Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4801/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 oktyabr 2019-cu il təvəllüdlü X3 və 21 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş sabit aliment məbləğinin dəyişdirilərək, hər ay əmək haqqının və bütün gəlirlərinin 1/3 hissəsində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o və Cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X8 adlı iki övladları dünyaya gəlmişdir. Bir müddət sonra ailə münasibətləri pisləşmişdir. Daha sonra tərəfindən iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)- 3558/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anaları İddiaçı himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2019-cu il təvəllüdlü X5 3 yaşma çatana kimi hər ay üçün əlavə 40 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra tərəfindən alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2022 tarixli 2(060)-3 720/2022 saylı qətnaməsi ilə iddia ərizəsi təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 190V2022 saylı, 03 oktyabr 2022- ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra tərəfindən yenidən Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq, Cavabdeh 05 oktyabr 2019-cu il təvəllüdlü X3 və 21 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılaraq, X3 və X4 yetkinlik yaşma çatanadək hər uşaq üçün aylıq 1000 (bir min) manat olmaqla, aylıq cəmi 2 000 (iki min) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Həmçinin daha sonra məhkəmə işinin gedişatı zamanı tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunaraq, Cavabdeh 05 oktyabr 2019-cu il təvəllüdlü X3 və 21 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, X3 və X4 yetkinlik yaşına çatanadək hər ay əmək haqqının və bütün gəlirlərinin 1/3 hissəsində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsi xahiş olunmuşdur. Lakin buna baxmayaraq qeyd olunanlar nəzərə alınmamış və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1143/2023 saylı, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3558/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Göründüyü kimi tərəfindən daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunaraq aliment məbləğinin cavabdehin əmək haqqının 1/3 hissəsində müəyyən olunmasının xahiş olunmasına baxmayaraq, həmin ərizə nəzərə alınmamışdır. Bununla bağlı qətnamədə qeyd də olmamışdır. Qeyd edir ki, tərəfindən əldə olunmuş Azərbaycan Respublikasının Strateji X1 Agentliyinin 11 fevral 2023-cü il tarixli 150/12-23 nömrəli məktubuna əsasən Agentliyin işçisi olan Cavabdeh aylıq gəliri tutulmalar çıxıldıqdan sonra (gəlir vergisi, 3% sosial sığorta və 2% tibbi sığorta) 1 291.40 (bir min iki yüz doxsan bir) manat 40 (qırx) qəpik təşkil edir. Hesab edir ki, qətnamənin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunduğu kimi qəbul olunmaması, yəni konkret məbləğdə hər uşaq üçün 220 (iki yüz iyirmi) manat təyin olunması gələcəkdə məhkəmə mübahisələrinin yaranmasına səbəb olacaqdır. Belə ki, məlum olduğu kimi hər il ölkə üzrə uşaqlar üçün müəyyən olunan yaşayış minimumu hər il artırılır. Bundan əlavə, Cavabdeh əmək haqqı məbləği artırıldığı təqdirdə aliment məbləği sabit qalacaqdır, bu da uşaqlarının daha keyfiyyətli həyat tərzi keçirmələrinə, onların xərclərin tam və lazımi şəkildə qarşılanmasına mane yaradacaqdır. Odur ki, hesab edir ki, hal-hazırda 05 oktyabr 2019-cu il təvəllüdlü X3 və 21 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində müəyyən edilmiş alimentin dəyişdirilərək, X3 və X4 yetkinlik yaşma çatanadək hər ay əmək haqqının və bütün gəlirlərinin 1/3 hissəsində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsi zərurəti vardır. İddiaçı məhkəməyə ərizə göndərərək, iddia tələbinin təmin edilməsini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı ilə cavabdeh arasında nikah pozulduqdan sonra müəyyən olunmuş aliment məbləğini cavabdeh vaxtı-vaxtında ödəmişdir. Alimentin ödənilməsində heç bir gecikməyə yol verilməmişdir. Bundan başqa onlar uşağın saxlanılması üçün əlavə xərclər çəkirlər. Lakin iddiaçı demək olar ki, hər il onları məhkəməyə verir. Cavabdehin maaşı 350 manat olmasına baxmayaraq məhkəmə qərarı ilə 340 manat aliment müəyyən olunmuş, həmin məbləği belə vaxtında ödəmişdir. Hazırda 440 manat aliment ödəyirlər. Məhkəmə tərəfin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-957/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4388/2023 nömrəli qətnaməsi dəyişdirilməsi, iddiaçı Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X5 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir. İşdə olan AZ-İV №090164 saylı, xx.xx.2018-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İşə əlavə olan AZ-İV №365996 saylı, xx.xx.2019-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. İş materiallarında olan AZ-İ №428517 saylı, xx.xx.2022-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində №272 ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2023-cü il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh İMS-də iştirak etməkdən qəti şəkildə imtina etmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçddə bir hissəsi miqdarda aliment tutulur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 05 oktyabr 2019-cu il təvəllüdlü X3 və 21 fevral 2018-ci il təvəllüdlü X4 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi təmin edilməklə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3558/2021 saylı iş üzrə qəbul etdiyi 07 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 05 oktyabr 2019-cu il təvəllüdlü X3 və 21 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçddə bir) hissəsi miqdarında aliment aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin Məhkəməsinin 2(060)-3558/2021 saylı iş üzrə qəbul etdiyi 07 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 05 oktyabr 2019-cu il təvəllüdlü X3 və 21 fevral 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş xərcin əvəzi olaraq 50 (əlli) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4801/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4801/2023
14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver