəniş) olan İMEİ kodu **********98815 olan Samsung Galaxy J4 markalı telefon üçün ümumilikdə 266 (iki yüz altmış altı) manat olmaqla, ondan, 266 (iki yüz altmış altı) manat ödənilməmiş hissə, 82 manat cərimə (0.3 manat x 210 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu borcu yaranmışdır.. Cavabdeh, «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********05625 Samsung J2 markalı telefon almış və nəticədə 220 (iki yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 445 (dörd yüz qırx beş) manat (20 ay x 22 manat + 5 manat ilkin ödəniş) olan İMEİ kodu **********05625 Samsung J2 markalı telefon üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat olmaqla, ondan, 220 (iki yüz iyirmi) manat ödənilməmiş hissə,1 %-lə 66 manat cərimə (0.22 manat x 300 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh, «xxxxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli digər müqaviləyə əsasən HOFFMAN FAAC markalı kondinsioner almış və nəticədə 343 (üç yüz qırx üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 708 (yeddi yüz səkkiz) manat (18 ay x 39 manat + 6 manat ilkin ödəniş) olan HOFFMAN FAAC markalı kondinsioner üçün ümumilikdə 343 (üç yüz qırx üç) manat olmaqla, ondan, 343 (üç yüz qırx üç) manat ödənilməmiş hissə,1 %-lə 105 manat cərimə (0.39 manat x 270 gün) hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 794 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə istinadən mübahisəyə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və cavabdehə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin qanunla nəzərdə tutulmuş müddətdə iddia ilə bağlı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan müqavilələrdən görünür ki, «xxxxxxxxxxx» MMC ilə bağladığı , xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqavilələr üzrə Cavabdeh İMEİ kodu **********98815 olan Samsung Galaxy J4, İMEİ kodu **********05625 Samsung J2 markalı telefon və HOFFMAN FAAC markalı kondinsioneralmış və nəticədə 829 (səkkiz yüz iyirmi doqquz) manat borc yaranmışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-yə 829 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh hər ay ödəniş cədvəlinə uyğun olaraq pul ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İMEİ kodu **********98815 olan Samsung Galaxy J4, İMEİ kodu **********05625 Samsung J2 markalı telefonlar və HOFFMAN FAAC markalı kondinsioner üçün 829 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 859 manat iddiaçı «xxxxxxxxxxx» MMC-nın xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İMEİ kodu **********98815 olan Samsung Galaxy J4, İMEİ kodu **********05625 olan Samsung J2 markalı telefonlar və HOFFMAN FAAC markalı kondinsioner üçün 829 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 859 (səkkiz yüz əlli doqquz) manat iddiaçı «xxxxxxxxxxx» MMC-nın xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4757/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4757/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver