Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4810/2023 18.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4387/2019 saylı 21 iyun 2019-cu il tarixli qərarının məcburi icrası nəticəsində tərəfindən ödənilmiş 1316.07 manat məbləğin reqres qaydada, qərarın məcburi icrasına dair tərəfindən ödənilmiş 92.12 məcburi icra xərcinin, habelə tərəflərindən ödənilmiş 34.10 manat dövlət rüsumunun, ümumilikdə 1442.29 AZN məbləğin cavabdeh X1 tutulub ona ödənilməsi nə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, xx.xx.2013-cü il tarixli ƏN-İİ seriyalı 905663 nömrəli etibarnamə ilə mülkiyyətində olan “VAZ 21154” minik markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətləri verilməklə 9 il 1 ay müddətinə xx.xx.2022-ci il tarixədək Cavabdeh etibar etmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində ona məxsus “VAZ 21154” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “Mitsubishi Pajero” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Nəsimi RPİ-nin DYPB-nin xx.xx.2014-cü il tarixli, 9/1311107 saylı müvafıq arayışına, DİN BDYPİ-nin CYP 303534 saylı, xx.xx.2014-cü il tarixli inzibati xəta haqqında protokoluna və inzibati xəta haqqında iş üzrə qərarına əsasən, “VAZ 21154” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələbini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 51.2-ci maddəsinə əsasən təqsirli bilinmiş və 60 manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh inzibati qərarla razılaşaraq onu öz imzası ilə təsdiq etmiş və inzibati tənbeh tədbiri icra edilmişdir. Göstərilən yol nəqliyyat hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən “Mitsubishi Pajero” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 350 manat franşiza çıxılmaqla, 1.255,67 manat sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh sığorta şirkəti tərəfindən ödənilən məbləği sığorta şirkətinə subroqasiya qaydasında geri ödəmədiyi üçün "xxxx" ASC tərəfindən 1255,67 manat məbləğində sığorta ödənişinin, 30,40 manat məbləğində dövlət rüsumunun və 30 manat məbləğində notariat xərcinin, cəmi 1316,07 manat məbləğində pul vəsaitinin Cavabdeh və nəqliyyat vasitəsinin sahibi olduğu üçün ondan müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi üçün iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. "xxxx" ASC-nin Cavabdeh və ona qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4387/2019 saylı 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə 1255 manat 67 qəpik məbləğində pulun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat 40 qəpik və 30 manat notariat xərcinin, cəmi 1316,07 manat məbləğində pulun Cavabdeh və ondan müştərək qaydada tutularaq "Bakı Sığorta” ASC-yə verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 626/2020 nömrəli 20 oktyabr 2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 21, 936.2, 936.5, 1108.1, 1114.1, 1114.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin təqdim etdiyi icra sənədinə əsasən, qərar məcburi icraya yönləndirilmiş və qət edilən məbləğ olan 1316,07 manat əmək haqqından tutularaq "xxxx" ASC-nin hesabına, 7% məcburi icra xərci olan 92.12 manat Lənkəran Rayon İcra və Probasiya şöbəsinin hesabına ödənilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan da göründüyü kimi 2(060)-4387/2019 saylı iş icra edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-626/2020 nömrəli 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4387/2019 saylı, 21 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4387/2019 saylı 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 1255 manat 67 qəpik məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat 40 qəpik və 30 manat notariat xərci məbləğində pulun cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASCyə verilməsi qət edilmişdir. İşdə olan 17/44 saylı 27 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Güncəli oğlu həqiqətən 01 fevral 2019-cu il tarixindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mütəxəssis vəzifəsində işləyir və Lənkəran Rayon İcra və Probasiya şöbəsinin 3252/25-06 saylı, 21 iyun 2021ci il tarixli məktubuna əsasən, İddiaçı Güncəli oğlunun əmək haqqından 1316.07 AZN məcburi tutulmaqla Bakı Sığorta ASC-nin məktubda qeyd edilmiş hesabına və 7% məcburi icra xərci – 92.12 AZN məcburi tutulmaqla Lənkəran Rayon İcra və Probasiya şöbəsinin hesabına köçürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcra haqqında” Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4387/2019 saylı 21 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 1255 manat 67 qəpik məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat 40 qəpik və 30 manat notariat xərci məbləğində pulun cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASCyə verilməsi qət edilmişdir. Lənkəran Rayon İcra və Probasiya şöbəsinin 3252/25-06 saylı, 21 iyun 2021-ci il tarixli məktubuna əsasən, İddiaçı Güncəli oğlunun əmək haqqından 1316.07 AZN məcburi tutulmaqla "xxxx" ASC-nin məktubda qeyd edilmiş hesabına və 7% məcburi icra xərci - 22 AZN məcburi tutulmaqla Lənkəran Rayon İcra və Probasiya şöbəsinin hesabına köçürülmüşdür. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı – İddiaçı Cavabdeh vurduğu zərəri ödəmiş, onun icra sənədi üzrə öhdəliyini icra etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ödədiyi məbləğ həddində (1316,07+92,12=1408,19 manat) Cavabdeh qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır. Bu səbəbdən iddia tələbi təmin edilməli, Cavabdeh 1408,19 manat pul tutularaq İddiaçı ödənilməlidir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumukimi ödədiyi 34.10 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4387/2019 saylı 21 iyun 2019-cu il tarixli qətnaməsinin məcburi icrası nəticəsində ödənilmiş 1316,07 (bir min üç yüz on altı manat yeddi qəpik) manat və 92,12 (doxsan iki manat on iki qəpik) manat məcburi icra xərci olmaqla, ümumilikdə 1408,19 (bir min dörd yüz səkkiz manat on doqquz qəpik) manat və ödənilmiş 34,10 (otuz dörd manat on qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4810/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4810/2023
18.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver