Məhkəmə qərarları › İş №2(060)-4821/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4821/2023

17.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4821/2023 17.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ HakimTanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dəymiş ziyanın əvəzi olaraq 770 manat məbləğində pulun, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1978-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunda anadan olmuşdur. Hazırda Sumqayıt şəhəri, 20-ci mikrorayon ünvanında yerləşən 176 saylı fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən ona maddi ziyan vurulması ilə bağlıdır. Belə ki, 2012-ci il tarixdə mülkiyyətində olan Sumqayıt şəhəri, 20-ci mikrorayon ünvanında yerləşən 176 saylı fərdi yaşayış evinə qaz xətti çəkmiş, cavabdeh ilə “qazın alqı-satqısı barədə” aralarında müqavilə bağlanmışdır. Qeyd edir ki, xəttin çəkilməsi üçün turbalar onun şəxsi vəsaiti hesabına alınmış, eləcə də bütün digər xərclər tərəfindən ödənilmişdir. Ümumi olaraq tərəfindən 2012-ci ilin məzənnəsinə uyğun olaraq 1700 ABŞ dolları, yəni 1326 nıanat məbləğində pul ödənilmişdir. Qeyd edir ki, qaz turbasının uzunluğu 220 metr olmuşdur. 2022-ci ilin avqust ayında cavabdeh təşkilat tərəfindən həmin əraziyə dövlət hesabına yeni qaz xəttləri çəkilmiş, bu səbəbdən onun şəxsi vəsaiti hesabına çəkmiş olduğu qaz turbasının 140 metr uzunluğunda hissəsi cavabdeh tərəfindən çıxarılmışdır. Həmin vaxtı cavabdehdən turbaları ona verməsini tələb etsə də, ona həmin turbaların dövlətin balansına keçdiyini bildirmişdirlər. Qeyd edir ki, turbanın qalan hissəsi olduğu kimi yerindədir. Hesab edir ki, cavabdeh tərəfindən həmin turbaların götürülməsi tamamilə əsassız və qanunsuzdur. Yuxarıda da qeyd etdiyi kimi turbalar 2012-ci il tarixdə onun şəxsi vəsaiti hesabına alınmış, digər bütün xərclər tərəfindən ödənilmişdir. Belə olduğu halda cavabdeh hansı əsasla həmin turbaları ona qaytarmaqdan boyun qaçırır və dövlət mülkiyyətinə keçdiyini bildirir? Bununla bağlı qanunvericilikdə hər hansı bir tələb vardırmı? Həmin turbalar dövlət tərəfindən quraşdırıldığı halda dövlətin balansında qala bilərdi. Əgər həmin turbaların cavabdeh tərəfındən dövlət hesabına quraşdırılması ilə bağlı hər hansı sübutu vardırsa məhkəməyə təqdim etməsini tələb edir. Bildirmək istəyir ki, hazırda turbanın 1 metrinin bazar qiyməti təxminən 5 manat 50 qəpik təşkil edir. Bu səbədən də hesab edir kİ, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 770 (140x5.50) manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, qaz turbalarını şəxsi vəsaiti hesabına çəkdirmişdir. Onun xəbəri olmadan həmin qaz turbalarını cavabdeh tərəf kəsib aparmışdır. Həmin qaz turbalarının yarısı hələ də yerində qalıb. Hesab edir ki, ona dəymiş ziyan cavabdeh tərəfindən ona ödənilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS844064125AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) bildiriş göndərilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məkhəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün aidiyyatı üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı iddia tələbi dəymiş maddi zərərin əvəzinin ödənilməsi barədədir. Ziyanın ödənilməsi barədə iddia tələbinə isə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlara əsasən Cavabdeh hüquqi ünvanı ünvan 2-in 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi aidiyyəti üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim həmin Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın təqdim edildiyi (alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar