Məhkəmə qərarları › İş №2(060)-4791/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4791/2021

17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4791/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «daşınmaz əmlakın icbari sığortası üzrə yanğın hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəyən ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim : İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək, cavabdeh «xxxx» ASC-dən onun xeyrinə nəzərdə tutulmuş daşınmaz əmlakın Sumqayıt şəhəri, 5-ci m/rayon, ev 10/5A, mənzil 60-da yerləşən mənzilin icbari sığortası üzrə yanğın hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəyən ziyanın əvəzi olan 20.000 manat sığorta ödənişinin tutulub ona ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, cavabdeh «xxxx» ASC-nin hüquqi ünvanı Bakı şəhəri, İnşaatçılar prospekti 22 L kimi göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi üzrə həmin məhkəmədə baxılmalı deyilsə o zaman iddia ərizəsi geri qaytarılır. Məhkəmə bu normaların tələbindən çıxış edərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verildiyi üçün ərizə və ona əlavə olunan sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmə hüququ iddiacıya izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149- 152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «daşınmaz əmlakın icbari sığortası üzrə yanğın hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəyən ziyanın ödənilməsi tələbinə» dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinçi dəfə məhkəməyə müraçiət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar