Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4804/2023 06.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X43 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi, cavabdehlərin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X20) pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizələrlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 5-nin satışından əldə edilmiş 32000 manat pulun, evdə olan əmlakların dəyərinin yarısının, yəni 6000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 2003-cü ildə ailə həyatı qurmuş və onların birgə nikahdan 3 övladları olmuşdur. 2013-cü ildə tərəflər Almaniyaya getmək qərarına gəlmiş və məqsədləri xəstə olan qızları Məryəmi müalicə etdirmək idi. Həmin vaxt iddiaçı Sumqayıt şəhər, 1-ci məhəllə, ev 1-də yerləşən 19 saylı və 20 saylı mənzilləri satmış, qızının müalicəsinə sərf etmiş, satışdan qalan pul ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində bina 13/30, mənzil 12-də 2 otaqlı mənzili almış və həmin mənzil həmin vaxt onunla rəsmi nikahda olan cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı ailə üzvlərilə Almaniyaya gedərkən cavabdehin əmisi arvadı X11 və qardaşı X12 etibarnamə vermişdir ki, onlar Azərbaycanda olmadıqları müddətdə onlara aid bütün sənədləşmə işlərini aparsınlar, mənzilə nəzarət etsinlər, mənzili kirayəyə versinlər. Lakin iddiaçının xəbəri olmadan cavabdehin əmisi arvadı Süniyyə Əhmədova öz baldızı - Cavabdeh1 bibisi Cavabdeh2 idiaçıya və Cavabdeh1 dair bütün hüquqları xx.xx.2016-cı ildə etibarnamə əsasında ötürmüş və həmin tarixdə də iddiaçının və Cavabdeh1 qardaşı Turab Məmmədovun adına verdikləri etibarnaməni ləğv etmiş, özü bütün səlahiyyəti əlinə almışdır. Bunun ardınca o, Ş.Vəliyev adlı şəxsə Cavabdeh1 adından etibarnamə verməklə məhkəmə iddiaçının xəbəri olmadan boşanma işi açmış (halbuki həmin vaxt iddiaçı Cavabdeh1 və uşaqları ilə bir yerdə Almaniyada yaşayırdılar) və həmin boşanma prosesi başa çatdıqdan sonra Sumqayıt şəhər Qeydiyyat şöbəsindən nikahın pozulması barədə şəhadətnamə almış və bundan sonra iddiaçının vəsaitilə Cavabdeh1 adına alınmış Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30-da yerləşən 12 saylı mənzili xx.xx.2017-ci il tarixli, AN-1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən satmışdır. Evin sənədləri iddiaçıda olmuş və həmin sənədləri saxlamaq üçün qardaşına vermişdir. Cavabdeh2 bu niyyətini həyata keçirmək üçün guya sənədlərin itməsi barədə DƏDRX Sumqayıt ərazi idarəsinə müraciət edərək yenidən sənədlərin təkrarını əldə etmiş və həmin sənədlər əsasında mənzilinin dəyər-dəyməzinə satışı həyata keçirilmişdir. Halbuki iddiaçı həmin mənzili 2013-cü ildə 52000 ABŞ dollarına almış və həmin mənzildə iddiaçının əmlakları olmuşdur. İddiaçı mənzili satan şəxslə maraqlandıqda mənzilin sahibi bildirdi ki, o mənzili boş vəziyyətdə almış, Cavabdeh2 həmin mənzildə olan iddiaçıya məxsus və ümumi dəyəri təxminən 12000 manat olan əmlakları (qorka servant, şifoner, termo, divan, kreslo, stol və stulları, altı tumbalı plazma televizoru, kompyuter və komyuter stolunu, divar saatını, kondisineri, telefon aparatını, soyuducu, paltaryuyan, mətbəxt mebellərini, xalçaları, müxtəlif serviz və qab-qaşıq dəstlərini, tozsoruranı, yorğan-döşəkləri, mətbəxt divanını, tabloları, suvenirləri, yemək servizlərini (10-15 qutuda) həmin mənzildən daşımış və mənimsəmişdir. Mənzil və mənzildə olan əmlaklar Cavabdeh1 ilə birgə nikah dövründə alınsa da iddiaçının nikahdan əvvəl əldə etdiyi mənzillərin satışı müqabilində əldə etdiyi vəsait hesabına alınmış, lakin cavabdehlər həmin əmlakları və evi iddiaçının xəbəri və razılığı olmadan satmaqla ona çatası olan pulunu mənimsəmişdir. İddiaçı şəxsən bu şəxsə etibarnamə verməmiş, lakin o iddiaçının etibar etdiyi şəxsdən öz adına etibarnamə götürməklə bu əməliyyatları etmiş və bir sözlə iddiaçının əmlakı əlindən çıxmışdır. Mənzili alan şəxs bundan xəbərsiz olduğu üçün iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmır, cavabdehlərin alqı-satqı müqaviləsi nəticəsində əldə etdikləri pulların və əmlakların satışı nəticəsində iddiaçıya dəymiş ziyanın onlardan alınaraq ona qaytarılmasını iddia edir. Cavabdeh2 tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 3 övladından ikisi ağır xəstə olduğuna görə keçmiş həyat yoldaşı Cavabdeh1 ilə birlikdə Almaniya Federativ Respublikasına uşaqlarını müalicə etmək məqsədilə getmişdir. Ölkəni tərk etməmişdən əvvəl iddiaçı Sumqayıt şəhəri, 1-ci məhəllə, 1 saylı evin 19 və 20 saylı mənzillərini sataraq, həmin vaxt bəzi şəxslərə olan borclarını bağlamışdır. Həmin şəxslər iddiaçının ölkədən çıxmasına imkan vermədiyinə görə o, məcburiyyət qarşısında həmin 2 mənzili satmalı olmuşdur. Almaniyaya getmək üçün isə "xxxx" ASC-dən kredit götürmüşdür. İddiaçı və onun keçmiş həyat yoldaşı Cavabdeh1 Almaniyada olduqları vaxt kredit borcuna görə iddiaçının qardaşı Turab Məmmədova hər ay 1000 avro pul göndərmişlər. Kredit tam bitdikdən sonra bir neçə müddət Cavabdeh1 aldadaraq kredit bitməyib deyərək pulları mənimnsəyiblər. İddiaçı uşaqlarına qayğı göstərmədiyinə görə Almaniya dövlətinin qərarı ilə 4000 avro cərimə edilmiş və ailədən kənarlaşdınlaraq ölkədən çıxarılmışdır. Ailənin hər iki uşağına anası Cavabdeh1 qulluq göstərir və uşaqların müalicəsi Almaniyada dövlət vəsaiti hesabına ödənilir. İddiaçının ödənilməmiş yüksək məbləğdə aliment borcu yaranmışdır. Həmin borcdan yayınmaq məqsədilə iddiaçı belə bir üsula əl atmışdır ki, ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülsün. İddiaçı və onun keçmiş həyat yoldaşı Cavabdeh1 2013-cü ildə Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat ofisində X11 etibarnamə vermişdir. Həmin etibarnamə xx.xx.2023-cü tarixinə qədər qüvvədə olmuşdur. Həmin etibarnamə ilə iddiaçı X11 həvalə edilmiş işlərin aparılması digər bir şəxsə etibar edilməsi səlahiyyəti verilmişdir. Süniyyə Əhmədova xx.xx.2016-cı il tarixli etibarnamə ilə ona həvalə edilmiş öhdəlikləri yeni etibarnamə əsasında Cavabdeh2 ötürmüşdür. Etibarnamə əsasında ona verilmiş hüquqlar çərçivəsində Cavabdeh1 adına alınmış Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən evin 12 saylı mənzilini xx.xx.2017-ci il tarixli AN-İ 636428 saylı alqı-satqı müqaviləsi əsasında satılmışdır. Mən mənzilə dair sərəncam hüququnu həyata keçirərkən həmin mənzildə hər hansı bir əmlak olmamışdır. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən evin 12 saylı mənzilin satışından əldə edilmiş pulu mənzilin sahibi Cavabdeh1 göndərmişdir. İddiaçının Almaniyaya gedən ərəfədə ayrı-ayrı şəxslərə borcu olmuşdur. O, hər iki evi və evdə olan avadanlıqlarını sataraq öz borclarını ödəmişdir ki, ölkədən çıxışına məhdudiyyət qoyulmasın. Cavabdeh2 nümayəndəsi, cavabdehlərin Vəkil2 məhkəməyə mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mənzilin satılmasından 6 il keçdikdən sonra iddiaçı pul tələbi ilə çıxış edir. İddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin bildirdi ki, iddiaçının nikahdan öncə iki evi olub. Bunlardan biri qardaşının, digəri isə öz adına olub. İddiaçı həmin mənzilləri sataraq əldə edilən pul vəsaiti ilə qızının müalicəsi üçün Almaniyaya köçüb. Qalan pula da cavabdehin adına 12 saylı mənzili alıb. Həmin mənzil tam təmirli olub və içində məişət əşyaları olub. Tərəflər etibarnaməni Süniyyə və Turaba Azərbaycanda olan sənədləşmə işləri, evə nəzarət və sair kimi səbəblərə görə veriblər. Cavabdeh1 öz əmisi arvadı Süniyyə Əhmədovaya etibarnaməni sənədləşmə və sair kimi işlərdə daha bacarıqlı olduğu üçün verib. Məhkəməyə təqdim etdikləri MKS tərəfindən verilən arayışdan da müəyyən edilir ki, iddiaçının Sumqayıt şəhəri, 1-ci məhəllədə yaşayış evi olmuş və həmin evin satışından əldə edilən pul vəsaiti ilə mübahisəli mənzil alınmışdır. Evdə olan əşyaların mövcudluğu şahid ifadələri ilə təsdiq olunur. Evin qiymətləndirilməsi barədə alqı-satqı və kirayə işləri ilə məşğul olan fiziki şəxsdən müvafiq arayış almışlar. Həmin arayışdan da müəyyən edilir ki, mənzilin real dəyəri 45000-50000 manat civarındadır. Mənzilin texniki pasportu və çıxarışı da iddiaçıdadır və həmin sənədləri məhkəməyə təqdim etmişlər. İddiaçının mənzili satmaq fikri olsaydı, həmin sənədləri onlara verib gedərdi. Məhkəməyə təqdim etdikləri siyahından da müəyyən edilir ki, iddiaçının bacısı və Cavabdeh2 mənzildə olan əşyaların siyahısını tərtib ediblər. Bu fakt da əşyaların mövcudluğunu təsdiq edir. Mənzilin satılmasından, həmçinin Cavabdeh1 ilə nikahlarının məhkəmə qaydasında pozulmasından iddiaçının məlumatı olmayıb. Yalnız 2022-ci ilin oktyabr ayında ölkəyə qayıdanda mənzilin satılmasından iddiaçının məlumatı olub. Eyni zamanda icra məmuru iddiaçını icra şöbəsinə çağırarkən onun Cavabdeh1 ilə nikahlarının pozulması barədə məlumatı olub. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı Sumqayıt şəhərində yerləşən 19 və 20 saylı mənzilləri məhz böyük qardaşı Kərimin arvadı Süsənin faiz borclarını ödəmək üçün satmış, borclarını ödəmişdir. Tərəflərin 3 övladından ikisi ağır xəstədir. Onlar uşaqlarının müalicə etdirmək üçün Almaniyaya getmişlər. İddiaçı Almaniyaya getmək üçün "xxxx" ASC-dən kredit götürmüşdür. Tərəflər Almaniyada olduqları vaxt banka olan kredit borclarını ödəmək üçün iddiaçının qardaşı Turab Məmmədova hər ay 1000 avro pul göndərmişlər. Həmin pulları ona göndərirdilər və o da banka ödəməsi üçün həmin məbləğləri Turaba verirdi. Bu hal bir müddət davam etdiyi üçün şübhələnməyə başlamış və banka yaxınlaşdıqda orada ona bildirmişlər ki, tərəflərin kredit borcu çoxdan bağlanıb. Burdan da müəyyən olunub ki, kredit tam bitdikdən sonra bir neçə müddət iddiaçı və Turab Məmmədov cavabdehi aldadaraq həmin pulları mənimsəmişlər. İddiaçı uşaqlara qayğı göstərmədiyi üçün Almaniya dövlətinin qərarı ilə cərimə edilmişdir. Eləcə də onun yüksək miqdarda aliment borcu olmuşdur. Həmin borclardan yayınmaq, habelə ölkədən çıxışına qoyulan məhudiyyətin götürülməsi üçün iddiaçı belə bir üsula əl atmışdır. Etibarnamə məsələsi ilə bağlı qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən etibarnamə ilk dəfə böyük qardaşına verilmişdir. Lakin o, Bakıda olduğu üçün etibarnaməni dəyişərək Turab Məmmədova vermişdir. Digər etibarnamə isə Süniyyə Əhmədovaya verilmişdir. Süniyyə Əhmədova Bakıda yaşadığı, gediş-gəlişin çətin olduğu, habelə vaxtı olmadığı üçün etibarnaməni ona vermişdir. İddiaçı ticarətlə məşğul olduğu üçün onun başqa-başqa şəxslərə külli miqdarda borcu olmuşdur. Borcları olduğundan iddiaçı öz adında heç bir əmlakın olmasını istəmədiyi üçün məcbur olub Sumqayıt şəhəri, 9-cu mikrorayondakı mənzili cavabdehin adına keçirmişdir. İddiaçı sonradan həmin evi qardaşı Kərimin adına xəlvətcə keçirmək istəyində olmuşdur. Evin sənədləri də Turab Məmmədovda olmuş, lakin adına olan etibarnamə ləğv edildiyi üçün buna nail olmamışdır. Bu haldan xəbər tutduqdan sonra Cavabdeh1 evi satmaq istəmiş, evi satışa qoymuşdur. Sözügedən evi o 32 000 manata satmışdır. Həmin məbləğin hamısını Cavabdeh1 Azərbaycana qayıdan zaman ona vermişdir. Belə ki, 2018-ci ilin avqust ayında Cavabdeh1 müvafiq “ASAN xidmət” mərkəzində pasportunu dəyişmək üçün gəlmişdir. O zaman həmin pul məbləğinin hamısını ona vermişdir. Cavabdeh1 hazırda uşaqları ilə birlikdə Almaniyadadır. İddiaçını isə Almaniyadan deportasiya etmişlər və o, hazırda Azərbaycandadır. Mənzildə bəzi köhnə əşyalar olub və həmin əşyalar mənzil satıldıqdan sonra çox ucuz qiymətə satılıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın ona aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi, cavabdehlərin vəkili Vəkil2 məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Mübahisəli mənzil 2017-ci ildə satılmışdır. Onlarda olan məlumata əsasən iddiaçı Azərbaycana 2018-ci ildə deport olunmuşdur. Ötən illər ərzində iddiaçının mənzilin satılmasından xəbəri olmuşdur. Pul tələbinə dair iddialar üzrə iddia müddəti 3 ildir. Mənzilin satılmasından 6 il keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edir. İddia müddəti ötürüldüyü üçün iddia tələbi təmin edilməməlidir. Həmçinin həmin mənzilə tərəflər rəsmi nikahda olduqları dövrdən əvvəl alınmışdır. Qeyd edilənlərə əsasən cavabdehlərin vəkili iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izahat verərək bildirmişdir ki, Cavabdeh1 əmisinin həyat yoldaşıdır. Tərəflər Almaniyaya gedərkən ona və Turab Məmmədova etibarnamə vermişlər. Ona etibarnaməni müəyyən sənədləşmə işlərini və ödənişləri həyata keçirmək və sair səbəblərdən vermişlər. Müəyyən müddət sonra isə Cavabdeh1 ona zəng vuraraq etibarnamə üzrə səlahiyyətləri Cavabdeh2 verməyilə bağlı xahiş etmişdir. Bunu nə səbəbə etməyilə bağlı ondan heçbir şey soruşmamış və aralarında başqa bir söhbət olmamışdır. Cavabdeh1 bildirdiyinə görə İddiaçı bu hadisədən xəbəri olmuşdur. Etibarnamənin verilmə vaxtı isə dəqiq yadında deyil. Mənzilin satışı ilə bağlı işlərdə özü iştirak etməmişdir. Evin satılması barədə ona heç bir tapşırıq verilməyib. O, etibarnamə əsasında heç bir iş görməmişdir. Məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1969-cu ildə, Qubadlı rayonu, Mahruzlu kəndndə anadan olmuşdur, O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1961ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. X20 xx.xx.1974-cü ildə, ünvan 3 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 nömrəli mənzil Sumqayıt şəhərinin xüsusi notariusu T.M.Mustafazadə tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/94 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ-qeydiyyata alınmışdır. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-269 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X7 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-3576 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2019- cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X8 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-944 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X13 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 xx.xx.2013-cü il tarixdən Cavabdeh1 xüsusi mülkiyyətindədir. “Elektron notariat” X1 Çıxarışa əsasən X25 xx.xx.2013-cü il tarixli etibarnamə əsasında iddiaçı və Cavabdeh1 tərəfindən ona verilmiş bütün səlahiyyətləri xx.xx.2016-cı il tarixli etibarnamə ilə Cavabdeh2 vermişdir. xx.xx.2013-cü il tarixli, 291880 nömrəli etibarnaməyə əsasən iddiaçı və cavabdeh Ramiə Əhmədova tərəfindən 10 il müddətinə, yəni xx.xx.2023-cü il tarixinə kimi X12 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və bununla bağlı digər səlahjiyyətləri vermişlər. Cavabdeh1 ilə (onun adından etibarnamə əsasında Cavabdeh2 imza etmişdir) X15 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 34,3 kv.m olan iki otaqlı mənzilin tam mülkiyyət üzrə X2. "xxxx" ASC tərəfiondən verilmiş xəzinə mədaxil orderinə əsasən X15 tərəfindən notariusun depozit hesabına xx.xx.2017-ci ildə 30000 manat ödəniş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-10780/2016 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 394 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 Cavabdeh1 yanında qalması, İddiaçı Cavabdeh1 xeyrinə xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 351 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında olan nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə qeyd aparılmışdır. X16, X21, X26, X31, X27, X32, X33 və X28 tərəfindən notariat kontoruna ünvanlanmış ərizələrə əsasən onlar Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 nömrəli mənzilin satılmasına razıdırlar. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 nömrəli mənzilin bugünkü bazar qiymətləri ilə satış qiyməti 45-50 000 manat civarında qiymətləndirilir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 526 saylı arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, 1-ci məhəllə, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 19-da yaşayıb. xx.xx.2002-ci ildən qeydiyyatda olub. Mənzili satıb. xx.xx.2008-ci il tarixli mənzilin bağışlanma müqaviləsinə əsasən iddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Sumqayıt şəhər Ərazi idarəsinin xx.xx.2007-cı il tarixli ( qeydiyyat nömrəsi 140711464, reyestr nömrəsi **********5-Q5101- 093Q05) MH seriyalı ******* nömrəli çıxarışına və xx.xx.2008-ci il tarixli, 14/5067 saylı arayışına sasən X29 məxsus olan Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi, 1-ci məəllədə yerləşən, ümumi sahəsi 73,06 kv.m, yaşayış sahəsi 53.42 kv.m, köməkçi sahəsi 19.64 kv.m olan , üç otaqdan ibarət 1 nömrəli evin 20-ci mənzilini qaynı X14 bağışlamışdır. xx.xx.2010-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı Azərbaycan Respublikasının Əmlakın Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 14/1835 nömrəli arayışa əsasən, iki otaqlı, ümumi sahəsi - 62.34 kv.m., yaşayış sahəsi - 36.53 kv.m. köməkçi sahəsi-25.81 kv.m, olan Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən 1 saylı evin 19 nömrəli mənzilini X3. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadə verərək bildirdi ki, iddiaçının qardaşıdır. Tərəflər 2003-cü ildən ailə kimi birlikdə yaşayıblar. Cavabdeh Ramilə gəlinləri olub. Tərəflər 200Onlar uşaqlarının müalicəsi ilə bağlı olaraq Almaniyaya gediblər. Almaniyaya gedən zaman da Gülarəyə etibarnamə veriblər. 2-3 gün sonra onun özünə də etibarnamə veriblər. İddiaçı ticarətlə məşğul olub. Onun iki evi var idi. Maddi vəziyyəti ağırlaşdığı üçün iddiaçı həmin evləri satıb sözügedən mənzili aldı. Adında heç bir əmlak olmamağı üçün həmin evi də cavabdehin adına aldı. Cavabdeh heç bir yerdə işləmirdi. O özünə ev ala bilməzdi. İddiaçı və cavabdeh təxminən 2000-ci illərdə faktiki nikah münasibətinə daxil olublar və həmin vaxtdan bir yerdə ailə kimi yaşayıb və təsərrüfat aparıblar. Daha sonra nikahlarını rəsmiləşdiriblər. Qardaşıgil Almaniyaya gedən vaxt həmin mənzilin açarını ona vermişdilər. Bundan bir müddət sonra Ramilənin qardaşı Ramin həbsxanadan çıxanda qalmağa yeri yox idi. Xəyaləddin və Ramilə razılıq əsasında ona dedilər ki, mənzilin açarını Raminə versinlər ki, orada qalsın. O, açarı Raminə verib. Bundan sonra isə mənzillə maraqlanmayıb. İddiaçı Almaniyada yaşadığı dövr ərzində 2-3 dəfə ölkəyə gəlib. İddiaçı ölkəyə gələn zaman burada 2-3 gün qalıb geri qayıdırdı. Adətən onlarda, bəzən digər qohumların evində qalırdı. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayında iddiaçı ölkəyə gəldiyi vaxt onlar həmin mənzilə gediblər. Bu zaman mənzilin satıldığını və mənzildə yeni mülkiyyətçinin yaşadığını öyrəniblər. Mənzildə bütün məişət əşyaları olub. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadə verərək bildirdi ki, iddiaçının bacısıdır. Cavabdeh Ramilə gəlinləri olub. Onlar 2013-cü ildə Almaniyaya gediblər. İddiaçı özü ticarət işi ilə məşğul olub. O, özünə məxsus olan evləri satıb borclarını ödəmişdir. Pulun bir qismi ilə sözügedən mənzili alıb. İddiaçı 2018-ci ildən sonra ölkəyə gələndə Turabgildə qalırdı. Mübahisəli evdə Ramilənin qardaşı Ramin yaşayırdı. Əmlakların siyahısını iddiaçı Almaniyada olanda özü şəxsən cavabdeh Gülarəylə birlikdə tərtib etmişdir. Siyahıda əsas əşyalar qeyd olunub. Onlardan əlavə əşyalar da olub. İddiaçının ailə qurmazdan öncə iki otaqlı evi olub. 1-ci məhəllədəki ev ola-ola üzbəüz başqa mənzil alınıb. Evlər iddiaçının öz şəxsi vəsaiti hesabına alınıb. Məhkəmə iclasında şahid qismində dindirilən X34 ifadə verərək bildirdi ki, iddiaçı onun qaynıdır. Cavabdeh Ramilə iddiaçının həyat yoldaşı olub. Onlar əvvəl mehriban yaşasalar da, sonradan münasibətləri korlanmışdır. İddiaçı ticarət işi ilə məşğul olub. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 nömrəli mənzili iddiaçı özü alıb. İddiaçı ailə həyatı qurmazdan öncə iki evi olub. Onları satıb, daha sonra sözügedən mənzili alıb. Həmin evin açarı Turabda olub. Ramilənin qardaşı həbsxanadan çıxanda qalmağa yeri olmadığı üçün orada yaşayıb. İddiaçı evin satılmasından bu yaxınlarda xəbər tutub. İddiaçı 2018-ci ildən bəri iki dəfə ölkəyə gəlib. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (225.2.). Oxşar normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində də nəzərdə tutulmuşdur. Həmin Məcəllədə göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır (32.1.). Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (32.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Qeyd edilməlidir ki, ər-arvadın ümumi birgə mülkiyyəti yaranmasının kökündə əmlakın ər-arvadın birgə nikahları dövründə, onların birgə təsərrüfat aparmaları nəticəsində əldə etmələri dayanır. Göründüyü kimi tərəflər 2003-cü ildən faktiki olaraq ailə kimi bir yerdə yaşamış və birgə təsərrüfat aparmışlar. Cavabdeh tərəf həmin faktı mübahisələndirməmişdir. İddiaçı ilə Cavabdeh1 arasında nikah xx.xx.2013-cü il tarixdə bağlanmış olsa da, ünvan 5 tərəflərin faktiki olaraq ailə münasibətlərində olduqları dövrdə əldə edildiyindən, tərəflərin birgə mülkiyyəti hesab edilməlidir. Mülki Məcəllənin 225.6-cı maddəsində göstərilmişdir ki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və Cavabdeh1 xx.xx.2013-cü il tarixli etibarnamə əsasında onlara məxsus olan əmlaklarla bağlı səlahiyyətləri X17 vermiş, o isə öz növbəsində həmin səlahiyyətləri xx.xx.2016-cı il tarixli etibarnamə ilə Cavabdeh2 vermişdir. Cavabdeh2 isə Cavabdeh1 adından çıxış edərək ünvan 5 ünvanında yerləşən mənzili X2. Göründüyü kimi iddiaçı həmin müqavilədə tərəf kimi çıxış etməmiş, müqavilənin bağlanmasına razılıq verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları və şahidlərin ifadələri ilə iddiaçının belə bir müqavilənin bağlanması barədə heç bir məlumatının olmadığı da müəyyən edilir. Belə ki, Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında Cavabdeh1 ona mənzili satmağa razılıq verdiyini, bunu isə mənzilin iddiaçı tərəfindən qardaşı Kərimin və ya digər şəxsin