Məhkəmə qərarları › İş №2(060)-4833/2021

Sumqayıt Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(060)-4833/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhəri İş № 2(060)-4833/2021 18.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İş № 2(060)-4833/2021 MƏHKƏMƏ ƏMRİ Sumqayıt şəhər Məhkəməsi 18 may 2021-ci ildə Sumqayıt şəhərində Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, Kreditor MMC-nin Borclu qarşı borc tələbi barədə məhkəmə əmri verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Kreditor MMC məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 2330 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2350 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi fılialı m/h AZ03NABZ********************, H/h: AZ531BAZ********************) ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor MMC ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Borclu 03 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 1365 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 1365 manat borcu qalmışdır. İş üzrə Borclu 25 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 614 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 473 manat borcu qalmışdır. İş üzrə Borclu 01 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor MMC-dən dəyəri 853 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 284 manat borcu qalmışdır. İş üzrə Borclu 23 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "Kreditor” MMC-dən dəyəri 397 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 208 manat borcu qalmışdır. Odur ki, borcludan 2330 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2350 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılması zəruridir. İşdə olan 01 sentyabr 2019-cu il tarixli, MHK ******* nömrəli borc müqaviləsindən görünür ki, Kreditor MMC tərəfindən Borclu ilkin ödəniş 1 (bir) manat edilməklə 853 (səkkiz yüz əlli üç) manat məbləğində məişət avadanlığı 12 (on iki) ay müddətinə, ayda 71 (yetmiş bir) manat ödəniş edilməklə kreditlə-nisyə satılmışdır. İş materiallarına əlavə olunmuş 23 sentyabr 2019-cu il tarixli, MHK ******* nömrəli borc müqaviləsindən görünür ki, Kreditor MMC tərəfindən Borclu ilkin ödəniş 7 (yeddi) manat edilməklə 397 (üç yüz doxsan yeddi) manat məbləğində məişət avadanlığı 15 (on beş) ay müddətinə, ayda 26 (iyirmi altı) manat ödəniş edilməklə kreditlə-nisyə satılmışdır. İş materiallarında olan 03 iyun 2020-ci il tarixli MHK ******* nömrəli borc müqaviləsindən görünür ki, Kreditor MMC tərəfindən Borclu ilkin ödəniş 0 (sıfır) manat edilməklə 1365 (bir min üç yüz altmış beş) manat məbləğində məişət avadanlığı 15 (on beş) ay müddətinə, 91 (doxsan bir) manat ödəniş edilməklə kreditlə-nisyə satılmışdır. 25 iyun 2020-ci il tarixli MHK ******* nömrəli borc müqaviləsindən görünür ki, Kreditor MMC tərəfindən Borclu ilkin ödəniş 50 (əlli) manat edilməklə 614 (altı yüz on dörd) manat məbləğində məişət avadanlığı 12 (on iki) ay müddətinə, 47 (qırx yeddi) manat ödəniş edilməklə kreditlə-nisyə satılmışdır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu, tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Ona görə də məhkəmə həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Mülki Məcəllənin öhdəlik münasibətlərini tənzimləyən maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 276, 280 və 284-cü maddələrini rəhbər tutaraq, əmr etdi: xx.xx.1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 01 sentyabr 2019-cu il tarixli, MHK ******* nömrəli, 23 sentyabr 2019-cu il tarixli, MHK ******* nömrəli, 03 iyun 2020-ci il tarixli MHK ******* nömrəli və 25 iyun 2020-ci il tarixli MHK ******* nömrəli borc müqavilələri üzrə 2330 (iki min üç yüz otuz) manat məbləğində əsas borc və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2350 (iki min üç yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq Kreditor MMCnın hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi fılialı m/h: AZ03NABZ********************, H/h:AZ531BAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar