Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4779/2024 16.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı bir yerdə işlədikləri üçün Cavabdeh çoxdan tanıyırdı. İddiaçı 2014-cü ildə bankdan kredit götürərək cavabdehə və Ramil adlı bir şəxsə pul vermişdir. Cavabdeh həmin məsələdə iddiaçını çox incitdiyi üçün artıq ona etibar etmirdi. Ona görə də 2018-ci ildə iddiaçıdan təkrar pul istəyərkən borc məbləğini notariat orqan vasitəsi ilə verəcəyini bildirmişdir. xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhər 3 saylı Dövlət Notariat Kontorunda aralarında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtinə görə cavabdeh iddiaçıdan 4040 manat pul almış və 36 ay ərzində hissə-hissə qaytarmaq barədə öhdəlik götürmüşdür. Lakin götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. Aralarında dəfələrlə mübahisələr baş vermiş, hətta Sumqayıt şəhər 1 saylı Polis Bölməsində araşdırma aparılmışdır. Cavabdeh açıq-aşkar iddiaçıya qarşı pis niyyətdə olmuş, etibarından sui-istifadə edərək xeyli miqdarda pulunu ələ keçirmişdir. Cavabdeh 2018-ci ildən indiyə qədər 4040 manatdan 2275 manat qaytarmış, 1765 manatı isə borclu qalmışdır. Ona görə də iddiaçı Notariat Orqanına müraciət edərək icra qeydinin icra idarəsinə göndərilməsini tələb etmişdir. Notariat orqanı da öz növbəsində qanunlara riayət edərək cavabdehə xəbərdarlıq etmiş, sonra isə icra qeydini icra idarəsinə göndərmişdir. İcra qeydi icra edilməyə başlamış, cavabdehdən 900 manat məbləğində pul da tutulmuşdur. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında tərtib edilmiş icra qeydinin ləğv edilməsini tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Uzun araşdırmadan sonra heç bir əsası olmadan məhkəmə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, 3 saylı Notariat ofisinin tərtib etdiyi 8İ-7652 saylı, xx.xx.2021-ci il tarixli icra qeydini ləğv etmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh 2021-ci ildə tərtib edilmiş icra qeydini 3 il sonra mübahisələndirmiş və ləğv etdirmişdir. Cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsi etibarsız sayılmadığı üçün iddiaçı da həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə ki, həmin qətnamədən apellyasiya şikayəti versə, əlavə vaxt itkisinə yol vermiş olacaqdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 1765 manat əsas borc və məhkəməyə iddia ərizəsini vermək üçün ödənilmiş 38 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Əzimov X4 Azər Yusub oğlu ilə xx.xx.2018-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat ofisində kredit müqaviləsi imzalayaraq, guya İddiaçı ona 4040 manat məbləğində pulu borc verir və o da bu borcu 36 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək, hər ay 112 manat, sonuncu ayı isə 120 manat ödəməyi öhdəmə götürür. Belə ki, İddiaçı ilə aralarında olan razılaşmaya əsasən sonuncu bankdan götürəcəyi kredit məbləği əsasında öz adına rəsmiləşdirəcəyi “OPEL” markalı avotomobili sonradan ona satacaqdı və o da avtomobil üçün nəzərdə tutulmuş 4040 manat məbləğində pulu həmin borc müqaviləsi əsasında Azərə ödəməli idi. İddiaçı, “Kapital Bank “ASC-dən aldığı 4300 manat kredit pulundan 2400 manat məbləğində pul ilə “OPEL ASTRA” markalı avtomobili öz adına rəsmiləşdirdikdən sonra o da Azərə 1800 manat məbləğində pulu E-manat terminalından ödəmişdir. Lakin, İddiaçı, həmin avtomobili ona satmaqdan imtina etdi. Əvəzində ona başqa avtomobil verəcəyi vədi ilə aldadaraq aralarındakı razılaşmaya əməl etmədi. Qeyd edilən hüququ pozuntusu ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra İddiaçı polis bölməsində izahat verərək, ərizədə qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, Sumqayıt şəhəri 3 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4779/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi»nə dair qarşılıqlı iddiası ilə bağlı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 04 iyun 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixədək, 36 ay müddətinə hər ay 112 manat, sonuncu ay 120 manat qaytarmaq şərti ilə Cavabdeh 4040 manat məbləğində borc pul vermişdir.
9. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli bildirişə əsasən xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1765 manat borcun ödənilməyəcəyi halda icra qeydinin aparılacağı barədə Cavabdeh məlumat ünvanlanmışdır.
10. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli ərizəyə əsasən İddiaçı xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə icra qeydinin aparılması üçün Sumqayıt şəhərinin xüsusi notariusu X1 müraciət etmişdir.
11. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, № 8İ/7652 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə İddiaçı xeyrinə Cavabdeh müddət üçün vaxtında ödənilməmiş 1765 manat 00 qəpik tutulmalıdır. Bundan əlavə, Cavabdeh tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 1785 manat 00 qəpik pul tutulmalıdır.
12. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-92/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə əsasında Sumqayıt şəhər 3 saylı Notariat ofisi tərəfindən tərtib edilmiş 8İ/7652 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi, Sumqayıt şəhəri 3 saylı Notariat ofisi tərəfindən tərtib edilmiş 8İ/7652 saylı, xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən ödənilmiş 900 manat pulun İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin Sumqayıt şəhər 3 saylı Notariat ofisində tərtib edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi, cavabdeh İddiaçı 65 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni 4040 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh həmin borcdan 2275 manat qaytarmış, qalan 1765 manat borcu isə qaytarmamış, bununla da nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh oğlunun İddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
15. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
16. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
17. Eyni Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
19. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
20. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. İş materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
24. Belə olan halda, iddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə iddianın verilməsinə görə 38 manat məbləğində pul da cavabdehə aid edilməlidir.
25. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1765 (bir min yeddi yüz altmış beş) manat məbləğində pul, habelə 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir.
26. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 1765 (bir min yeddi yüz altmış beş) manat məbləğində pul, habelə 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şəbnəm Həxiyeva