adına keçirilməsindən qorxduğu üçün etdiyini bildirmişdir. Eyni zamanda Cavabdeh2 həmin mənzilin satışıdan əldə etdiyi vəsaitin hamısını şəxsən Cavabdeh1 verdiyini bildirmişdir. Qeyd edilən faktlar iş üzrə hər hansı sübutla təkzib edilməmiş, həmçinin Cavabdeh2 nümayəndəsi, cavabdehlərin vəkili tərəfindən inkar edilməmişdir. Həmçinin mənzilin keçmiş sənədlərinin iddiaçıda olması və onun tərəfindən məhkəməyə təqdim edilməsi qeyd edilən faktı təsdiq edir. Mülki Məcəllədə həmçinin göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2.). Göründüyü kimi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30, 12 saylı 30 000 manata satılmışdır. Əmlakın satışından əldə edilmiş məbləğ bütövlükdə Cavabdeh1 mçatmış, beləliklə tərəflərin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə edilmiş əmlakın satılması nəticəsində iddiaçının məhrum olması hesabına Cavabdeh1 əsassız olaraq varlanmışdır. İddiaçının nümayəndəsi həmin mənzilin alınması üçün bütün vəsaitin ona məxsus digər mənzilin satışı nəticəsində əldə edilmiş vəsit hesabına ödənildiyini bildirsə də, qeyd edilən hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahidlər bununla bağlı ifadə versələr də, məhkəmə hesab edir ki, həmin ifadələr mücərrəd olmaqla, mənzilin hansı vəsait hesabına alındığını təsdiq edə bilməz. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edir. İddia tələbinin mənzildəki əşyaların dəyərinin yarısının cavabdehdən tutulması barədə hissəsinə gəldikdə qeyd edilməlidir ki, iddiaçı mənzildə olmuş əşyaları fərdiləşdirməyə imkan verən, həmçinin onların qiymətləndirilməsi üçün zəruri olan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia mənzildəki əşyaların dəyərinin tutulması hissəsində təmin edilə bilməz. Cavabdeh2 tərəfindən verilmiş mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəyə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.2.). Ümumi iddia müddəti on il təşkil edir (373.1.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (373.2.). Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir (373.3.). Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər (373.4.). Cavabdeh mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə versə də, mübahisəyə məhz hansı tələblərlə bağlı iddia müddətinin tətbiq edilməsini ərizədə göstərməmişdir. Qanunvericilikdə Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələb üçün 3 illik (Ailə Məcəlləsinin 36.9-cu maddəsi), əsassız varlanma ilə bağlı əsassız varlanma obyektinin qaytarılması barədə tələb üçün 2 illik (Mülki Məcəllənin 1095-ci maddəsi) iddia müddəti müəyyən edilmişdir. Eyni zamanda Mülki Məcəllənin 377.1-ci maddəsində göstərilmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçı ünvan 5-nin satılmasında yalnız 2022-ci ilin oktyabr ayında ölkəyə gəldiyi vaxt məlumatlı olduğunu bildirmişdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuşdur. Cavabdehlər isə qeyd edilən halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən məhkəmə ididaçının tələbinə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin ərizəsini əsassız hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesabe dir ki, iddia qismən təmin edilməli mənzilin satışından əldə edilən vəsaitin yarısı, yəni 15000 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 216,5 manat dövlət rüsumunun 87 manatı Cavabdeh1 aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15 000 (on beş min) manat pul və 87 (səksən yeddi) manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4804/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4804/2023
06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver