Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4771/2024 11.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən rəsmi nikahlarından anadan olmuş 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1041/2023 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, 23 iyul 2019-cu il təvəllüdlü X4 müalicəsi məqsədi ilə hər ay 300 (üç yüz) manat məbləğində əlavə pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 21 avqust 2018-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından 23 iyul 2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(067)-715/2020 saylı qətnaməsi ilə 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment və uşağın üç yaşına çatanadək saxlanması üçün əlavə olaraq hər ay 60 (altmış) manat təyin edilmişdir. Müraciəti əsasında Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(067)- 1484/2021 saylı qətnaməsi ilə 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin olunmuş alimentin məbləği dəyişdirilərək, 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh iddiaçı X1 xeyrinə hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1041/2023 saylı qətnaməsi ilə ilə apellyasiya şikayətin təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)-2478/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmiş, Xaçmaz Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(067)-1484/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün təyin olunmuş alimentin məbləği dəyişdirilərək, 23 iyul 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh iddiaçı X1 xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Maddi imkanı yoxdur, işləmir. Övladının tələbatları günü-gündən artır. Onun uşaq baxçası, yeyib-içmək və digər xərclərini ödəyə bilmir. Övladı ilə birlikdə anasının himayəsində yaşayır. Oğlu Yusif autizim xəstəsidir. Əsəbidir, danışmır. Hər ay mütəmadi müalicəyə ehtiyacı vardır. Onun müalicəsi üçün hər ay 300 manat pul tələb olunur. Qeyd edir ki, mediasiya prosessi zamanı cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya haqqında qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosessi zamanı o, dövlət rüsumunu ödəmişdir. Bunu xx.xx.2022-ci il tarixli, MŞB/6-4339 saylı arayış təsdiq edir. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, etirazı isə onunla əsaslandırmışdır ki, üçüncü qrup əlildir. Əlilliyə görə xx.xx.2012-ci il tarixdən müddətsiz 150 manat sosial müavinət alır. Onun digər bir yerdən qazancı yoxdur. Səhhətinə görə işləyə bilmir. Dava-dərmanlarını valideynləri alır. Valideynlərinin yanında yaşayır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və izahat verərək bildirdi ki, övladını xəstxanaya aparıb-gətirir. Müalicə elətdirmək üçün imkanı yoxdur. Həkim nə üçün bu qədər gecikildiyini soruşur. Müalicəni davamlı elətdirə bilmir. İki aydan bir müalicə etdirir. Cavabdeh maaş alır və rəsmi iş yeri vardır. Sumqayıt Apellyasiya Məhkəməsində uşağın xəstəliyi ilə bağlı əlavə köməklik tələb etmişdir. Lakin təmin edilməmişdir. Özü işləmir, uşağa baxır. Uşağın xəstəliyini qəbul etmirlər. Bütün bunlara səbəb isə cavabdehin anasıdır. Uşağı bağçaya götürmürlər. Bildirirlər ki, xəstəliyi vardır. Autizm xəstəliyinin ən aşağı səviyyəsindədir. Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, hər il dəfələrlə məhkəməyə müraciət olunur. Autizm xəstələri dövlət tərəfindən müalicə olunur. Uşaqda xəstəlik yoxdur. Oğlunun bir gözü eynək ilə 3%, digəri isə 10% görür. Oğlu 460 manat maaş alır. Maaşı əlavə yazaraq özləri götürür. 220 manat əlilliyə görə pensiya alır. Uşağın oynaq xəstəlikləri də vardır. Nəvəsinə köməklik göstərir. İmkanı da yoxdur ki, oğlunun gözünü əməliyyat elətdirsin. Oğlunun anadan gəlmə gözündə problem vardır. Sənəd möhürsüz olduğu üçün Apellyasiya Məhkəməsi qəbul etməmişdir. İddianı qəbul etmir. 193 manatı güclə düzəldir. Uşağın da 4 yaşı vardır. Bağçaya gedir. İş materialları. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞS/MT030/2024-00858 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı Mediasiya təşkilatında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh mediasiya sessiyasında iştirak etməyəcəyini bildirmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini ödəməkdən azad edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1041/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2478/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1484/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Xaçmaz Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 336262 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixində Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2019-cu ilin 09-cu ayının 06-cı günündə 923 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə X3r. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh anbardar vəzifəsində işləməklə 900 manat əmək haqqı və ikinci qrup əlil olduğu üçün 281 manat pensiya alır. Ambulator kitabçadan çıxarışdan görünür ki, X6 psixoloji inkişafın qarışıq pozuntusu diaqonuz qoyulmuşdur. İşin faktiki halları. İddiaçı X5 Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X7 doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1715/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində və uşağın 3 yaşına çatanadək saxlanması üçün əlavə olaraq hər ay 60 manat məbləğində pulun Cavabdeh alınaraq X2 verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1484/2021 nömrəli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1715/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində sabit alimentin alınaraq X2 verilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək 193 manat müəyyən olunmuşdur. İşin mübahisəz halı ondan ibarətdir ki, hazırda İddiaçı ödənilən 193 manat sabit pul məbləğində aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Belə ki, tərəflər arasında nikah məhkəmə qaydasında pozulmuş, uşağın saxlanılması üçün aliment müəyyən edilmişdir. Sonradan məhkəmə qətnaməsi ilə aliment məbləği yenidən artırılmış, yuxarı instansiya məhkəməsi tərəfindən isə dəyişdirilmişdir. İddiaçı 2019-cu ildə doğulmuş uşağın saxlanılması üçün alimentin miqdarının dəyişdirilməsi və əlavə xərclər tələb edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. I. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Buborcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 76. Uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.1-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (Ailə Məcəlləsi 81.1-ci maddəsi). 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarına əsasən müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq Hüquqları haqqında Qanun. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. HəminQanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə. Maddə 6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi vəqazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azadetmir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 1. 2024-cü il üçün ölkə üzrə yaşayış minimumunun məbləği uşaqlar üçün 235manat məbləğində müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234. Qətnamənin icra edilməsi. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Aliment hissəsinə münasibət bildirən məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı uşağa görə ödənilən aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşağın əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyətini ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafeyinə xidmət edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması baxımından cavabdehin tələb olunan məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmuş (cavabdehin əmək haqqının məbləği barədə), onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Belə ki, 300 manat məbləğində maddi yardımın tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı hər ay davamlı olaraq uşağın müalicəsinə xərclədiyi vəsaitin məbləği, uşağın xəstəliyi ilə bağlı sübütları məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia tələbi öz təsdiqini tapmır. Ona görə də həmin hissədə iddia tələbinin təmin edilməməsini hesab edir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyi baxımından, müəyyən olunmuş aliment məbləğinin qismən artırılmasını hazırkı halda 2024-cü il üçün uşaqlar müəyyən edilmiş yaşayış minumunu, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1041/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə xərcləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticə. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, ümumi beynəlxalq normalarda və milli qəbul olunmuş qanunvericiliyin əsas prinsipdən çıxış edərək alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Bu səbəbdən iddia tələbi qismən təmin edilməli, yetkinlik yaşına çatmayan uşağın mənafeyi baxımından, tərəflərin mövcud vəziyyətinin dəyişilməsini, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1041/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1041/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4771/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4771/2024
11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver