Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-481/2022 31.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17.10.2019-ci il tarixli, 017L**********58 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə ilə cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq 22.10.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması müəyyən edilmiş və 2.0833% ödəmək şərti ilə 24 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Uzun müddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlnılmışdır. Cavabdeh1 22.03.2021-ci il tarixdən etibarən, kredit razılaşmasının şərtlərini pozaraq, banka olan borcundan ödəniş etməmişdir. Həmin müddətədək, əsas borcundan cəmi 6342.17 manat ödəmiş 3657.83 manat isə əsas borc olaraq qalmışdır. Cavabdeh kredit borcunu qatarmadığından kredit razılaşmasının bəndlərinə əsasən faiz və cərimə borcunun hesablanması aparılmış və 05.10.2021-ci il tarixə 197 gün üçün yaranmış faiz borcu 294.68 manat, cərimə borcu isə 678,64 manat təşkil etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 3657.83 manat məbləğində kredit borcu, 294.68 manat məbləğində faiz borcu və 678.64 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4631.15 manat borcun və 66.31 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 31.01.2021-ci il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə iddia tələblərini müdafiə etdiklərini və onların iştirakı olmadan qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 rəsmi qaydada məhkəmə bildirişi və SMS bildirişnin göndərilməklə, məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməmə səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 14.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3657,83 AZN əsas borc, 294,68 AZN faiz borcu və 678,64 AZN cərimə olmaqla, cəmi 4631,15 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22.10.2019-cu il tarixli kredit müqaviləsinədən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 200000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 017R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən cavabdehə illik 2.0833% ödəmək şərti ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 017S**********01 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, borcalan banka qarşı öz öhdəliyini tam yerinə yetirənədək, zamin, borcalan ilə birlikdə banka qarşı məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 017S**********03 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, borcalan banka qarşı öz öhdəliyini tam yerinə yetirənədək, zamin, borcalan ilə birlikdə banka qarşı məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 22.11.2019-cu il tarixdən başlayaraq hər ay banka 536 manat, sonuncu ay 534,69 manat, ümumilikdə 12862,69 manat ödəməklə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətiın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı bildirişdən görünür ki, cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun qısa müddətdə İddiaçı Qapalı Səhmdar Cəmiyyətina ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Kredit müqaviləsinin şərtlərindən və iş materiallarına əlavə olunmuş arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 17.10.2019-cu il tarixdə bağladığı kredit müqaviləsi üzrə 3657,83 manat əsas borc, 294.68 manat faiz və 678.64 manat cərimə borcu olmaqla cəmi 4631,15 manat borcu yaranmışdır. İş materiallarında olan bildiriş məktubuna əsasən cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 100 manat məbləğində cərimə borcunun tutulması tərəflərin maraqlarına uyğun və qanuna müvafiq hesab edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22.10.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22.10.2019-cu il tarixli kredit razılaşması üzrə 3657,83 manat əsas borc, 294,68 manat faiz və 100 manat dəbbə borcu olmaqla, cəmi 4052,51 manat borc və 66,31 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hisədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 22.10.2019cu il tarixli, 017R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22.10.2019-cu il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 3657,83 manat əsas borc, 294,68 manat faiz və 100 manat dəbbə borcu olmaqla, cəmi 4052,51 (dörd min əlli iki manat əlli bir qəpik) manat borc və 66,31 (altmış altı manat otuz bir qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-481/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-481/2022
31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver