Məhkəmə qərarları › İş №2(060)-478/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-478/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-478/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 31R000000129 saylı kredit razılaşması üzrə 4594.44 ABŞ Dolları məbləğində kredit borcu, 4742.73 ABŞ Dolları məbləğində faiz borcu və 6896.18 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16233.35 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilin açıq hərracdan satılması, 16233.35 ABŞ Dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, X1 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 həmin mənzilə istifadə hüquqlarının itirilməsinə, onların həmin mənzildən çıxarılmasına, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.06.2014-cü il tarixli, 31L000000120 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.06.2014-cü il tarixli, 31R000000129 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 25.01.2016-cı il tarixli, 31R000000129S saylı, 22.02.2016-cı il tarixli, 31R000000129SA saylı, 26.07.2016-cı il tarixli, 31R000000129SB saylı, 30.01.2017-ci il tarixli, 31R000000129SC saylı, 17.11.2017-ci il tarixli 31R000000129SD saylı, 12.03.2018-ci il tarixli, 31R000000129SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.12.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 17405.56 ABŞ Dolları ödəmiş, onun 4594.44 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 29.07.2020-ci il tarixə 587 gün üçün hesablanmış faiz borcu 4742.73 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 29.07.2020-ci il tarixə 587 gün üçün hesablanmış cərimə 6896.18 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən X5 ilə Bank arasında bağlanılmış 20.06.2014-cü il tarixli, 31M000000040 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 165 №-li reyestr kitabının 2 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana - ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən X3 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 04.03.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 11.03.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.06.2014cü il tarixli, 31L000000120 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 300.000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 20.06.2014-cü il tarixli, 31R000000129 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 22.000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 25.01.2016-cı il tarixli, 31R000000129S saylı, 22.02.2016-cı il tarixli, 31R000000129SA saylı, 26.07.2016-cı il tarixli, 31R000000129SB saylı, 30.01.2017-ci il tarixli, 31R000000129SC saylı, 17.11.2017-ci il tarixli 31R000000129SD saylı, 12.03.2018-ci il tarixli, 31R000000129SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən X5 ilə Bank arasında bağlanılmış 20.06.2014-cü il tarixli, 31M000000040 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X5 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər müqavilə şərtlərini pozmaları barədə xəbərdarlıq olunmuşlar, müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş H/02-PLS nömrəli, 12.02.2021-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilin bazar dəyəri 50.000 manat, likvid dəyəri isə 39.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzil X3 məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən Qanunun 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizə ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu, 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və X3 aid edilməli və onlardan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda 6896.18 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 300 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 31R000000129 saylı kredit razılaşması üzrə 4594.44 ABŞ Dolları məbləğində kredit borcu, 4742.73 ABŞ Dolları məbləğində faiz borcu və 300 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9637.17 ABŞ Dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulmalı, tutma Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracdan satılması, mənzilin likvid qiyməti 39.000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaiti hesabına 4594.44 ABŞ dolları əsasə borc, 4742.73 ABŞ Dolları məbləğində faiz borcu və 300 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9637.17 ABŞ Dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı QSC-nə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, X1 ümumi qaydada tutulmalı, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 həmin mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı, mənzil alıcıya təhvil verilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 31R000000129 saylı kredit razılaşması üzrə 4594.44 ABŞ Dolları məbləğində kredit borcu, 4742.73 ABŞ Dolları məbləğində faiz borcu və 300 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9637.17 ABŞ Dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun. Tutma Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın, mənzilin likvid qiyməti 39.000 manat müəyyən edilsin. Satışdan əldə olunmuş pul vəsaiti hesabına 4594.44 ABŞ dolları əsas borc, 4742.73 ABŞ Dolları məbləğində faiz borcu və 300 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9637.17 ABŞ Dolları məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı QSCnə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və X1 ümumi qaydada tutulsun. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivində yerləşən, 2 nömrəli binanın 3-cü mərtəbəsində xüsusi mülkiyyətdə olan 57.4 kv.m ümumi, 35.7 kv.m yaşayış, 21.7 kv.m yardımçı sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 həmin mənzildən çıxarılsınlar, həmin mənzil boşaldılsın və alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar